2003-cü ilin yanvar ayı idi.... Televizora çox baxmasam da qaçırmadığım bir veriliş vardı, o da "Kriminal" verilişı idi. Bir dəfə başım dərslərimə qarışdığından necə oldusa verilişə baxmağı unutdum, televizoru yandıranda artıq sonu idi. Verilişdə bir qadın hönkürtü ilə ağlayaq hakimə yalvarırdı...
"-Möhtərəm hakim, mən evdə 6 aylıq körpəmi ağlar qoyub sizə hər şeyi etiraf eləməyə özüm öz istəyimlə gəlmişəm. Vicdanımın səsı beşikdəki balamın səsinı belə batırıb, haqq yerıni tutsun deyə sizə hər şeyi özüm könüllü gəlib etiraf eləmışəm... Niyə məni 14 il azadlıqdan məhrum edirsiz? Axı mən qatil deyiləm, mən sadəcə, taleyimin qurbanıyam..."
Qadının üzünü tam göstərsələr də onu heç vaxt görmədiyimi, hətta heç üzdən tanış gəlmədiyini düşünsəm də amma onun səsi... O səs... O səs mənə çox doğma idi, hətta elə bil o səs mənim illərlə qulağimda cingildəmişdi. Veriliş belecə bitdi, amma səhərə kimi yata bilmədim, o səsin kimə aid olduğunu tapmaq istədim...
Səhər dərsə getməyib verilişin təkrarını gözlədim. Həmin süjet gedendə həsrərtlə qadının ad-soyadının deyilməsini gözləyirdim. O qadını təqdim edəndə... Bəli, mən yanılmamışdım... O səs mənə doğma idi... O qadın mənim həmişə sevdiyim, mənim idealim, mənə musiqini sevdirən musiqi müəlliməm - Vusalə müəlliməm idi...
Axı necə ola bilərdi, onu cəmi 6 il idir ki görmürdüm, insan bu qısa vaxtda necə belə tanınmaz hala düşə bilər... Ümumiyyətlə, onun adı hansısa qətl hadisəsində necə çəkilə bilər, axı o insan sanki qanadsız bir mələk idi...
Efirə gedən süjetde hadisə haqda qisa məlumatım olsa da, əslində nələr baş verdiyini öyrənmək üçün, daha doğrusu, bütün suallarıma cavab tapmaq üçün rayona gedib hadisəni dəqiqliklə öyrəndim. Hadisə haqda yazmaqdan əvvəl Vüsalə müəlliməni necə tanıdığım və necə bir insan olduğu haqda yazım.
Mən onu rayonunmuzun musiqi məktəbinin 4-ci sinfində oxuyanda tanımışam. O həmin ili məktəbimizə piano müəlliməsi olaraq işə girmişdi. Həddindən artıq sakit, mülayim, üzüyola, anlayışlı, ürəyiaçıq, tam mənada ideal insan idi... Ona məktəbdə hamı ayaqqabı tikən Nazimin qızı deyirdilər, yəni hər cağırışda onu hamı elə bil onun hardan gəldiyini üzünə vurudular sankı, o isə buna heç etiraz belə eləmirdi... Onun bu sadəliyindən çoxları istifadə edirdi. Kimisi öz jurnalını, kimi öz dərslərini, kimisi yazı işlərini onun üstünə atıb əmrlə yerinə yetilməsini istəyəndə belə heç kimə etiraz eləmirdi, hamiya borclu kimi sakitcə boyun əyirdi. O qədər anlayışlı müəllimə idi ki, fikirləşirdi ki, bu uşaqların çoxu orta məktəbdən birbaşa musiqi məktəbinə gəlir və çoxunun evə gedib yemək yemə imkanı olmur. Kasıb olmalarına baxmayaraq, evindən həmişə uşaqlar üçün Allah verəndən gətirib, əvvəl yedizdirib sonra dərs keçırdi. Heç vaxt səsinin tonu yuxarı qalxmazdı... Beləcə, o mənə 3 il müəllimlik elədi. Mən onun sayəsində musiqini sevdim və daha dərin öyrəndim. Musiqi məktəbini bitirəndən sonra onunla əlaqəm kəsildi. Bir neçə dəfə onu görmək üçün musiqi məktəbinə getsəm də görə bilmədim. Axırıncı dəfə gedəndə mənə dedilər: "Bəxtəvər elə super yerə nişanlanıb ki... Adamın gərək bəxti olsun, ayaqqabı tikənin qızı, CİP-i, şəhərdə evi olan nazir oğluna nişanlanıb."
Əvvəl onun üçün sevindim, fikirləşdim ki yəqin sevdiyi oğlandı nişanlısı, olmasa belə fərqli ailələri birləşdirən başqa nə ola bilər... Sonra xalamdan öyrəndim ki, Vüsalə müəllimə onların qonşularıdır və nişan barədə xalamdan soruşanda o da təsdiqlədi. Amma oğlan heç də sevdiyi deyil, oğlanın anası Ədliyyə Nazirliyində yaxşı vəzifədə işləyir, atasi isə yoxdur. Oğlan özü də tufeyli-avara biridir, ona görə anası tanınmaz-bilməz yerdən kasıb qız alıb ki, oğlanla yollaşıb otursun. Bundan sonra Vüsalə haqqında məlumatım olmadı, o vaxta qədər ki, 6 il sonra kriminal verlişində onu görənə kimi.... Bu baş verən hadisəni barəsində də oyrənmək üçün yenə xalamgilə üz tutdum və Vüsalənin yaxın adamından bunları öyrəndim.
Vüsalə 6 il əvvəl o evə gəlin köçür, və onun bütün bədbəxtliyi elə o gündən başlayır. O gündən Vüsalənin üzünə bütün qapılar bağlanır və hətta nəinki öz valideyinləri ilə gəliş-gedişi, hətta telefonla belə əlaqə saxlamaq qadağan olunur. Onun evdən bayıra çıxmağa, kiməsə zəng etməyə haqqı olmur. Evin tək oğlu, hətta tək övladı olduğundan qaynanası ilə bir evdə yaşayır. Yoldaşi isə nəinki tufeyli varlı balası, tam bir "bandit" olur. O, gecə saat 3-ə kimi barlarda gəzir, evə gələndə belə içkidən, narkotikin təsirindən tam bir dəliyə dönüb Vüsaləyə zülm edır. Narkotik üstündə bir necə dəfə tutulsa da anası, əmiləri, dayısı yüksək vəzifədə işlədiklərindən hər dəfə azadlığa buraxılır. Vüsalə üçün ən pis vəziyyət isə oğlanın anası ona narkotik üçün pul verməyəndə olur, anasını döyə bilmədiyindən gəlib Vüsaləni son nəfəsinə kimi döyüb hirsini çıxarırmış. Hətta Vüsalənin hamilə olması belə oğlanı insafa gətirmirmış, elə buna görə də Vüsalə bir necə dəfə döyülən zaman uşağını itirir. Vüsalə qorxusundan bütün qızıllarının, qablarının hamısı satmaq ücün ərinə verir ki, təki ona əl vurmasın, elə olur ki, artıq Vüsalənin otağında satılacaq bir şey qalmır...
Vüsalənin artıq öz həyatı ilə bağlı heç bir gözləntisi, ümidi yox idi, amma bir arzusu vardı, o da ana olmaq. Bilirdi ki, öz gələcəyi yoxdur, heç bir yaxşı şey xəyal edə bilmir. Amma ən azıdan uşaq olsa, ona başı qarışar və bəlkə də yoldaşı uşaqdan sonra bir azca düzələr...
Bir gün Vüsalə yenə hamilə olduğunu öyrənir, qaynanasına yalvarır ki, nə olar bu aralar oğlunuz nə istəsə verin, olmasa gəlib məni döyəcək, yenə uşağı itirəcəm. Bəlkə də uşaqdan sonra o, bir az düzələr... Əslində qaynanası da bu uşağa ümid bağlayaraq hər dəfə oğlunun istəklərini yerınə yetirir. Artıq Vüsalənin hamiləliyinin 6-ci ayının olmasına baxmayaraq, əri ona həkimə getməyə belə icazə vermir, nə də özü onu həkimə aparır. Vüsalə bütün bunlarla sakitcə razılaşır. Amma bir gün... Həmin gün ki...
Ardı var...
XƏBƏR LENTİ
Edam hökmü verilmiş azərbaycanlı milyarder haqda ŞOK faktlar
Putin adına məscid tikmək istəyirlər
Günün ulduz falı
Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO
Çex kəndində ev - FOTO
2 ilə təəccübləndirən dəyişiklik
Mehriban Əliyeva: "Atamın insani keyfiyyətləri mənim həyat amalımdır"
Dietoloqlara ən çox verilən 3 sual
Sarkisyan Qarabağda itirdikləri torpaqdan danışdı
Unun qiyməti 30-60 qəpik artıb
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
Hamı oktyabrın 16-nı gözləyir
Qanımızı halal etdiyimiz yeganə qaniçən
D vitaminin bədəndəki rolu
Yeyərək arıqlayın - 8 MÖCÜZƏVİ QİDA
"Qalatasaray"a baş məşqçi gəlir
Yetkinlik nə vaxt başlar?
Dəbli koftalar
Qasırğa Beyləqanı viran qoydu
Məşhur aktyora ağır itki-FOTO
Pendirli badımcan qızartması (foto resept)
Arıqla və azad ol
Braziliyalı Azərbaycan klubunda
Azərbaycanın tanınmış politoloqu vəfat etdi
Putin: “Türkiyə Qarabağla bağlı danışıqlarda olmalıdır”
"Muhteşem ikili"nin aktyoru ata olacaq-FOTO
Azərbaycan gimnastı Qran-pri turnirində çoxnövçülükdə altıncı oldu
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Dostluq və üzr Sözləri ...
Gülben Ergendən AÇIQLAMA
Hava haqqında - 13.01.2014
Ukraynada ölüm sayı: 3543
Dünyadan maraqlı faktlar
Mehriban Əliyeva Əlibaba Məmmədovu 90 illik yubileyi münasibətilə təbrik etdi
Ancelina Coli Oğurluqda Günahlandırılır
Səhnəmizin Sofi Loreninin ad günüdür
Pelin Akıl əkizləri ilə jurnal üçün çəkildi
Bağça dekorasiyası
Metro stansiyasının gözəl dizaynı
BÜRCLƏR bizə nə vəd edir? -26 MAY
Bakıda şaxta olacaq
Gilas priojnası (foto resept)
Anemiyaya diqqət! Ondan necə xilas olmalı?
Portağallı puding (foto-resept)
Murat Boz Aslı üçün 50 min xərclədi
Xanımların NƏZƏRİNƏ: bu həbdən gündə birini içsəniz, HAMİLƏ QALMA ŞANSINIZ ARTACAQ
İş axtaranlar üçün XƏBƏR - Bu sahədə xeyli sayda iş yeri yaradılacaq
Azərbaycanda peşə təhsili ilə bağlı strategiya hazırlanacaq
Azərbaycanın "Eurovision" mahnısı - VİDEO
11 yaşlı psixoloq
- ŞƏRHLƏR