İnsanların da havalar kimi get-gedə soyumaqda olan ilıq vaxtları, kasıbçılığın astarını çıxardığımız günlər idi,-hardasa 93-94-cü illər. Hər şey başqaydı, bambaşqa; hava da, su da, çörək də... üstəlik hələ mən indi gəldiyim bəzi qənaətlərə gəlməmişdim. Məsələn, hələ belə düşünmürdüm ki, insanları istənilən pisliyə sürükləyən məcburiyyətlər və əlacsızlıqlardı. Adamları pislik çuxurlarının dibinə itələyən ilk təkanın ehtiyaclar olduğu qənaətinə gəlməmişdim hələ. Elə bilirdim ki, pislik də yaxşılıq kimi bir seçimdi və kimlərsə öz sevgi və istəyi ilə pisliyi seçir, "axı niyə?" deyib təəccüblənirdim. Belə saf vaxtlarım idi yəni. Körpü küçəsinə tərəf burulmuşduq ki, "çentrdən"-kəndin mərkəzinə belə deyirdik-eşidilən tütək səsinə anam əlindəki zənbili yerə qoyub ayaq saxladı. "Ay Allaah, xarı bülbül..." deyib içini çəkdi. Mən də dayanıb qulaq kəsildim. Səs çox kədərliydi, adamın qəlbini yandırıb yaxırdı. Danışırdı sanki, hə, bir anlıq elə bildik ki, tütək danışır bizimlə; nəsə dünyanın faniliyi, həyatın gəldi-gedərliyindən gileylənirdi. Qulağım səsdə, gözüm anamın yanaqları boyunca səssiz-səssiz gilələnən göz yaşlarında donub qaldım. "İli, bir bax gör, kimdi çalan?"-birdən anam göz yaşlarını silə-silə, kövrək boğazla soruşdu. Bir az qabağa gedib boylandım, hardasa 10-12 yaşında bir qarabuğdayı uşaq idi. Elə özümün də yaşım ondan çox olmazdı. Anam dedi ki, əgər qane edə bilsəm, o uşağı evimizə dəvət edim ki, mənim üçün çalsın. Anam "mənim üçün çalsın" sözünü elə dedi ki, içim göyüm-göyüm göynədi. "Bu saat, anacan!" dedim. Onu evə ötürüb "çentrə" tərəf götürüldüm.
Qara oğlan on-on beş adamın dövrəsində əlindəki tütəyin lap anasını ağladırdı. Onu dövrələyən bu adamlardan bəzilərini tanıyırdım, onları aralayıb qabağa keçdim, ağzı açıq-açıq tütək səsini dinlədim bir xeyli. Sonra oğlan bir az nəfəs almaq istəyən kimi dil-boğaza qoymadan dilləndim:
- Ay oğlan, bizim evə gəlib an...-anam demək istəyirdim, amma bu qədər kişinin arasında anamın adını hallandırmaq istəmədim, sözümü dəyişdim -...bizim üçün çalarsan?
Oğlan çiyinlərini çəkib xəfif bir təbəssüm etdi sadəcə, heç nə demədi. Onun əvəzinə yanındakı kişi məni başdan-ayağa süzüb donquldandı:
- Bir manat versən, gələr, nöş gəlməz?
Bir manatım nə gəzirdi. Amma özümdən asılı olmayaraq yenə də əlimi cibimə saldım, girdəkən qabığına oxşayan yekə 5 qəpiklikdən başqa heç nə yox idi.
- Bir manatım yoxdu, amma başqa nə istəsən, verə bilərəm sənə,-dedim,-ee, məsələn, yumurta, nar, heyva...
Razılaşmadı yekəbaş kişi, "Ceyhun-yəqin uşağın adı beləydi-yalnız pulla çalır", dedi. Dəhşət pis oldum, anam bu xahişi məndən elə formada etmişdi ki, onun arzusunu yerinə yetirmək üçün hər şeyə razıydım. Amma nə, axı nə edə bilərdim? Möcüzə olacaqmış kimi bir də bütün ciblərimi yoxladım, faydası olmadı, elə əsəbiləşdim ki, az qala o beş qəpikliyi də götürüb tullayacaqdım. Məyus-məyus tanıdığım o adamlara baxdım, bəlkə onlar nəsə edə. Onlarsa bir ağızdan, "Qaç evə, ay uşaq" dedilər. "Anam istəyib" desəydim, bilirdim, məsələyə ciddi yanaşıb uşaq razılaşacaqdı gəlməyə, amma dediyim kimi bu qədər adamın arasında anamın adını hallandırmaq istəmədim, çünki dəfələrlə məhz bu adamların necə rahat-rahat ana söyüşü söydüyünü görmüşdüm.
Adamların arasından sivişib, yola çıxdım, küçəmizə tərəf baxdım, baxdım... evə gedə bilmədim, üzüm gəlmədi, bir də dönüb onların arasına qayıtdım, çarə axtardım, daşındım, düşündüm, amma çifayda, heç nə edə bilmədim. Boğula-boğula axşamın düşməsini gözəldim. Bu keçən vaxt ərzində beynimə nələr gəlmədi, aman Allah, amma yaxşı ki, hələ böyüməmişdim, pis yollarla pul qazana biləcək yaşda deyildim, yoxsa anamın o kövrək istəyini... və ümumiyyətlə, onun istəklərini yerinə yetirmək üçün Vallah istənilən pisliyə qurşana bilərdim. O qədər gözüm dönmüşdü yəni. Günəş çıxıb getdi, hava get-gedə qaş-qabağını tökdü. Üstəlik bu dəyişikliklər hamısı mənim gözlərimin qabağında baş verdi. Mən də əllərimi ciblərimə dürtüb suyu süzülə-süzülə evə qayıtdım. Əslində çox uzaqda deyildim, vaxtımı elə evimizin yanındakı körpünün üstündə keçirmişdim. Gecənin qaranlığından istifadə edib ustufca otağıma keçdim, səs-səmir yox idi, yerimə uzanıb yorğanı başıma çəkib düşündüm: axı həmişə evə bir saat gec qalsam, anam məni soraqlayar, axtarardı, niyə bu gün belə etməmişdi?
Ehhh... Yəqin məsələnin nə yerdə olduğunu bililb, mənimlə göz-gözə gəlmək istəməmişdi...
İlqar Kamil
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Vaginizm nədir?
Ən çox istifadə etdiyimiz makiyaj vasitələri
Hamiləlik dövründə diş sağlamlığını necə qorumalı?
Yeni doğulmuş körpəyə gigiyenik qulluq
Qadınlarda depressiyanı azaldan 3 idman hərəkəti
Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (6-cı hissə)
Təbiətin üç mərtəbəli gözəli
Yeməkdən sonra bunları etməyin
Rus Dili dərs-23
Ağalarovlar 20 il öncə və indi
Mobil rabitə 94 faizə çatdı
Yer kürəsi 6 gün qaranlıqda qalacaq
Tənbəllikdən necə qurtulaq?
Qışda niyə tez-tez xəstələnirik? - Alim səbəbi göstərib VACİB XƏBƏRDARLIQ ETDİ
Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Elastik smartfon bilərzik nümayiş olundu - VİDEO
Faydalı məsləhətlər
Bayramdan sonra yığılan zibil heyrətləndirdi - FOTO
Məşhur aparıcı işinə qayıtdı-FOTO
Viktoriya zövqlü modelyer seçilib
Tərəvəzli toyuq şorbası (foto resept)
Tort üzərində "Eyfel qülləsi" bəzəyi
Çəkmə modelləri
Reventador oyandı
“WhatsApp”dan növbəti Yenilik
Bu 9 qida arıqladır!
Gəlin öz toyunda UŞAQ DÜNYAYA GƏTİRDİ: bəylə oynadığı an... - FOTO
İkimərtəbəli uşaq çarpayıları
Azərbaycanda 12 illik təhsilə keçidin vaxtı açıqlanıb
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Uşaq arabalarının seçimi
Şahzadə Harri şahzadə Diana haqqında yazdı-FOTO
Mango tarixi və 2011 yaz kolleksiyası
Göbələk şorbası (foto-resept)
Bu rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər - RƏSMİ
Heyvanların gizli həyatı
Uşaqlıq boynu xərçəngindən xəbərimiz varmı?
İki rəngli peçenyeli tort (foto resept)
Leyla Əliyeva ilə Emin Ağalarov əkizlərinin AD GÜNÜNÜ BELƏ QEYD ETDİ - FOTO/VİDEO
Əcnəbilərə müjdə
Dünyanın ən qəribə toyu
Uşaqdan dost olmaz ...
Yanvarın 4-də hamı uçacaq
Dolların və avronun məzənnəsi dəyişdi
Mustafa Sandaldan evlilik açıqlaması
Bakıda Avropa Olimpya komitəsinin 5-ci iclası keçırılıb
Yüzdən çox insan itikin düşüb
Tarkan izləyicilərindən kömək istədi
Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq
- ŞƏRHLƏR