"Hər şey xəyal kimi gəlir" deyirdin, xatırladınmı? Nə gözəl idi o günlər, bir başqaydı, bir başqaydıq...
Çox şeyi səninlə öyrəndim, "ilk"lərimi səninlə yaşadım.
"Ən böyük günahım sevməkdir" deyərdilər, anlamazdım. Mən ən çox səni sevərək günah işlədim, bir xəbər ala bilərəm, bir kərə daha etməliyəm ümidiylə o qədər günah işlədim ki...
Bilirsən, uşaq kimi görürdüm səni, o qədər günahsız idin mənim üçün. Hardan bilərdim ki, səni sevdiyini deyib andlar içərkən həyatında başqalarının da olduğunu, dəyərsiz adamları qarşıma çıxarıb, "çox yaxşı biridir" deyərək məni aldatmağa çalışdığını... Nişanlandığın halda belə dəyişən bir şey yoxdur, eyni ilə davam edir dediklərin.
Doğrudan sənin 28 yaşın nə vaxt oldu ki evləndin?
28 yaşından tez evlənməyəcəyini deyirdin həmişə, "fabrikdə işləyən bir qızdan xeyir gəlməz" deyən sən, necə oldu ki ordan biri ilə evləndin? Hər şeyi bir kənara qoy, yenidən necə sevə bildin, yenidən necə qəlbin vurdu...
Mən eşq deyilən həyəcanı səndən başqa heç kimlə yaşaya bilmədim, sən necə etdin?!
Sənə çata bilməyəndə çatana qədər dua edərdim, tək duam sən idin mənim, səninlə yenidən qovuşmaq bir yana, yenidən səsini eşitməyi istəyərdim həmişə.
Tək qorxum idi sevdiyim insanı bir daha görə bilməməyim, başqasına aid olduğunu öyrənmiş olmağım... Ağlıma gələndə dəli olardım, bax, bütün qorxularımı yaşatdın mənə. Hamı səni soruşur, adını çəkmələrini qadağan etdim.
Canım çox yanır sənin adını onlar deyəndə, hamısı bir yana, ən çox anamla danışarkən ağır gəlir, 1 il əvvəl sənə aldığım köynəyi hələ vermədiyimi deyəndə, "oğlan səni aldadıb, unut" deyəndə, "evlənsin, sən də ümidini kəs ondan" deyəndə...
Mən sənin üçün hər şeyi edərdim, hər şeydən keçərdim. Səni nə çox sevdim mən, unuda bilmirəm. Sən sənsizliyi yaşadınmı ki, xəbərsizcə getdin məndən, "gedirəm" belə deyə bilməyəcək qədər dəyərsizmiydim sənin üçün?!...
Nişanlandığını və evləndiyini öyrənəndə səndən eşitmək istədim, sən deyənə qədər də soruşmaq istəmədim bir daha səsini eşidə bilmərəm deyə. Qarğış etmirəm sənə, hər şeyin xeyirlisi, deməli ikimiz üçün də xeyirlisi bu imiş, amma bunu da yaxşı bilirəm ki, Yaradan mənə yaşatdıqlarını sənə yaşatmadan öldürməz.
Amma ümid edirəm yaşamazsan, mən anamın sayəsində ayaq üstəyəm, anamın sayəsində dik dura bilirəm, nə yaşadığımı hardan bilcəksən ki? 4 dəqiqə danışanda dəli olardım, evin içində qışqıra-qışqıra qaçardım, uzun bir vaxtdan sonra bu qədər uzun danışıq deyə fərqinə varsan ümumiyətlə 56 dəq 55 san...
Hər şey xəyal kimi gəlir, kaş ki elə də qalsaydı...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dəriniz yaz meyvələri ilə yenilənsin
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Ebru Şallı bu gün ərə gedir
Adriana Limanın pəhriz siyahısı
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Xəzər dənizində zəlzələ oldu
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
Sağlam olmaq üçün məsləhətlər
İlham Əliyev 2 həftə vaxt qoydu
Makiyaj masaları
HAVA necə olacaq?-XƏBRDARLIQ
Zaman axıb gedir
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bergüzar Korelin 3 aylıq oğlu-FOTO
Sivilizasiyanın sonunu gətirəcək risklər
Haçalanan saçlar üçün maska.
Qadın metroda doğdu
Yaponlar yeməyi niyə çubuqla yeyir?
Sinələrin sallanma səbəbi
Tapmacalar
Sarkisyan mühasirədə
Özünüzdə yaşlanma əlamətlərini hiss edirsiniz?
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Yaxın Şərqdə yeni müharibə başlayır
Balıq sousu (foto resept)
Bədənin möhkəmləndirilməsi
2012-nin yay geyimləri
Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz
Emmy mükafatı: Qırmızı xalça
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Hadisə bu dəfə də geyimi ilə Gündəm oldu- FOTO
Dünyanın ən böyük fənər sərgisi
Sabahın HAVAsı
Meşələrdə yaşayan qəribə insanlar
Paxla çığırtması (foto resept)
Xəstəliyə qarşı mürəbbələr (2)
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Görüntüləri yayılan Ece Erken istefa etdi
Əzələlər və stress
Vitaminli xörəklər - 4
2011 modeli çantalar
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Bleyk yeni trend yaratdı-FOTO
Bu tələbələrə təqaüd veriləcək
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
"Qaqa" sözü necə yaranıb?
Daşınan sensor vücudu yoxlayacaq
- ŞƏRHLƏR