Arxeopteriks və digər qədim quş fosilləri
Son dövrlərdə tapılan bəzi fosillər arxeopterikslə bağlı təkamülçü ssenarinin əsassızlığını başqa cəhətlərdən üzə çıxarmışdır.
1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar aparan Lianhay Hou və Zhonqhe Zhou adlı iki paleontoloq confuciusornis adlandırdıqları yeni quş fosili tapdılar. Arxeopteriks ilə eyni yaşda (təqribən 140 milyon illik) bu quşun dişləri yox idi, dimdiyi və tükləri isə dövrümüzün quşları ilə eyni xüsusiyyətləri daşıyırdı. Skelet quruluşu da dövrümüzün quşları ilə eyni olan bu quşun qanadlarında arxeopteriksdə olduğu kimi pəncələr vardı. Quyruq tüklərinə dəstək olan pygostyle (büzdüm sümüyü) adlı forma bu quşda da vardı. (Pat Shipman, “Birds do it… Did Dinosaurs?”, New Scientist, 1 fevral 1997, səh. 31)
Qısaca desək, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı-sürünən qəbul edilən arxeopterikslə eyni yaşda olan bu canlı dövrümüzün quşlarına çox bənzəyirdi. Bu həqiqət arxeopteriksin bütün quşların ibtidai əcdadı olması ilə bağlı təkamülçü tezislərlə ziddiyyət təşkil edirdi. Çində 1996-cı ilin noyabrında tapılan başqa bir fosil aranı bir az da qarışdırdı. 130 milyon yaşındakı liaoningornis adlı bu quş L.Hou, L.D.Martin və Alan Feduççia tərəfindən “Elm” (Science) jurnalında dərc edilən bir məqalədə xəbər verildi. Liaoningornis dövrümüzün quşlarında olan uçuş əzələlərinin birləşdiyi döş sümüyünə malik idi. Digər xüsusiyyətləri ilə də bu canlı dövrümüzün quşlarından fərqlənmirdi. Yeganə fərqi ağzında dişlərinin olması idi. Bu vəziyyət dişli quşların heç də təkamülçülərin iddia etdiyi kimi, ibtidai quruluşa malik olmadıqlarını göstərirdi. (“Old Bird”, Discover, 21 mart 1997)Belə ki, Alan Feduççia “Discover” jurnalında dərc edilən şərhində liaoningornisin quşların mənşəyinin dinozavrlardan gəldiyi iddiasını əsassız olduğunu bildirmişdi. (“Old Bird”, Discover, 21 mart 1997)
Arxeopterikslə bağlı təkamülçü iddiaları təkzib edən başqa bir fosil isə eoalulavis oldu. Arxeopteriksdən 25-30 milyon il daha gənc, yəni 120 milyon yaşında olduğu söylənilən eoalulavisin qanad quruluşu eynilə dövrümüzdəki bəzi uçan quşlardakı kimidir. Bu da 120 milyon il əvvəl dövrümüzdəki quşlardan bir çox cəhətdən fərqi olmayan canlıların uçduqlarını sübut edirdi. (Pat Shipman, “Birds Do It… Did Dinosaurs?”, səh. 28)
Beləliklə, arxeopteriks və digər arxaik quşların heç birinin ara keçid forması olmadığı qəti şəkildə sübut edilmiş oldu. Fosillər fərqli quş növlərinin bir-birlərindən təkamül yolu ilə törədiklərini göstərmirdi. Əksinə, dövrümüzün quşlarının və arxeopteriksə bənzər bəzi xüsusi quş növlərinin birlikdə yaşadıqlarını sübut edirdi. Bu quşların bəzilərinin, məsələn, confuciusornis və ya arxeopteriksin nəsli kəsilmiş, dövrümüzə ancaq az saydakı quş gəlib çatmışdır.
Dünyanın ən qədim quşu
Son dövlərdə Çindəki qazıntılarda tapılan yeni canlı qalığı dünyanın ən qədim quşu qəbul edilən Archaeopteryx-i ikinci sıraya keçirib. Paleontoloqlar Aurornis xui adlandırılan yeni quş növünün Archaeopteryx-dən 10 milyon il əvvəl yaşadığını bildirirlər.
Aurornis xui Çinin Liaoninq əyalətindəki Yaoluquo şəhərində aparılan arxeoloji qazıntılarda tapılıb. Aurornis xui eyni zamanda “quş, yoxsa tüklü dinozavr?” mübahisəsi gedən Archaeopteryx-in yenidən quş xəritəsinə əlavə edilməsinə səbəb olub. İlk dəfə 1861-ci ildə kəşf edilən Archaeopteryx elm adamları tərəfindən dünyanın ən qədim quşu qəbul edilmişdi. “The Guardian” internet səhifəsinin verdiyi məlumata əsasən qırqovul böyüklüyündə olan Aurornis xui-nin uzun pəncələri və quyruğu var. Quyruğundan dimdiyinə qədər uzunluğu 50 sm olan quşun ön və arxa ayaqları Archaeopteryx-ə bənzəyir.
Yaoluquonun lilli qayalıqlarında 153-165 milyon il əvvəl əmələ gəlmiş fosil Yuzhou Fosil və Geologiya Parkında elm adamları tərəfindən bir fosil tacirindən satın alınıb.
“Nature” jurnalında dərc olunmuş Aurornis xui fosili üzərindəki tədqiqat quşun 10 milyon il fərqlə Archaeopteryx-dən daha yaşlı olduğunu göstərib. Eyni zamanda Archaeopteryx-i yenidən quş aləminə aid edib.
“Şəfəq quşu” mənasını verən Aurornis-in fosilində quşun quyruğu, boynu və sinəsinə aid izlər var. Fosili tədqiq edən tədqiqatçılardan İngiltərənin Sautqempton Universitetindən paleontoloq Qaret Dayk “çox mühüm fosil əldə etmişik. Aurornis dünyanın ən qədim quşu hesab edilən Archaeopteryx-i ikinci sıraya keçirdi” deyib.
R.Əkbərov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rəngarəng düyülü zapekanka (foto resept)
Ey Azadlıq!
Bu şəxslərə ŞAD XƏBƏR: Pulun üstünə pul gələcək - VİDEO
Əfsanə nikah: 103 yaşlı bəy və 99 yaşlı gəlin
"РњРёСЃСЃ Р РѕСЃСЃРёСЏ-2015" modelliklə vidalaşdı
Rəsmi Bakıdan Yahoo-ya etiraz
Günün qoroskopu: təmaslarda diqqətli olun
Vahid geyim dəyişə bilər
Əkizlər
Heidi Klum halloween geyimləri
Belə iftar olmamışdı
Dünyanın ən təhlükəsiz ölkələri - Azərbaycan neçəncidir?
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Şahzadə Harri və Meqan Markldan GÖZLƏNİLMƏZ ADDIM
Rusiyanın dünyadan gizlətdiyi şəhər: 20 il sonra üzə çıxdı - FOTO
Yaddaşı gücləndirməyin yolları
Castin Biber məhkəməlik oldu -SƏBƏB
Görməniz lazım olan yerlər (3)
"İşğal altındakı ərazilər qaytarılmalıdır"
Dəbdə 70-ci illərin izi
27 illik həsrətdən sonra Kəlbəcərə kosmosdan baxış - FOTO
Kəpəyə son qoymaq üçün təbii yollar
Hicri-qəməri (ay) təqvimi ilə görülən yuxuların yozumu
Alimlərdən açıqlama: orta ömür müddəti artacaq
Bananın bilmədiyimiz tərəfləri
“Ermənilər təxribata davam etsə, onları hələ çox “sürprizlər” gözləyəcək”
Kleopatranın makiyaj sirləri
Rihanna sarışın oldu-FOTO
Makiyajsız halı daha çox bəyənildi-FOTO
Azərbaycanda pediatr, yoxsa ailə həkimi?
ABŞ-dan Cənubi Qafqaza vəd
Prezidentdən sərt qərarlar
İlham Əliyev Xalq artistinə mənzil bağışladı
Sabah bu kəndlərdə qaz olmayacaq
Dişlərin ağardılma üsulu (2)
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Məşhur aktrisa 12 kq arıqladı-FOTO
İndi hamı bu şəhərə axışır
Hava haqqında
Yas mərasimlərinin keçirilməsi qadağan edildi
Məşhurların gözəllik sirləri
Aclıq olsun, kef olsun?
Sağlam qaraciyər-sağlam həyat
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Mütəxəssislər ən ideal qoruyucu maskanı açıqladı - FOTO
Qida zəhərlənmələri
Sodom və Qomorro şəhərlərinin aqibəti
Şeyma Subaşıdan FOTOsessiya
“Aşk-ı Memnu” ekranlara qayıdır - FOTO
Microsoft inqilab edir. Windows 10 gəlir
- ŞƏRHLƏR