Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı. Hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti var idi. Nə iş olsa, "Bunda da bir xeyir var", - deyərdi...
Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var", - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?" - deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla", - dedi. Dostu isə həmişəki kimi bu dəfə də, "Yox, bunda da bir xeyir var idi", - deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?" - deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... Sonrasını sən məndən yaxşı bilirsən", - dedi...
XƏBƏR LENTİ
Günün qoroskopu: Bədxərclik etməyin!
Kim Çen In koronavirusa görə bu şəhəri bağladı, fövqəladə vəziyyət elan edildi
Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı
Zibilyığanın marağı 900 illik mumiyanı üzə çıxardı
Dost dedikdə - 1
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı - RƏSMİ
Hava haqqında
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Ağ saçları aradan qaldıran içki
Azərbaycanda yeni virus aşkarlanıb
Azərbaycanda tədrisin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA
10 funt verdi 1 milyon qazandı
Körpələrin boy və çəki cədvəli
"Azərbaycanda hər 10 məhkəmə işindən 9-u boşanmadır"
Eşq ağlı başdan alır
İrem Derici sarışın oldu - FOTO
Əqrəb bürcünün 5 əsas xüsusiyyəti
Şəkər çörək (foto resept)
Kişini qadına bağlamağın yolları
Pərdə modelləri
Tətil sabahdan başlayır!
Ordumuz İrəvana necə girəcək?
“Facebook” profilinin təhlükəsizliyini necə qorumaq olar?
Azərbaycan hökuməti Ermənistan tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək
Bir az dərin düşünək
Çəhrayı maska nədir?
Sumqayıt susuz qalacaq
Ermənistanda intihar halları getdikcə artmaqdadır
Məşhur müğənni boşanır
Qış toyu üçün rəng seçimi
Xərçəng xəstələrinə müjdə!
Azərbyacanda ən çox yayılan xəstəliklər
Dəbli geyim nümunələri
Güldürən heyvanlar
Europada həyat axtarışları
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Tərəzi bürcü qadını
ABŞ geri addım - növbə Britaniyanındırmı?
BÜRCLƏR bizə nə vəd edir? -6 İyun
Ramazanın 27-ci gününün duası
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı və Müdafiə Nazirliyinin idarə rəisi vəzifələrindən azad edildilər
Yaşıl mərci salatı (foto-resept)
Kraliça ilə vida mərasimi keçirilir - FOTO
Avtomobillərin texniki baxışında yeniliklər
Acılı əzmə (foto resept)
"Hercai" serialının ulduzuna İsraildən reklam təklifi
Dünyanın ən nüfuzlu pasportlarının SON REYTİNQİ – Azərbaycan neçəncidir?
"Azərbaycan Reyms şəhərinə bu səfər poeziya ilə qonaq gəldi"
7 düşüncə ilə dəyiş
Günün qoroskopu: Münaqişə etməyin!
- ŞƏRHLƏR