Qadin.NET / Öyünməyə Azərbaycan, vəsf etməyə şəhidlərim bəs edər

Öyünməyə Azərbaycan, vəsf etməyə şəhidlərim bəs edər

Öyünməyə Azərbaycan, vəsf etməyə şəhidlərim bəs edər

 "Vətən borclu deyil, biz borcluyuq Vətənə..." silsiləsindən

 1991-ci il iyulun-1 də Valid hərbi xidmətə yola düşərkən,anası arxasıycan su səpib ''Sağ-salamat qayıt, bala'' deyir.Valid yola düşür,öz arzusu,öz istəyi ilə...

 Bu zaman Laçın  rayonu ətrafında güclü döyüşlər gedirdi.Bu elə bir dövr idi ki, düşmən müasir silahla silahlanmış,güclü hucuma keçmişdi. 6 aylıq xidmətdən sonra düşmənlə qeyri bərabər döyüşdə Valid ayağından yaralanır.Onu hərbi xəstəxanaya-Bakıya göndərdilər...

Yanvar ayının ortaları,soyuq qış günlərinin biri idi.Valid xəstəxanada müalicə alarkən yanına atası gəlir.Ata-oğul tez-tez söhbətləşir,muharibənin tez bitməsini,düşmənin torpaqlarımızdan qovulmasını arzulayırdılar.O,atasına arzusunu demişdi: ''Kaş tez sağalaydım,yenidən hərbi hissəyə qayıdıb xidmətimi davam etdirəydim...''

Və Valid arzusuna çatır - sağalıb yenidən cəbhəyə gedir.Evinin ilkinin cəbhədə döyüşdüyünü eşidən ailə narahat idi.Nəzərləri mavi ekrana dikilərdi.Televiziyadan verilən hər bir xəbər onlar üçün Validdən bir soraq idi.Amma Validdən daha soraq gəlmədi...

Martın 31-də Laçın uğrunda döyüşlərdə həlak olması xəbəri ailəni titrətdi.Hələ ömrünün gözəl çağlarını yaşayan Valid Süleymanov şəhidlik zirvəsinə yüksəldi.Ata-anasının qəlbinə ömürlük oğul dağı çəksə də, Vətən üçün oğulluq borcunu ləyaqətlə ödədi...

Qoy bu cür oğullarımızın adı əbədiləşsin.Bu, gənc nəsil üçün örnək olsun.Beləliklə, Vətənin azadlığı uğrunda vuruşan şəhidlərimizdən biri də Valid Rafiq oğlu Süleymanovdur. 1974-cü il yanvarın 27-də Lənkəran rayonunun Türkəkəran kəndində anadan olmuş Validin cənazəsi kənd qəbiristanlığında dəfn olundu.Oxuyub təhsil aldığı kənd orta məktəbinə onun adı verildi...

Sonda müəllifi Emin Akifoğlu olan bir şeiri sizlərlə bölüşmək istərdim.

 

 Elan etdik atəşkəsi,

 Kəsilmişdir güllə səsi.

 Pozdun yenə atəşkəsi,

 Sus!Səsinə sahib dur sən.

 

 Sən oğrusan,quldurmusan?

 Dinmədikcə qudurursan.

 Ermənisən, kim olmusan?

 Mənliyinə sahib çıx sən.

 

 Qarabağ bizimdir, bəli,

  Yığışdır torpaqdan əli.

  Sən quduzsan, ay erməni,

  Qeyrətinə sahib çıx sən.

21 dekabr 2012
GO BACK