Bir vaxtlar uzaq ölkələrdən birində bir kral yaşayırdı. Kral uşaqlıq dostunu heç vaxt yanından ayırmazdı. Hara getsə, onunla bir yerdə gedərdi. Dostunun qəribə bir xasiyyəti var idi. Nə iş olsa, "Bunda da bir xeyir var", - deyərdi...
Bir gün kral dostu ilə ova çıxdı. Dostu tüfəngləri doldurub krala verir, o da ovunu nişan alırdı. Birdən necə oldusa, güllə arxaya açıldı və kralın baş barmağını qopardı. Dostu həmişəki kimi yenə "Bunda da bir xeyir var", - dedi. Kralın bu sözə acığı tutdu. Həm ağrıdan, həm də qəzəbdən, "Sən hansı xeyirdən danışırsan? Görmürsən, barmağım qopdu? Daha bunun harası xeyirdir?" - deyə bağırdı. Bununla da qəzəbi soyumadı. Ovdan qayıdan kimi dostunu zindana atdı.
Bu hadisədən bir il keçdi. Bir gün kral adamyeyən bir qəbilənin yaşadığı meşəyə ova çıxdı. Kralın heç bir şeydən xəbəri yox idi. Çox keçmədi ki, adamyeyənlər onları tutub yaşadıqları qəbiləyə apardılar. Kəndin ortasında tonqal qurdular. Sonra onların tonqalın ortasındakı dirəyə bağladılar. Tonqala od vurmaq istəyirdilər ki, kralın bir barmağının şikəst olduğunu gördülər. Sən demə, bu qəbilədə şikəst adam yemək günah imiş. Ona görə də kralı açıb buraxdılar. Artıq hər şey məlum idi. Kral dostuna qarşı haqsızlıq etmişdi. Saraya qayıdan kimi dostunu zindandan azad etdi. Yanına gedib başına gələnləri ona danışdı və "Sən haqlıysanmış. Barmağımın qopmağında xeyir var imiş. Səni nahaq yerə zindanda saxladığım üçün məni bağışla", - dedi. Dostu isə həmişəki kimi bu dəfə də, "Yox, bunda da bir xeyir var idi", - deyə cavab verdi. Kral, "Dostunu zindana salmaq nə vaxtdan xeyir oldu?" - deyərək heyrət dolu nəzərlərlə ona baxdı. Dostu isə halını pozmadan: "Əgər mən zindanda olmasaydım, səninlə birlikdə ova gedəcəkdim. Sonra da... Sonrasını sən məndən yaxşı bilirsən", - dedi...
XƏBƏR LENTİ
“Facebook” sayğacdan imtina haqqında düşünür
Dəhşətli xəstəlik məşhur baş məşqçinin ömrünü yarıda kəsdi
Hava haqqında - 04.10.2013
Sadə tort (foto resept)
2019-un qısa saç modelləri
Məhsul bol, qiyməti də çox ucuz, lakin alan yoxdur
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Arıqlamaq üçün xüsusi ətir
Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu: Ölənlər və yaralananlar var
NASA tarixin ən nadir FOTOsunu yaydı
Son 40 il Azərbaycanın ən isti dövrüdür
Ərdoğan bizə başsağlığı verdi
Qar çəkmələri ilə necə tərz yaratmalı?
Şəfalı bitkilər
"Google" və "Facebook"un işində problemlər yaranıb
Bülent Ersoy 6 saata 500 min xərclədi-FOTO
Yaş həddi artırıldı - 68
Aleyna Tilki yenə diqqət mərkəzində-FOTO
Azərbaycanda daha bir tarixi tapıntı
Avropanın ən təcrübəli futbolçuları
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
Barak Obama yay məzuniyyəti zamanı oxuyacağı kitabların siyahısını bölüşüb
Xalq yazıçısından rus məktəblərinin bağlanmasını istəyənlərə sərt sözlər
Azərbaycan üzgüçülükdə də İslam Həmrəyliyi Oyunlarında medal qazandı
Gəlin otağı modelləri
Keyt Bekinseyl pərəstişkarlarını son görüntüləri ilə heyran qoydu - FOTO
Uşaqlara baxan ana ilə atanın fərqi
Koronavirusa yoluxan Yelena Zelenskaya xəstəxanaya yerləşdirildi
"Ölüm körpüsü"nə çarə tapdılar
Qarabağda Rusiya və Türkiyə hərbçiləri harada yerləşdiriləcək? - VİDEO
"Kuzgun" final edir?
Şokoladlı, fıstıqlı rulet (foto resept)
Sobada südlaç (foto resept)
Azərbaycan 53 medal qazandı
İlham Əliyev Ərdoğanın şərəfinə ziyafət verib
Göldə sirli məxluq kameralara düşüb - FOTO
Antalyada Qarabağ müzakirəsi
Ağlagəlməz oğurluq üsulu kameralarda - VİDEO
Coronavirusa qarşı bu dərmanlar tövsiyə edilir - Nazirlik AÇIQLADI
Uşaqlarda yerini islatma
Qadın.Net-lilərin fobiyaları (2-ci hissə)
Naringinin 9 inanılmaz faydası
Uşaq aləmi
Bu çimərliklərdə EHTİYATLI OLUN - YENİLƏNİB
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
Meksikanın artefakt muzeyi (2)
Həcc ziyarətinin vaxtı açıqlandı
Maksim Şevçenko: “Gəncənin atəşə tutulması Hitlerin fəaliyyətinin analoqudur!”
Almaniya - Braziliya: hansı kanalda?
Ağıllı şəhərlər trilyonlar qazandıra bilər
- ŞƏRHLƏR