Gecədən xeyli keçmişdi. Kamilənin söhbətindən,otağın havasızlığından, hansısa fikrin qorxusundan, ya nədənsə yata bilmirdi.Gözünü yuman kimi Elburusun bulanıq gözləri gəlib dururdu nəzərlərinin önündə.Tez diksinib gözlərini açırdı.Ağlına bir fikir gəldi: Görəsən həmin yay “oçura”gedən kişilərin içində Elburus da var idi? Bəs haradan bilirdi bunu Kamilə belə xırdalıqlarına qədər? Gözü ilə görmüş kimi. Kim bilir bəlkə də görüb.Yoxsa hardandı bu qədər nifrət, kin,istehza, eyni zamanda qorxu atasına qarşı...
Ömründə belə qəribə ailə görməmişdi. Bir-birinə belə baxan, belə danışan, söz tullayan, adam yerinə qoymayan ,qarşılıqlı hörmətsizlik olan bir ailə. Sən neçə ailə görmüşdün ki indiyə kimi? Gördüyün əmingilin ailəsidir, hansı ki, içindən xəbərin yox idi. Bacının ailəsi - ailə demək olarsa, özünüz də ki...Amma hər halda, beləsinə birinci dəfədir rast gəlir. Böyrü üstündə çevrildi. Kamilənin sakit nəfəsi eşidilirdi. Öyrəşməmişdi kimləsə yanaşı uzanmağa... Otaqda başqasının hənirtisi eşidilsə, öldür, yata bilməz. Amma indi Kamilənin mışıltısı onu sakitləşdirirdi, sanki rahatlaşırdı hər dəfə onun nəfəsini eşidəndə.
Yatmamışdan əvvəl özü istəmişdi Kamiləylə bir otaqda qalmağı. Hərçənd ki, Elburus “Qonaq rahat olsun deyə onu başqa,tək adamlıq otaqda istirahətini təmin edək” kimi cümlələr işlətmişdi.
Bir gün deyildi bura gəlməyi, amma artıq itirmişdi başını.Bu yarıqaranlıq otaqda özünü bütün kainatda təkmiş kimi hiss edirdi. Danışmağa,ən azından SMS yazmağa kimsə olsaydı ürəyini boşaldar, bu qarmaqarşıq hisslərdən yaxasını qurtarardı. Kiminlə? Anası çoxdan yatıb. Həm nə başa düşəcək ki? Könül? O da yatıb yəqin ya - saatına baxdı: 00:21 göstərirdi - yatmaz, yox,seriala baxır indi. Amma ona da zəng vurmaq, SMS yazmaq cəsarət tələb edirdi.Gəl Hikmətə izahat ver, bacısının başı ağrıyar - “yenə nə sülənir,bacın?!” - deyə...
Doğurdan da, nə sülənirsən?!Yerində qurcalandı. Bircə yata bilsəm, səhər tez açılsın, tez evə qaçım. Kamilə qalar yəqin. Özü bilər, mən zorla da olsa gedəcəm. Ona görə də yatmaq lazımdır.Ya da yox, yatmayım, amma səhər açılsın. Yadına düşdü; uşaq olanda bir yerə gedəcəkləri vaxt anası belə deyərdi: ”Yat ki, səhər tez açılsın”... Nə işim var idi axı burada? Bu da sənin şəkillərin! Güya ki...
Crrrrr....
Bir anda bədənini soyuq tər basdı.Kimsə orta otağın qapısını açıb yan otağa keçmişdi. Oradan da giriş yalnız indi yatdıqları otağa idi... Sakit addım səsləri eşidilirdi,kimsə qapıya yaxınlaşırdı. ”İlahi!”- gözləri böyüdü.Tez Kamiləyə tərəf döndü:
-Kamilə! - deyə pıçıldadı.
Kamilə bu səsə bənd imiş kimi gözlərini geniş açıb sakitcə ona baxdı,heç nə soruşmayıb dik hərəkətlə qalxıb yerinin içində oturdu. Bir an ikisi də susub qulaq verdilər. Artıq ayaq səsləri qapının düz yanında eşidilirdi. Kimsə sanki bir an tərəddüd etdi ,ya da ətrafı dişnəyirdi. Sonra qapının cəftəsi ehtiyatla aşağı əyildi. Əlini uzadıb Kamilənin əlindən tutdu. Kamilə əlini çəkib barmağını dodağlarının üstünə qoydu:
-Sss...
Yerindən dəbərməyə tələsmirdi deyəsən. Sanki nəsə olacaqdı, o da həmin “nəsəni”gözləyirdi. O isə az qala hədəqəsindən çıxan gözlərini bərəldib gah Kamiləyə, gah da açılan qapıya baxırdı və Kamilənin niyə durub bir şey etməməsinə heyrətlənirdi. Artıq otağa nazik işıq zolağı düşürdü və bu işıq get-gedə böyüyürdü, enlənirdi.
Ürəyinin döyüntüsünü hiss edirdi...
Kamilə dəbərdi...
Elə bu an cəftədə olan iri, kobud əlin üstünə qətiyyətli bir əl endi.
Kamilə dayandı...
Ikinci əl yarı açılmış qapını sərt şəkildə çəkib bağladı.
Rahat nəfəs aldı. Amma Kamilə hələ də gözünü qapıdan ayırmırdı.Qapının o üzündə boğuşma düşdü.Kimsə səsini qaldırmadan hiddətlə nəsə pıçıldayırdı.Amma səsi qırıq-qırıq gəlirdi.Görünür, kimsə əli ilə danışanın ağzını qapamağa çalışırdı. Addımlar qapıdan uzaqlaşsa da səs kəsilmirdi. Boğuq səslər içərisində yalnız hiddətli qadın səsi ilə deyilən bu sözlər aydın eşidildi:
-Niyə həmişə eyni şeyi edirsən?! Qızından utan heç olmasa!
-Şişirtmə! Gəl!- Bu da günortakı saymazyana səs idi...
Çöl qapının örtülməsindən sonra sükut çökdü. Kamilə oturduğu yerdən dəbərməyib gözünü xalçaya dikmişdi. İkisinin də qulaqlarında eyni söz əks-səda verirdi: "Həmişə!"... Uzun müddət beləcə dayandılar.Sonra Kamilə sakit səslə:
-Yat,sabah tezdən yola çıxmalıyıq - deyib kirimişcə yerinə girdi, yorğanı başına çəkdi.Səsi gəlməsə də yatmadığı hiss olunurdu. O da bir az otaq yoldaşına baxıb yerinə girdi. Səhərəcən gözlərini qırpmadı heç biri...
Səhər süfrədə rastlaşdılar.Ondan olsaydı, heç süfrəyə də oturmazdı. Elə tezdən, heç kim ayağa qalxmadan dayanacağa gedərdilər. Amma Kamilə qoymadı. Yenə də sakit səslə ”Yemək yeyək, sonra”-dedi. O da etiraz etmədi. Süfrədə qadın geyinib aşağı düşmüş qonağa sualedici nəzərlərlə baxdı, sonra qızına dönüb başıyla “Nə?” - deyə soruşdu.
-Gedirik biz.- Anasının üzünə baxmadan dilləndi. - Yemək yeyib çıxaq.
-Hə? Hə... Lap yaxşı - qadın rahat nəfəs aldı sanki. Ona tərəf çevrilib:
-Gəl, qızım,gəl otur - dedi.
Heyrətlə qadına baxdı. Dünəndən bəri ilk dəfə idi ki, ev sahibəsi ona birbaşa müraciət edirdi, özü də belə mehriban... Qapı açıldı. Bulanıq gözləri görməmək üçün tez keçib Kamilənin yanında oturdu.
Kişi şən səslə:
-Ooo! Qonağımız nə erkən durub - deyə keçib onun qarşısında oturdu.- Necə yatdınız?
Bir anlıq sükut çökdü. Qadın çayniki götürüb otaqdan çıxdı, Kamilə özünü məşğul göstərib başını qaldırmadı, kişi isə gülümsəyən gözlərini ondan ayırmayıb cavab gözləyirdi. Dillənməkdən başqa əlacı qalmadı:
-Yaxşı - deyə udqundu.
-Həə - Elburus əlini-əlinə sürtdü - Əlbəttə, buraların havası adamı 6 aylıq uşaq kimi uyudur.
Kamilə sərt hərəkətlə əlindəki stəkanı nəlbəkiyə qoyub dik nəzərlərlə atasına baxdı:
-Yaxşı yatdıq, amma yaman çox milçək vardı, mane olurdu adama!
-Eləmi? - Süni heyrətlə qaşlarını dartdı. - Gör ha, bəs niyə çağırmadınız, dərman yandırardım.
-Gərək qalmadı! Elə mən durub yandıracaqdım ki - bir az susdu - anam həll etdi...
- Həə, anan yaxşıdı elə şeylərə...
-Öyrəncəlidir, yazıq qadın neyləsin...!
Kişi cavab verməyib əlindəki yekə tikəni ağzına qoydu, ona tərəf baxıb gülümsədi yenə:
-Bunun dadına baxın, şəhərdə olmaz belə şeylər...
“Nə həyasız kişidir!” - deyə ürəyindən keçirdi.
"Ququnun"hədiyyəsi" romanından...
XƏBƏR LENTİ
Google-da nə qədər xanım çalışır?
Kosmosun gizli bombası: Yerə təhlükə yaxınlaşır
İspan dili 11-ci dərs
Bu sezonun 4 trendi
Günün qoroskopu: yaxınlarınız ideyalarınıza dəstək olacaqlar
Rusiya Azərbaycanın sifarişini yerinə yetirdi
Ayaqlar üçün 3 dartınma hərəkəti
Qeyri-adi yumurtalar görənləri TƏƏCCÜBLƏNDİRİ-FOTO
Qəbul imtahanından az bal toplayan abituriyentlərin nəzərinə
Roma Papasının "ədaləti" və ya bitməyən minillik savaş
Niderlandda Azərbaycan diaspor təşkilatları sırasına daha ikisi qatılıb
ƏT SALATI (foto resept)
Bənzədiyi orqan üçün faydalı olan qidalar
Gürcüstanda 24 saat ərzində üçüncü zəlzələ
Qandakı şəkərin miqdarını göstərən eynək
Bu günün hava proqnozu
Xoşbəxt olmağın yollarını göstərən hədislər
Bal ayına hazırlaşanlar, diqqət! - 10 ən maraqlı yer
"Çelsi" anti-rekorda imza atdı, "Liverpul" şokda
Moskva Vahid Mustafayevi alqışlayır
Sabah yaz havası olacaq
Qızıl axtaran yoxsullar nə tapırlar? - FOTOSESSİYA
"Viber"də yeni funksiya
İtalyan pizzası (foto resept)
Azərbaycana məxsus PUA-nın səsinə məhəl qoymayan erməni polkovnik-leytenant həbs olundu
Azərbaycanda daha 40 nəfər koronavirusdan öldü: 1850 yeni yoluxma
Həyatın mənşəyini açıqlayan “ilk hüceyrə”
Dünyada minlərlə insan bu günü gözləyir
Yumurta ağı ilə gözəlləşin
Nəhəng idmançı 472 kq qaldırdı
İlk görüş
Günəşin enerjisi ilə dünya səyahətinə
İş axtaranların nəzərinə!
Kompüterdən çox istifadə edənlərə - Məsləhət
Roma küçələrinə vəhşi heyvanlar gəlməyə başladı
FHN əməkdaşları üçün yeni yaşayış binaları istifadəyə verildi
Çiyələkli tort(foto resept)
Hotellərdəki mini barlar niyə bahadır?
İsti havalarda dəri baxımı
İnyesta "Real"a məğlubiyyətdən sonra: "Bir yumruq olmalıyıq..."
Güllər, yoxsa ölüm mənbəyi?
Məşhur aktyor AÇIQLAMA VERDİ-FOTO
Demet Akalın izləyicisini məhkəməyə verdi-SƏBƏB
Ronaldo uşaqları ilə
Kəsməyiniz lazım olan ev xərcləri
166-cı əməliyyata girmək istədi - aldığı cavabdan şoka düşdü
Hər mövsümə uyğun yataq dəstləri
Xəstəlik aktyoru tanınmaz hala saldı
Luka Vardanyanın atası uşağın Bakıya gəlməsinə etiraz edib
Neon rəngli çanta və ayaqqabılar
- ŞƏRHLƏR