Qalx ayağa türk oğlu.
Taxta döşəməyə uzanıb qalmış gənc qarnına dəyən təpikdən gözünü açdı.Onun qolları arxasında kip bağlanmış,ayaqları dizinə qədər kəndirlə sarınmışdı.Qəzəbindən ağır-ağır nəfəs alaraq ,başının üstündəki,yekəqarın kişiyə nifrətlə baxdı.Yekəqarın qotur sifətli erməni leytenantı Robert Xaçikyan idi.O qarşısındakı,ucaboylu,qıvraq, cəsur gəncə bir daha təpiklə vuraraq –Ara qalx da qalx .Nə baxırsan?Qalxa bilmirsən hə türklər bir daha qalxmaz,it oğlu it.
-Darıxma vaxtı çatanda qalxacam!-dedi gənc
-Qalxa bilsən azad edəcəm səni deyərək kinayə ilə güldü.
-Mən qalxsam ,sən ayaq üstə dayanmayacaqsan.
-Sən öləsən hamınızı qıracağıq,bələkdəki körpənizə qədər qıracağıq hamınızı.
Birdən yerdə uzanıb qalmış gənc qəflətən koramal kimi,qıvrılıb, birdən-birə sarınmış ayaqlarını Xaçikyanın ayaqlarına çırpdı.Zərbə o qədər sərrast və dəqiq oldu ki,zərbəyə tab gətirməyən leytenant döşəməyə sərildi.Gənc ona qalxmağa imkan verməyərək,başıyla düşməninin sifətinə zərbəylə vurdu.Xaçikyanın sifəti qana bulandı.Yanlarındakı əsgər köməyə cumdu.Amma gənc cəld tərpənib dişlərini düşmənin qoluna keçirdi.Robertin naləsinə həyətdən daha iki əsgər qaçıb gəldi.Nəhayət gənc öz ovunu ağzından buraxdı.Lakin erməninin qopmuş əti və köynəyinin bir hissəsi onun ağzında qaldı.Bunları yerə tüpürüb onu insafsızcasına vuran əsgərlərə bağırdı.
-Hamınızı parça-parça edəcəm it uşağı!
Əsgərlər birdən dayandılar,üz-gözü qana bulaşmış gəncin inadındanmı,yerə tüpürdüyü ət parçasındanmı,qorxdular sanki.Köməkləşib qanı axan komandirlərini də götürüb çölə çıxdılar.
Ağzındakı murdar qanı tez-tez tüpürən gənc birdən səs eşitdi-Çox sağ ol qardaş yaxşı divan tutdun bunlara.Amma sənə çətin olacaq.
-Nə çətin olacaq?Ağzındakı pis tamı tüpürən gənc soruşdu.
-Ölmək.
-Mən bura ölməyə gəlməmişəm.Məni Bakıda gözləyirlər.Bəs sən kimsən ,niyə burdasan?Gənc soruşdu.
-İki həftə əvvəl ermənilər Cəbrayıla girəndə ,ərimi,oğlumu,gözümün qabağında öldürdülər,məni də əsir aldılar.
-Bəs niyə bu otaqdasan?
-Məni o əclaf bura gətirib ki onunla olum ,amma ölərəm onunla olmaram.
-Onlar sənə toxunsalar?Qəzəblə soruşdu gənc.
-Onlar ancaq mənim meyidimə toxunarlar!-hiddətlənmiş qadın onun sözünü kəsdi.
Qapı açıldı.Qabaqda Robert arxasınca bayaqkı əsgər içəri girdilər.
-Fikirləşdin gözəl xanım ,indi bunun gözünün qabağında sənin başına bir oyun açım ki.
-Bunun qollarını aç,onu da divara rahat oturt qoy baxsın.
Qolları azad olmuş qadın ,birdən sıçrayaraq bıçağı əsgərin əlindən qapdı və tərəddüd etmədən öz ürəyinə soxdu.İrəli atılan Artur tez bağırdı bunu əməliyyat otağına götür.
-Sən bunun üçün cavab verəcən Artur! dedi gənc.
Qadının namusunu qorumaq üçün etdiyi hərəkət sanki qol-qanad verdi gəncə. Birdən yerə atılıb qalmış bıçağı götürüb əl-ayağına sarınmış kəndiri kəsdi və fikirləşmədən özünü pəncərədən çölə atdı və qaçaraq ordan uzaqlaşmağa çalışdı.Özlərini itirmiş erməni əsgərləri hara gəldi güllə atsalar da gəncə dəymədi .O qaçdı, yenidən qüvvə toplayıb qisas almağa qayıtmaq üçün.
Əziz xanımlar bu bizim bir igid leytenantımız haqda olan kitabdandı .Oxuyun və əmin olun ki, belə oğlu və belə qızı olan xalq basılmaz.
Elxan Elatlıdan.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhurların istifadə etdiyi topuz modelləri
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
47 mindən çox şagird buraxılış imtahanı verəcək
Meşədə qarşınıza ayı çıxsa, nə etməli?
Qorxmuram
Apollon və Dionis
Bakıda 10 dərəcəyədək şaxta olacaq
Kənd, yoxsa zavod südü alaq?
DÇ-2018-in rəsmi mahnısının klipi təqdim edildi - VİDEO
Ən sevdiyim paltarlar və ya paltar növləri
Hansı bürcə ən çox nə yaraşır?
Bakının yaşıl zəhəri
Moskvada Avropanın ən böyük məscidi açıldı
Daha bir məşhur "Çukur"a gəldi
200 il əvvəl ölən, amma hələ də YAŞAYAN RAHİB
Bir paylaşımla milyon qazanan ulduzlar - Siyahı
Ronaldo kökəldi-FOTO
35 ölkə təmsilçisi Bakıya gəlir
Xamalı peçenye (foto resept)
Şokalad otagı
Hansı oyuncaq uşaqda hansı xüsusiyyəti inkişaf etdirər?
Mərci salatı (foto resept)
Badımcanlı "Adıyaman köftəsi" (foto resept)
Nokia-larda Android olmayacaq
Dəri quruluğunu aradan qaldıran ərzaqlar
Bəxşiş istəyən qonaqlar
Altı aktyor serialı tərk etdi-SİYAHI
Mağaradan malikanə düzəltdi - Gecəyə 950 dollar qazanır - FOTO
Taksilərlə bağlı bu dəyişikliklər ediləcək
Bergüzar Korel ilk dəfə bacısı haqqında danışdı
Dahilərdən kəlamlar (IIhissə)
Eşq və etiraf
Əcaib qadınlar
Ziyafət donları
"Azəristiliktəchizat" qışa hazırdır?
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
Messi Ronaldunun "Qızıl top" almasından danışdı
Milyarderdən sonra o da BOŞANIR -SƏBƏB
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Anjelika Varumun səsi batdı - FOTO
Oruc tutanlar imsaqda çay içməsinlər
Bu avtobuslar yığışdırılır
Hazal Kaya ANA OLACAQ!
Evdə təmizlik işləri qadınların əhval-ruhiyyəsinə yaxşı təsir edir
Qadınların ətəklərini gödəldən inqilab
Türkiyədə "üzən avtomobil dayanacaqları" yaradılacaq
Dünyanın ən maraqlı Yeni İl ADƏTLƏRİ
Monika Belluçi imicini dəyişdi-FOTO
BÜRCLƏR bizə nə vəd edir?- 3 fevral
101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi
- ŞƏRHLƏR