Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı. Hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti var idi. Nə iş olsa, "Bunda da bir xeyir var", - deyərdi...
Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var", - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?" - deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla", - dedi. Dostu isə həmişəki kimi bu dəfə də, "Yox, bunda da bir xeyir var idi", - deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?" - deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... Sonrasını sən məndən yaxşı bilirsən", - dedi...
XƏBƏR LENTİ
Aygün Kazımova: "Mən fala baxdırmıram"
"Facebook"un bu yeniliyi sevilməyəcək
Onlar niyə zəhləmizi tökürlər?
Sabah yağış yağacaq, şimşək çaxacaq
Paytaxtın bir sıra qəsəbələrinə gediş-gəliş məhdudlaşdırılacaq
Kişilərə söyləyərkən diqqət edəcəyiniz məqamlar
Dünyanın ən axmaq qadağaları
Afrikanın soyq ölkəsi. Kralın toyu - FOTOSESSİYA
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
10 min nəfərlik plov bişirildi-FOTO
Xanımlar üçün qol saatları
Çimərlik həvəskarlarına şad xəbər
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Azərbaycan milli uşaq oyunları-1
Armudun faydaları
Aleyna 158 minə avtomobil aldı-FOTO
Neft ucuzlaşdı
Yaşıl rəngli divara PƏRDƏ nümunələri
Bakıda möhtəşəm sevgi etirafı
Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ
Meyvələr haqqında bilmədiklərimiz-1
Yemək seçən uşaqla mübarizə üsulları
Azərbaycan hərbçiləri bu dəfə də düşməni susdurdular
Milli Məclis 11 qanunu dəyişdirdi
Uşağı kimə verməli?
Bu gün "Qanlı Ay" görünəcək
Bu əşyaları EVDƏ SAXLAMAYIN! - Yoxsulluq, səfalət və uğursuzluq gətirir
Bu da 10 milyonuncu uşağın FOTOSU
İstanbulda baş verən terror aktına görə məsuliyyəti üzərinə İŞİD götürdü
III qrupda ixtisasların sayı artırılır
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Dünya bu toydan danışır: 30 qonaqdan 7-i ... - FOTO
Amerika Yəhudi Komitəsinin gənc qanadı ACCESS Qrupu Azərbaycanın ABŞ-dakı səfirliyində olub
NASA-dan şok araşdırma
Labirint-5
Gözəl modeldən dərini nəmləndirən maska
Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət
Maradona prezident olmaq istəyir
İnsanlar tək gözlü olacaq
Ərik bəhməzinin hazırlanması və faydaları
Dünyanın iri canlıları (FOTO)
Nazir müavini: “Ermənilər Kəlbəcərdə tarixi monastırı saxtalaşdırdı, indi isə qeyri-qanuni olaraq...”
Sürücülərə VACİB XƏBƏRDARLIQ - Avqustun 1-dən başlayır
Pişik balası bilib aldılar, puma çıxdı - FOTO
Tarixin tapıntısı: Marsda qaynayan göl tapıldı-FOTO/VİDEO
Tarixin ən nadir oğurluğu: belə iş olar?
Bakıda avtobus sürücülərinə bəd xəbər
Aldadıldım! Nə edəcəm indi?!
Tarkan Berlində dönərxanaya baş çəkdi - Foto
Sümükləri bərkidən və arıqlamağa yardım edən bitki
- ŞƏRHLƏR