Sevgi ləkəsi
Arzu beş-altı il idi yalqız yaşayırdı.Həyat yoldaşı rəhmətə getmişdi.Kişi hənirinə möhtac qalmışdı.Cavan idi,amma daxilən yaşlı sanırdı özünü.Gecələr yeganə kiçik oğlunu qucağına basıb yatmaq istəyəndə xeyli vaxtadək yuxulaya bilmirdi.Oğlunun mışıl-mışıl uyumasına fərəhlənsə də,narahatlığı bitmirdi.Ərindən sən deyən ərlik görməmişdi.Çox mübahisə edirdilər,Arzunu döyüb-söyürdü. Nə ayrıla,nə də sönük ailə ocaqlarını təzədən alovlandı-
ra bilirdilər.Qarşılarında keçilməz sədlər vardı.,,Camaat nə de-yər”bu səddin birincisiydi.
Dul qalandan sonra Arzunun işinə qarışanların sayı artdı. Keçilməz sədlər qadağa- larla,məhrumiyyətlərlə əvəz olundu.“Olmazlar”ı dinləməkdən usanırdı.Kimsəyə möhtacı yoxuydu,işləyib yüksək maaş alırdı.Dəblə geyinib küçəyə çıxanda sözgəzdirən qonşu qadınları dalınca xısınlaşırdılar.Ərini ona qısqananlar ərinə diqqətini,mehribanlığını pik səviyyəyə qaldırmışdı.Balacaboy, gombul qadın olan Ceyran arıqlamaq üçün aerobika klubuna ge-dirdi.Dilarə, kişi üzünə bənzəyən tüklü üzünü təmizlətmək üçün kosmetoloqun yanına ilk dəfə ayaq açmışdı.Altmış yaşlı Tükəzban xala həmişə uzun geydiyi donlarına əlvida söyləyib,şal- vara keçmişdi.
Arzu özünü ciddi,başıaşağı aparırdı,yenə vurğun baxışlardan xilas ola bilmirdi.İstəmir-di bu haram baxışları,özünü gizlətmək istəyirdi öz içində.Tam qapanan qadınlartək geymək fikrinə düşürdü,fikrini boykot edirdi.Düşünürdü,o qapalı geyən qadınlar bununla qadın oldu- ğunu daha çox açıqlamırmı.Qadınlığını,gözəlliyini,tənhalığını gizləyə bilmirdi heç cürə.Qadın -lığı,gözəlliyi varlığının hər hücrəsindən,tənhalığısa gözlərindən boylanırdı.
Bir gün xəstələndi .Boğazı bərk ağrıyırdı .Yaxınlıqdakı özəl klinikaya getdi.Buraya yönü düşməmişdi.
Həkim yaraşıqlı,ucaboylu,cavan kişiydi.Əlini Arzunun ağzına salanda o,ağrıdan qışqırdı.Xoş nəvazişlə qadının başını sığalladı həkim.Müayinə bitəndə söhbətə başladılar.Ya-man mehriban,şirindilli adamıydı.Tez-tez Arzunun gözəl qadın olduğunu vurğulayırdı.Bu sözlərə indi müticəsinə qulaq asırdı Arzu.Sığalsız başını sığallayırdı elə bil bu sözlər ələ dönərək.
Özünü ələ aldı,həkimlə sağollaşıb qapıdan çıxdı.
O gecə yata bilmədi.Başının üstündən asdığı ərinin şəklini dönə-dönə seyr edərək ondan kömək istədi.Ərinin gözlərindən işıq yerinə qəm süzülürdü.Bu gecə onun deyil,şəklinin taleyi həll olunurdu.Sabah ya həmin yerində həmişəki kimi asılıb qalacaqdı,ya da əbədi olaraq asılmayacaqdı.Divar, bir növ, şəklin taxt- taciydı.
Səhər açıldı.Arzu,xəstəliyilə əlaqədar məzuniyyətə çıxdı.Dünənki həkim müalicə yazmışdı.Əvvəlcə başqasının yanına getmək istədi,sonra fikrini dəyişdi.Qərara aldı,dünənkinin yanına getsin,amma üz verməsin ona.
Arzunu qarşısında görən həkim sevindi.Qaşqabağını tökən Arzunu yenə şirin dilinin kəməndinə saldı;üzündə günəş doğdu,buludlar çəkildi.Bərk susamışdı:nəvazişə,sevgiyə. Müalicə-yə başlayan həkim qəflətən tellərini sığallayanda həyəcandan əsim-əsim əsdi...
...Dünya gözündə cənnətə dönmüşdü Arzunun.Qayğılarını unutmuşdu.Evə qayıdanda yuyunub yataq otağına keçdi.Oğlu bağçadan gəlməmişdi.Ərinin şəklinin qarşısında xeyli da-yandı. Başını qaldırıb gözlərinə baxammadı,ağladı.İki hissin arasında qalmışdı:həkimi sevirdi və özünün xəyanətkarlığından xəcalət çəkirdi.Şəkli divardan qoparıb cırıqladı,zibilliyə atdı.Əri ona naməhrəm sayılırdı artıq,evində şəklinin yeri yoxuydu.
Oğlu bağçadan dönəndə atasının şəklini divarda görməyib sual verdi:
- Ana,atamın şəklinin yerində kimin şəklini asacaqsan?
-...
Oğlundan utandı.Şəkil də Arzudan utandı- ona sevgi bəxş eləyə bilmədiyinə görə ...
Müalicə müddətində Arzu, həkimi yaxından tanıdı.Evliydi,bir uşağı vardı;arvadıyla yola getmirdilər.Həkimi sevdiyini bacardıqca gizlətsə də,gözləri sirrini-yalanını açıb deyirdi həkimə. Arvadından ayrılmağını istəmirdi.Sevgisi ehtiras deyildi-keçici hissə oxşamırdı.Yuva dağı-danlara nifrət edirdi.Həkimi beləcə sevmək istəyirdi:hərdən üzünü görmək,səsini eşitmək bəsiydi.
Həkim çox can atdı Arzuyla yaxınlığa,razı olmadı.Özünü alınmaz qala sanırdı.Müalicəsi bitəndən sonra həkimlə əlaqəni tamamən üzmək qərarına gəldi.Aradan bir ay keçmişdi, həkimin telefon zəngi varlığını silkələdi.Yadından çıxarmamışdı onu,ayrılığına dözməyi vərdiş eləyirdi.İstəyənləri vardı,heç birini sevə bilmirdi.
Könlüylə bacarmadı, görüşə çıxdı.Həkimin şəxsi bahalı minik maşınına minməyə əvvəl tərəddüd elədi.Həkim,sadəcə şə-həri dolanacaqlarını deyəndə qorxmadı,arxayınlaşdı.Amma maşını şəhərdən qıraqdakı bağ evinin yanında saxlayanda maşından düşmək istəmədi.Həkim, qarşısında diz çöküb yalvardı:
-Sənə qurban olum.Səni görən gündən yadımdan çıxmırsan.Kimsəni belə sevmə -dim.Nə olar,məni bağışla.İstəmirəm sənsiz olam, sənin kimi tənhayam.Sevmədiyinlə yaşamaq tənhalıqdan betərdi.Ayrılacağam ondan,səninlə evlənəcəyəm.
Alınmaz qala alındı...Bir anlığa ləkələnmiş hesab elədi Arzu özünü.Sonradan gü-lümsədi.Bəlkə də hər ikisi böyük günaha imza atdılar;bəlkə də onu vicdansız,özü hesab etdiyitək,ləkəli,namussuz sanacaqdılar.Olsun,o ki sevgi ləkəsinə bulaşmışdı.Təmizləmək istəməzdi bu ləkəni.Təmiz ləkəydi sevgi ləkəsi...
Həkim, Arzuya diqqətini getdikcə artırırdı.Tez-tez görüşmürdülər,amma hər gün zəngləşirdilər.Arzu onun təklif elədiyi maddi köməyə razılıq vermədi.
Həkimin qızıyla Arzunun oğlu yaşıd idilər.Arzu onu görməmişdi.Təsadüfən dükanda rastlaşdılar bir gün.Atasının yanındakı qıza qanı qaynadı.Yaxınlaşıb alnından öpəndə həkim gözaltı Arzunu süzüb qımışdı.Dükandakılar həkimin gülüşünün mənasını anlamazdılar.
Arzu, qızcığazı öpəndə gözlərinə dərindən nəzər saldı.Orada məsum ifadə dolaşır-dı.Dünyanın tərtəmiz ,günahsız,gözəl varlığıydı bu qızcığaz.Sevinclə dolu qəlbinə kədərin,göz- lərinə göz yaşının izi düşməmişdi.Atasına bənzəyirdi.Mehriban cavabı,qucağına sığınması qəlbini kövrəltdi.Utandı bu kiçik varlıqdan.Həmin gecə qızcığazın surəti gözlərinin qabağından çəkilmədi. Həkimi xəyalına gətirəndə özünü yetirirdi.Həkimlə yanaşı,yuxusunu da qovurdu.Vic- danı sızıldadı.Yox,daha şərik olmayacaq o qızcığazın atasının sevgisinə. Fikrini yayındırmaya -caq həkimin.Onu onsuz sevəcək...
Qərarına əməl elədi.Həkimlə rastlaşanda salamlaşdılar,söhbətləşdilər.Həkim,ondan qaçdığına görə Arzudan küsdü,amansızlıqda qınadı.Bilmədi-Arzunun ona olan sevgisinin zərrə qədər azalmadığını.Arzuya görə yox,ulduzları barışmadığından həyat yoldaşından- arvadından ayrıldı.
noyabr,2009
Səkinə İlyasova
XƏBƏR LENTİ
Sadə aksessuarlar
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
Facebook pullu ola bilər
Erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır - RƏSMİ
Kredit faizləri niyə düşmür?
Rəqəmli pazllar (3)
Məşhur serial yenidən çəkilir - VİDEO
Məşhur fiziklə bağlı ilginc iddia: “Əslində, o, 30 il əvvəl ölüb ...” - FOTOLAR
Bayram günü HAVA necə olacaq?
Sarımsaqla saç müalicəsi
Instagram'da mesajlaşma dövrü bitir
Qeyri-adi görünüşü olan quşlar
47.3 milyon manatlıq nadir brilliant üzüyü kim alıb?
Günün ulduz falı
Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
Bu həftəsonu karantin rejimi tətbiq olunacaq? - Rəsmi açıqlama
170 dollarlıq kompüter satılacaq
Murat Boz Bakıdadır - FOTO
İnsanların xoşbəxt olduğu 10 şəhər
Hava xəbərdarlığı edildi
Murad Bozu əsəbiləşdirdi-FOTO
Bu rəsm əsəri rekord qiymətə satıldı-FOTO
Nüsrətin ailə FOTOsu gündəm oldu
Qalıcı arıqlama üsulları
Yaşlarını gizlədən məşhurlar-SİYAHI
Yorğunluğa son
Azərbaycanlı Olimpiya çempionu deyilənlərə cavab verdi
Bu il Nyu Yorka aviareys açılacaq
Albaniya Parlamentinin spikeri: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
Kerem Bürsin saç əkdirib
Beyons yeni imicdə- FOTO
Oskar mərasimindən ən yadda qalan geyimlər
Ana olmaq üçün ən təhlükəli varlı ölkə
Gəlin toyundan qaçırsa... biz haraya sürüklənirik?
WhatsApp-dan istifadə etmək qadağan edilə bilər
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Milçəklərlə danışıram... mənə deyir, ananı öldür - 18 yaşlı rəssamın DƏHŞƏT DOLU HƏYATI
Özge küçəyə skuterlə çıxdı, lağa qoyuldu - FOTO
2013-cü ilin ən yaxşı fotoları
Hava kəskin soyuyur
Kəs və yapışdır-2
"Ufak Tefek Cinayetler"in yeni mövsüm fraqmanı yayımlandı-VİDEO
Kann kinofestivalı başlandı
2019-un rəngli və maraqlı trendləri
Aprelin 1-dən bu qanun dəyişir
İtlərini gəzdirərkən başsız dinozavr tapdı
Uşaqlarda normal temperatur
Silahı olanlar narkoloji testdən keçiriləcək
"Qalatasaray"da nə baş verir?
Aparıcı övladlığa uşaq götürəcək
- ŞƏRHLƏR