Nahidə düz bir ay idi ki, kəndə anasıgilə getmişdi. Xaliqdən heç bir xəbər yox idi. O, nədənsə çox narahat idi. Birinci dəfə idi ki, Xaliq belə edirdi. Nahidə ürəyində hərdən qarasıyca danışır, hərdən də düşünürdü ki, bəlkə nə isə başında var. Yəqin bərk xəstədir. Xaliq həmişə onu özünün məzuniyyət günləri gətirər, ya bir həftə saxlayar, ya da iki həftə qalanda istirahət günlərində gəlib ona baş çəkərdi. İndi isə düz bir ay idi ki, nə özü gəlirdi, nə də ki, zəng edirdi. Nahidənin narahatlığı get- gedə artırdı.
Anası da narahat idi, ancaq üzə vurmurdu. Elə bil qorxurdu ki, qızının həyəcanını bir az da artırar.
Nahidə bu gün səhər yeməyində ürəyini anasına açmaq istədi, lakin elə bil bir az çəkindi. Ana qızının nə isə demək istədiyini başa düşdü:
- Deyəsən nə isə demək istəyirsən, qızım?
Nahidə bunu eşitcək dilləndi:
- Anacan, yəqin Xaliq xəstədir. Mən çox narahatam, istəyirəm əmim oğlu Rafiq məni aparsın, yenə qayıdar. İstirahət günüdür, getsəm yaxşıdır.
- Ananın da ürəyi sakitləşdi:- Elə yaxşı olar ki, mənə də bir xəbər gətirər.
Onlar tez durub, yır-yığış etdilər. Nənə böyük nəvəsi Nəzrini vermədi:
- Yay vaxtıdır qoy bir az qalsın, özüm gətirərəm.
Nahidə əmisi oğlu ilə şəhərə gəldi. Nahidə beşmərtəbəni yuxarı çıxmaq istəyirdi ki, qonşusu Nərgizi gördü. Onlar hal- əhval tutandan sonra Xaliqi soruşdu:
- Yaman narahatam, qarışıq yuxular da görmüşəm. Nə isə olub deyəsən?
- Ay qız, ay sağ olmuş, nə olacaq, heç nə. Xaliqi axşam görmüşəm, heç bir şey yoxdur. Sağ salamatdır. Bu gün də növbətçidir- deyə Nərgiz onu arxayın etdi.
Nahidə elə bil, bir az yüngülləşdi.
- Ay səni şad xəbər olasan, lap ürəyim üzülmüşdü. Nahidə evə gəldi, çay- çörək hazırladı. Rafiq balaca Nərminlə bir az oynadı, yeyib- içəndən sonra, sağollaşıb getdi.
Nahidə qızını yatırdıqdan sonra ev işlərinə başladı. Kənddən Xaliqə pay gətirdiyi köynəyi lap paltarların üstünə qoydu. Tez yatacaq ağlarını dəyişdi. Qoy Xaliq gələndə onun nəfəsini hər yerdə duysun. Həmişə kəntdən gələndə Xaliq ona deyərdi ki,- Bax indi bilinir ki, bu evdə qadın var. Xaliqin bu sözləri onun ürəyinə yağ kimi yayılardı. O elə bunları düşünürkən qapını kimsə açarla açdı. Gələn Xaliq idi. Nahidə ona tərəf getdi. Qollarını onun boynuna saldı:
- Qurban olum nə olmuşdu sənə?
Xaliq hərəkətsiz qalıb dinmirdi.
Nahidə elə bil yuxudan ayıldı:
- Heç nə olmayıb.
Nahidə hirslə qollarını çəkib, dedi:
- Necə yəni, nə olub, bir aydır ki, kəntdəyəm. Səndən bir xəbər yoxdur. Zəng etmirsən, gəlib dəymirsən. Mən də günümü qara etmişəm ki, xəstəsən.
Yaxşı sonra danışarıq-Xaliqin dediyi bu buz kimi sözlər Nahidəni qorxutdu. O, astadan sanki nə isə olacaqmış kimi dedi:
-Yaxşı çayını- çörəyini ye, sonra danışarıq.
-İştaham yoxdur, deyib Xaliq yataq otağına keçdi. Nahidə gözləyirdi ki, Xaliq bu təmizlik üçün ona təşəkkür edəcək. Xaliqdənsə səs çıxmadı.
Nahidə onu birinci dəfə idi ki, belə soyuq görürdü. O, dözə bilməyib yataq otağına keçdi. Xaliqin üzüqoylu yatağa uzandığını gördü. Xaliq ona heç əhəmiyyət vermirdi. Nahidənin ürəyinə qorxu düşdü. O, Xaliqin yanında oturdu. Nə olub sənə, Xaliq elə bil dəyişilmisən? Niyə belə soyuqsan? Niyə məni üşüdürsən? Həmişə biz bir-birimizi görməyəndə sən dəli kimi olardın. İndi isə elə bil mən bu evdə heç yoxam. Hələ səndən sağ ol gözləyirdim. Elə görcək məni qucaqlayacaq, öpəcək. Hanı öpüşlərin, hanı isti münasibətin? Hanı, hanı? Elə bil, məndən qaçırsan.
Xaliq özü- özündən utanırdı. Bir bunu deyə bildi.
- Səndən utanıram. Nahidə sənin baxışlarından qorxuram. Mən sənin məhəbbətinə layiq deyiləm. Xaliqin bu son cümləsi elə bil, Nahidənin ürəyini parça- parça eliyib yerə çırpdı.
- Nə dedin? - deyə Nahidə hönküryü ilə ağlamağa başladı. Sən mənə xəyanət etmisən. Yox inanmıram, sən belə şey etməzsən.
-Bilirəm məni bağışlamayacaqsan. Səndən, məhəbbət dolu gözlərindən, mələk üzlü üzündən utanıram, Nahidə.
Xaliq bu sözləri deyib yenə üzüqoylu uzandı. Nahidə çaşıb qalmışdı. Nə edəcəyini bilmirdi. Onun məhəbbət dünyasında Xaliq tər-təmiz, xəyanətdən uzaq biri idi.
Xaliq Nahidəni kəndə aparıb qayıtdığı gün, axşam qapı döyüldü. Qapını açanda orta boylu, cavan, iyirmiyeddi- iyirmi səkkiz yaşlarında bir qadın gördü:
- Salam, sizə kim lazımdır?
Qız onu altdan yuxarı süzüb:
- Nahidə lazımdı.
- Nahidəni kəndə aparmışam. Kiçik qızımız bir az naxoşlamışdı, həkim havasını dəyişmək lazımdır dediyinə görə.
- Nə vaxt gələcək?
- Dəqiq bilmirəm mən özüm gedib gətirəcəm.
- Yaxşı, sağ olun.
Qız sağollaşıb getdi.
Etəsi gün Xaliq işdən yenicə qayıtmışdı ki, qapının zəngi yenə səsləndi. Qapını açanda dünənki qızı qarşısında gördü. Qız özünə o qədər bəzək vurmuşdu ki, elə bil toya gəlmişdi. Xaliq qızdan soruşdu sizə nə lazımdır.
Qız içəri keçib, dəvətsiz -zadsız ayaqqabılarını çıxardıb, çəkələk geyindi. Əl çantasını da asılqandan asdı. Xaliq lap özünü itirmişdi. Qız özündən razı halda keçib oturdu,istehza ilə:
- Xoş gəlmişəm, eləmi?
- Bağışlayın mən özümü itirmişəm. Axı mən sizi tanımıram.
- Niyə tanımırsınız, mən Nahidənin iş yoldaşıyam. İndi tanıdız, adım da Zöhrədir. Sizin adınız da Xaliqdir. Nahidə mənə deyib. Xaliq dinməz başını əyib mətbəxə keçdi. Çay hazırladı. Lap çaşıb qalmışdı. Görəsən bu qız nə üçün bizə gəlib, axı mən dünən ona dedim ki, Nahidə evdə deyil. Qız ona işləri barədə danışır, çayını içir. Nəhayət qız evə getmək istədi:
- Zəhmət olmasa məni ötürün.
Xaliq onu ötürdü. Qız yaşadığı binanı və ikinci mərtəbəsindəki eyvanını da ona göstərdi:
- Xahiş edirəm, sabah bizə gəlin, mənim ad günümdür.
Xaliq çıxılmaz vəziyyətdə qaldı, gələrik dedi.
Ertəsi gün Xaliq bir dəstə gül alıb Zöhrəgilə getdi. Qapını Zöhrə açdı. Evdə ondan başqa heç kəz yox idi. Onu içəri dəvət etdi. Xaliqi stola dəvət etdi. Gözəl stol açmışdı. Xaliq Zöhrəyə:
- Deyəsən mən qonaqları qabaqlamışam, sizi təbrikə hamıdan birinci mən gəlmişəm.
Zöhrə baxıb güldü:
- Siz birinci və axırıncısız.
Xaliq çıxılmaz vəziyyətdə qalmışdı, bilmirdi ki, Zöhrəyə nə desin. Yeyib- içməyə başladılar. Gecənin necə keçdiyini Xaliq heç özü də bilmədi. Səhər açılanda özünü Zöhrə ilə bir yataqda gördü, sanki dəli oldu......
Nahidə Xaliqin soyuq, buz kimi baxışları altında sıxılırdı. Dözə bilmirdi. Nə etsin, hara getsin, bu xəyanətlə barışa bilmirdi. Birdən düşündü ki,qardaşı Sərdargilə getsin. Xaliqə məktub yazıb stolun üstünə qoydu.
Nahidə artıq iki gün idi ki, qardaşıgildə idi. Lakin heç cür evdə bir qərar tuta bilmirdi. Onun gözləri Xaliqi gəzirdi. Onun yolunu gözləyirdi. Axşam tərəfi qapının zəngi çalındı. Nahidə qapını açdı. Xaliq idi. Elə bil, heç nə olmamış kimi dedi:
- Xoş gəlmisən soyun keç içəri.
Xaliq heç belə gözləmirdi. Nahidə elə bir səmimiyyətlə onu qarşıladı ki, Xaliq çox utandı. Nahidə Özünü mehriban apardıqca Xaliq xəcalətindən bilmirdi nə etsin. O bura gələndə bir tufan gözləyirdi. O xəyalda ikən birdən Nahidə o biri otaqdan əlində iki cüt ayaqqabı içəri daxil oldu:
- Al Xaliq, biri sənindir, birini də qardaşım Sərdara almışam. Xoşuma gəldi, aldım. Elə kostyumunuz rəngdədir. Pulunu anam vermişdi.
Xaliq özünü itirmişdi, xəcalətindən elə bil yerə girirdi. Utandığından ayaqqabıya yaxın getmirdi. Onun necə də böyük ürəyi var idi.
Onlar birlikdə evə gəldilər. Nərmini yuxulu yerinə uzatdılar. Xaliq xəcalət çəkirdi. Utana- utana dedi:
Nahidə, məni bağışla, mən sənin bu saf məhəbbətinə layiq deyiləm.
Nahidə əlini ehmalca onun ağzına apardı.
- Heç nə lazım deyil, Xaliq. Sən mənim əvəzsiz məhəbbətimsən. Sən desən də mən sənin xəyanətinə inanmıram. Mənə elə gəlir ki, sən heç vaxt məhəbbətimizə xələl gətirməzsən.
Bir də ki, ailə qarışqa yuvası deyil ki, ayağınla onu dağıdasan. Ailə sirli bir dünyadır. Bu dünyanın sirləri gizli qalmalıdır.
Xaliq onu qucaqlayıb, hönkürəcək dərəcədə dedi:
- Sən mənim həyatımsan, mən səni tanımamışam. Səni tanımadığıma görə üzr istəyirəm. Mənim bu dünyada səndən başqa heç kəsim yoxdur.
Nahidə onun saçlarını sığallayaraq dedi:
- Mən hər şeyi başa düşüb, səni bağışlayıram. Sənin kimsəsizliyindən qorxuram. Bir də uşaqlarımızın gələcək istəklərindən, özümün əzablarımdan, sənin əzablarından. Gəl bunu elə unudaq ki, aramızda heç nə olmamış kimi.
- Onlara elə gəlirdi ki, ilk görüşlərində olduqları kimi, ailə həyatına yeni başlayırlar.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Zəncəfilli detoks
Günün ulduz falı
Ərdoğan Bakıya ikigünlük səfərə gəlir
Günün ulduz falı
"iPhone 5" köhnəlmiş qurğular siyahısında
Knut Hamsunun əsərlərindən 10 sitat
Çində məktəbliləri qeyri-adi baş geyimi taxmağa məcbur edirlər - FOTO
Günün ulduz falı
"Bilik günü" ərəfəsində ailələr sevindirildi
Diabet qidalanma müalicəsi
Ərdoğan bu gün and içir
Atatürk haqqında maraqlı faktlar
Türkəçarə dəhşəti: balzam gicgahını deşdi - FOTO
McDonaldsa şok! Filiallar bağlanır
Qaynadılmış yumurtanı necə təzə saxlamaq olar?
Klip çəkirdi intihar etdi-VİDEO
Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 347 yeni yoluxma
Masajın tarixi haqda qısa məlumat
Kiberhücumlar getdikcə kütləviləşir
Ana laylası
Erməni helikopteri niyə məhz bu gün vuruldu?
Tutlu bulqur plovu (foto-resept)
Türkiyə və Azərbaycan birgə hərbi təlimlər keçiriblər
İslandiyada baş nazirin müsahibəsi zamanı zəlzələ baş verdi - VİDEO
Almaniyanın DW nəşrinin müxbiri Mnatsakanyana: “Regionda təxribatlarla məşğul olduğunuzu etiraf edirsinizmi?”
Irina Şeykdən ilk çimərlik FOTOsessiyası
Həyat deyilən bir şey var...
Məryəm Uzərli uşaqlıq şəklini paylaşdı - FOTO
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
İlk şəffaf planşet satılacaq
Metin Hara Adriana Limaya evlilik təklif etdi - FOTOLAR
Yay aylarında qarın yağlarını əritmək üçün 5 üsul
26 mindən çox abituriyent imtahan verəcək
"Türkiyə Avropa Birliyini təhdid etməsin" - Jan Klod Yunker
İngilislərin Yeni İl əyləncəsi hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
DİM abituriyentlərə müraciət etdi
Qarderobdakı təhlükələr
Mətbəxlərdə mavi vintage dəbi
Ailələrinin sehirbaz axtarışı: ona hər birimizin ehtiyacı var
Şəhərsalma və Tikinti Məcəlləsi dəyişdirildi
Uşaq niyə ağlayır?
Tarif Şurası: "Benzinin qiymətindəki dəyişikliyin yük və sərnişin daşınmasına hər hansı aidiyyəti yoxdur"
Payızı sevməyin 10 səbəbi
Uşaqlarınızı hovuzda qorumağın yolları
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ
Kirpik tökülməsinin səbəbləri
Azərbaycanda daha 78 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Azərbaycanın 2016-cı il hədəfləri
Qızılgül salatı(foto resept)
Qəbul imtahanından az bal toplayan abituriyentlərin nəzərinə
- ŞƏRHLƏR