Sevgi ləkəsi
Arzu beş-altı il idi yalqız yaşayırdı.Həyat yoldaşı rəhmətə getmişdi.Kişi hənirinə möhtac qalmışdı.Cavan idi,amma daxilən yaşlı sanırdı özünü.Gecələr yeganə kiçik oğlunu qucağına basıb yatmaq istəyəndə xeyli vaxtadək yuxulaya bilmirdi.Oğlunun mışıl-mışıl uyumasına fərəhlənsə də,narahatlığı bitmirdi.Ərindən sən deyən ərlik görməmişdi.Çox mübahisə edirdilər,Arzunu döyüb-söyürdü. Nə ayrıla,nə də sönük ailə ocaqlarını təzədən alovlandı-
ra bilirdilər.Qarşılarında keçilməz sədlər vardı.,,Camaat nə de-yər”bu səddin birincisiydi.
Dul qalandan sonra Arzunun işinə qarışanların sayı artdı. Keçilməz sədlər qadağa- larla,məhrumiyyətlərlə əvəz olundu.“Olmazlar”ı dinləməkdən usanırdı.Kimsəyə möhtacı yoxuydu,işləyib yüksək maaş alırdı.Dəblə geyinib küçəyə çıxanda sözgəzdirən qonşu qadınları dalınca xısınlaşırdılar.Ərini ona qısqananlar ərinə diqqətini,mehribanlığını pik səviyyəyə qaldırmışdı.Balacaboy, gombul qadın olan Ceyran arıqlamaq üçün aerobika klubuna ge-dirdi.Dilarə, kişi üzünə bənzəyən tüklü üzünü təmizlətmək üçün kosmetoloqun yanına ilk dəfə ayaq açmışdı.Altmış yaşlı Tükəzban xala həmişə uzun geydiyi donlarına əlvida söyləyib,şal- vara keçmişdi.
Arzu özünü ciddi,başıaşağı aparırdı,yenə vurğun baxışlardan xilas ola bilmirdi.İstəmir-di bu haram baxışları,özünü gizlətmək istəyirdi öz içində.Tam qapanan qadınlartək geymək fikrinə düşürdü,fikrini boykot edirdi.Düşünürdü,o qapalı geyən qadınlar bununla qadın oldu- ğunu daha çox açıqlamırmı.Qadınlığını,gözəlliyini,tənhalığını gizləyə bilmirdi heç cürə.Qadın -lığı,gözəlliyi varlığının hər hücrəsindən,tənhalığısa gözlərindən boylanırdı.
Bir gün xəstələndi .Boğazı bərk ağrıyırdı .Yaxınlıqdakı özəl klinikaya getdi.Buraya yönü düşməmişdi.
Həkim yaraşıqlı,ucaboylu,cavan kişiydi.Əlini Arzunun ağzına salanda o,ağrıdan qışqırdı.Xoş nəvazişlə qadının başını sığalladı həkim.Müayinə bitəndə söhbətə başladılar.Ya-man mehriban,şirindilli adamıydı.Tez-tez Arzunun gözəl qadın olduğunu vurğulayırdı.Bu sözlərə indi müticəsinə qulaq asırdı Arzu.Sığalsız başını sığallayırdı elə bil bu sözlər ələ dönərək.
Özünü ələ aldı,həkimlə sağollaşıb qapıdan çıxdı.
O gecə yata bilmədi.Başının üstündən asdığı ərinin şəklini dönə-dönə seyr edərək ondan kömək istədi.Ərinin gözlərindən işıq yerinə qəm süzülürdü.Bu gecə onun deyil,şəklinin taleyi həll olunurdu.Sabah ya həmin yerində həmişəki kimi asılıb qalacaqdı,ya da əbədi olaraq asılmayacaqdı.Divar, bir növ, şəklin taxt- taciydı.
Səhər açıldı.Arzu,xəstəliyilə əlaqədar məzuniyyətə çıxdı.Dünənki həkim müalicə yazmışdı.Əvvəlcə başqasının yanına getmək istədi,sonra fikrini dəyişdi.Qərara aldı,dünənkinin yanına getsin,amma üz verməsin ona.
Arzunu qarşısında görən həkim sevindi.Qaşqabağını tökən Arzunu yenə şirin dilinin kəməndinə saldı;üzündə günəş doğdu,buludlar çəkildi.Bərk susamışdı:nəvazişə,sevgiyə. Müalicə-yə başlayan həkim qəflətən tellərini sığallayanda həyəcandan əsim-əsim əsdi...
...Dünya gözündə cənnətə dönmüşdü Arzunun.Qayğılarını unutmuşdu.Evə qayıdanda yuyunub yataq otağına keçdi.Oğlu bağçadan gəlməmişdi.Ərinin şəklinin qarşısında xeyli da-yandı. Başını qaldırıb gözlərinə baxammadı,ağladı.İki hissin arasında qalmışdı:həkimi sevirdi və özünün xəyanətkarlığından xəcalət çəkirdi.Şəkli divardan qoparıb cırıqladı,zibilliyə atdı.Əri ona naməhrəm sayılırdı artıq,evində şəklinin yeri yoxuydu.
Oğlu bağçadan dönəndə atasının şəklini divarda görməyib sual verdi:
- Ana,atamın şəklinin yerində kimin şəklini asacaqsan?
-...
Oğlundan utandı.Şəkil də Arzudan utandı- ona sevgi bəxş eləyə bilmədiyinə görə ...
Müalicə müddətində Arzu, həkimi yaxından tanıdı.Evliydi,bir uşağı vardı;arvadıyla yola getmirdilər.Həkimi sevdiyini bacardıqca gizlətsə də,gözləri sirrini-yalanını açıb deyirdi həkimə. Arvadından ayrılmağını istəmirdi.Sevgisi ehtiras deyildi-keçici hissə oxşamırdı.Yuva dağı-danlara nifrət edirdi.Həkimi beləcə sevmək istəyirdi:hərdən üzünü görmək,səsini eşitmək bəsiydi.
Həkim çox can atdı Arzuyla yaxınlığa,razı olmadı.Özünü alınmaz qala sanırdı.Müalicəsi bitəndən sonra həkimlə əlaqəni tamamən üzmək qərarına gəldi.Aradan bir ay keçmişdi, həkimin telefon zəngi varlığını silkələdi.Yadından çıxarmamışdı onu,ayrılığına dözməyi vərdiş eləyirdi.İstəyənləri vardı,heç birini sevə bilmirdi.
Könlüylə bacarmadı, görüşə çıxdı.Həkimin şəxsi bahalı minik maşınına minməyə əvvəl tərəddüd elədi.Həkim,sadəcə şə-həri dolanacaqlarını deyəndə qorxmadı,arxayınlaşdı.Amma maşını şəhərdən qıraqdakı bağ evinin yanında saxlayanda maşından düşmək istəmədi.Həkim, qarşısında diz çöküb yalvardı:
-Sənə qurban olum.Səni görən gündən yadımdan çıxmırsan.Kimsəni belə sevmə -dim.Nə olar,məni bağışla.İstəmirəm sənsiz olam, sənin kimi tənhayam.Sevmədiyinlə yaşamaq tənhalıqdan betərdi.Ayrılacağam ondan,səninlə evlənəcəyəm.
Alınmaz qala alındı...Bir anlığa ləkələnmiş hesab elədi Arzu özünü.Sonradan gü-lümsədi.Bəlkə də hər ikisi böyük günaha imza atdılar;bəlkə də onu vicdansız,özü hesab etdiyitək,ləkəli,namussuz sanacaqdılar.Olsun,o ki sevgi ləkəsinə bulaşmışdı.Təmizləmək istəməzdi bu ləkəni.Təmiz ləkəydi sevgi ləkəsi...
Həkim, Arzuya diqqətini getdikcə artırırdı.Tez-tez görüşmürdülər,amma hər gün zəngləşirdilər.Arzu onun təklif elədiyi maddi köməyə razılıq vermədi.
Həkimin qızıyla Arzunun oğlu yaşıd idilər.Arzu onu görməmişdi.Təsadüfən dükanda rastlaşdılar bir gün.Atasının yanındakı qıza qanı qaynadı.Yaxınlaşıb alnından öpəndə həkim gözaltı Arzunu süzüb qımışdı.Dükandakılar həkimin gülüşünün mənasını anlamazdılar.
Arzu, qızcığazı öpəndə gözlərinə dərindən nəzər saldı.Orada məsum ifadə dolaşır-dı.Dünyanın tərtəmiz ,günahsız,gözəl varlığıydı bu qızcığaz.Sevinclə dolu qəlbinə kədərin,göz- lərinə göz yaşının izi düşməmişdi.Atasına bənzəyirdi.Mehriban cavabı,qucağına sığınması qəlbini kövrəltdi.Utandı bu kiçik varlıqdan.Həmin gecə qızcığazın surəti gözlərinin qabağından çəkilmədi. Həkimi xəyalına gətirəndə özünü yetirirdi.Həkimlə yanaşı,yuxusunu da qovurdu.Vic- danı sızıldadı.Yox,daha şərik olmayacaq o qızcığazın atasının sevgisinə. Fikrini yayındırmaya -caq həkimin.Onu onsuz sevəcək...
Qərarına əməl elədi.Həkimlə rastlaşanda salamlaşdılar,söhbətləşdilər.Həkim,ondan qaçdığına görə Arzudan küsdü,amansızlıqda qınadı.Bilmədi-Arzunun ona olan sevgisinin zərrə qədər azalmadığını.Arzuya görə yox,ulduzları barışmadığından həyat yoldaşından- arvadından ayrıldı.
noyabr,2009
Səkinə İlyasova
XƏBƏR LENTİ
Koronavirusa görə "Semaşko"da iki nəfər saxlanılır
Toy tortları
Nişan peçenyesi(foto resept)
Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi - FOTO
İyun ayının qalibləri!
İki başlı uşaq doğuldu
Norveç yığması səhvən 15 min yumurta alıb
Gülben Ergen və Yeşim arasında qalmaqal
Qısa və lazımlı məsləhətlər
"2 yaş" tortu (foto resept)
Kəbədə ilk təravih namazı qılındı
Bakı hava limanı leysan yağmasına baxmayaraq həmişəki rejimində işləyir
Bakının bəzi küçələrində qaz olmayacaq
Yaşlı göstərən geyimlər
Paytaxt sakinləri hələ də donurlar: kimdir günahkar?
105 torpağın uyutduğu türk
Ermənilər necə cavab verəcək?
Uşaqlarımızı dəyişən mavi ekranlar
Ən məşhur arıqlama üsulu
Qeyri-adi üzüklər
Metroda mahnı oxudu, həyatı dəyişdi - VİDEO
Kəsmikli bulkalar(foto resept)
Azərbaycanda vahid sosial ödəmə kartı tətbiq olunacaq?
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)
İstanbulda qasırğa
Karantin dövründə sevdiklərinizə nə hədiyyə edə bilərsiniz?
Poğaça (foto-resept)
Quba-İspik-Xınalıq yolunun üzərinə düşən qaya parçasını partladacaqlar
Adi məhsulların gözəllikdə istifadəsi
Bakı küləyi yük maşınını aşırdı
Son dəqiqə: Rusiya ikinci peyvənd üçün tarixi açıqladı
Dərslərə az qaldı...
Tənha insanlar üçün kreslo
Əllər üçün maskalar
Gözəlliyimzdəki xətalar
Qadın.Net-lilərin ilk şərhləri (4-cü hissə)
Dünyanın ən faydalı 13 meyvəsi
Hellouində yadda qalan kostyumlar (2)
İtlərini gəzdirərkən başsız dinozavr tapdı
Yer Kürəsinin kütləsi və maqnit sahəsi
Virtual aləmin reallıqları
Təhsilini bitirə bilməyən şagirdlər üçün şans
Qadın.Net - ilk kiçik toplantı (yeni şəkillər əlavə olundu)
Televiziya əməkdaşları işə necə gedib-qayıdacaq?
Maraqlı bürc təqvimi
Bakıda maraqlı sərgi açıldı
Kriştianu Ronaldu cəngavər oldu
Huawei yeni smartfonunu göstərdi
Bananlı olladilər (foto resept)
İvana Sert hicabda-FOTO
- ŞƏRHLƏR