"Vətən borclu deyil, biz borcluyuq Vətənə..." silsiləsindən
1991-ci il iyulun-1 də Valid hərbi xidmətə yola düşərkən,anası arxasıycan su səpib ''Sağ-salamat qayıt, bala'' deyir.Valid yola düşür,öz arzusu,öz istəyi ilə...
Bu zaman Laçın rayonu ətrafında güclü döyüşlər gedirdi.Bu elə bir dövr idi ki, düşmən müasir silahla silahlanmış,güclü hucuma keçmişdi. 6 aylıq xidmətdən sonra düşmənlə qeyri bərabər döyüşdə Valid ayağından yaralanır.Onu hərbi xəstəxanaya-Bakıya göndərdilər...
Yanvar ayının ortaları,soyuq qış günlərinin biri idi.Valid xəstəxanada müalicə alarkən yanına atası gəlir.Ata-oğul tez-tez söhbətləşir,muharibənin tez bitməsini,düşmənin torpaqlarımızdan qovulmasını arzulayırdılar.O,atasına arzusunu demişdi: ''Kaş tez sağalaydım,yenidən hərbi hissəyə qayıdıb xidmətimi davam etdirəydim...''
Və Valid arzusuna çatır - sağalıb yenidən cəbhəyə gedir.Evinin ilkinin cəbhədə döyüşdüyünü eşidən ailə narahat idi.Nəzərləri mavi ekrana dikilərdi.Televiziyadan verilən hər bir xəbər onlar üçün Validdən bir soraq idi.Amma Validdən daha soraq gəlmədi...
Martın 31-də Laçın uğrunda döyüşlərdə həlak olması xəbəri ailəni titrətdi.Hələ ömrünün gözəl çağlarını yaşayan Valid Süleymanov şəhidlik zirvəsinə yüksəldi.Ata-anasının qəlbinə ömürlük oğul dağı çəksə də, Vətən üçün oğulluq borcunu ləyaqətlə ödədi...
Qoy bu cür oğullarımızın adı əbədiləşsin.Bu, gənc nəsil üçün örnək olsun.Beləliklə, Vətənin azadlığı uğrunda vuruşan şəhidlərimizdən biri də Valid Rafiq oğlu Süleymanovdur. 1974-cü il yanvarın 27-də Lənkəran rayonunun Türkəkəran kəndində anadan olmuş Validin cənazəsi kənd qəbiristanlığında dəfn olundu.Oxuyub təhsil aldığı kənd orta məktəbinə onun adı verildi...
Sonda müəllifi Emin Akifoğlu olan bir şeiri sizlərlə bölüşmək istərdim.
Elan etdik atəşkəsi,
Kəsilmişdir güllə səsi.
Pozdun yenə atəşkəsi,
Sus!Səsinə sahib dur sən.
Sən oğrusan,quldurmusan?
Dinmədikcə qudurursan.
Ermənisən, kim olmusan?
Mənliyinə sahib çıx sən.
Qarabağ bizimdir, bəli,
Yığışdır torpaqdan əli.
Sən quduzsan, ay erməni,
Qeyrətinə sahib çıx sən.
XƏBƏR LENTİ
Şok gerçək: yediyiniz toyuq deyil...
Yardım daşıyan türk TIR-ları bombalandı
JLo 20 dəqiqəyə 2 milyon qazandı-FOTO
Prezident və xanımı yeni bulvarın açılışında
Bakıda isti olacaq, rayonlara yağacaq
Valideynlərin nəzərinə: uşaqları silkələməyin
Bir insan da sənin göz yaşlarına layiq deyil
Dünyanın ən maraqlı 99 faktı-2
Bəzi yerlərdə qaz olmayacaq
Gənc və sağlam qalmaq üçün nə yeməliyik?
İngilis qadın saçına süngər taxıb toya getdi – FOTO
Yaşayış yeri haqqında arayış elektronlaşdı
Sevgi dediyin təmənnasızlıqdır
Uşaq ensiklopediyası (4)
Kişilər nəyə görə qadınlardan hündürdülər?
Ofis işçiləri bunları etsin
Disney heyvanları insan olarsa ...
Tanış olun: bürclərin sevgi cədvəli
Facebook harada daha populyardır?
Necati Şaşmaz "Eşkıya dünyaya hükümdar olmaz"a gəlir?
İndoneziya qorxuya düşdü
Bakı - Sankt-Peterburq aviareysi üzrə əlavə uçuşlar olacaq
Günün ulduz falı - 11.08.2013
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Digər planetlərdə həyatın olduğu sübut ediləcək
Kıvanç Tatlıtuğ məhkəmədə ifadə verdi
Bülent Ersoy indi də üç milyon qazanacaq
Bəlkə, gedək sürüşək?
Şokoladlı-bezeli tort (foto resept)
"Seçkilərdə uduzan tərəf dağılmağa məhkumdur"
Sürətli arıqladan içki
Hava haqqında - 29.08.2013
Gözləriniz işıq saçacaq
Endirilən bayraq Türkiyəni ayağa qaldırdı
Günün ulduz falı
"Stress çarxı" adı altında insanlar necə aldadılır?
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Amin Musayevin evindən eksklüziv görüntülər - VİDEO
İki tonluq nəhəng buğa satışa çıxarıldı - VİDEO
Ancelina Colinin qızı cinsiyyətini dəyişdirir
"Neftçi" qələbə qazandı
UNESCO-nun Azərbaycana qarşı təxribatı
Azərbaycanda banklar bir illiyə gəlir vergisindən azad edildi
Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi başa çatıb
Çağla Şikel ölümdən döndü-FOTO/VİDEO
Azərbaycanda yeni binalar belə tikiləcək
Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır
İyulun havası: 43 dərəcə isti
Dəbli gəlinlik modelləri
Con Kerri: "Bu mənim son dayanacağımdır"
- ŞƏRHLƏR