Artıq 3 çərşənbəni geridə qoyub ən önəmli çərşənbə olan axır çərşənbəni,yəni Torpaq çərşənbəsini gözləyirik.
İstəyirəm sizə bizim kənddə axır çərşənbənin necə keçirildiyindən danışım.
Həmin gün qızlar və oğlanlar 2-3 evdə dəstə ilə toplanıb çərşənbəni qeyd edirdilər .Qızlar yığılan evin əl damında mütləq yellənçək asardılar.
Hər həyətdə tonqal ,qalanardı,hamı tonqalın üstündən hoppanırdı.
Xəlvətcə qapı pusmağa gedirdik .Nə eşitsək yozmağa çalışırdıq.Hamı çalışırdı həmin axşam yaxşı söz danışsın ,yoxsa gənc qızlar küsürdülər.
Sonra ən maraqlısı çilə çıxartma başlayırdı.Cavan qızlar hamı susub otururdu,bir gəlin başçı olurdu.Ortaya böyük bir sandıq qoyurdular,üstünə 1 yanan lampa 1 qab bulaq suyu,su mis qabda olurdu,1-də qırmızı ipək parça. 1 balaca qız (hələ aybaşı görməmiş) oturardı sandığın üstündə.Qırmızı parçanı atardılar onun başına,başçı kimə işarə etsə o,niyyət tuturdu ,balaca qız suya baxırdı orda nə görsə onu deyirdi.Həmin deyimi kənddə olan yaşlı qadınlar yozardılar.Sizləri inandırım həmin yozmaların çoxu düzgün olurdu.Yəni çox qızların taleyi həmin yozmalardakı kimi olurdu.
Birdə təzə gəlinləri suya çıxardırdılar həmin gün ,qız-gəlin hamısı yığışardı bulağın başına .Əvvəlcə gəlinin başına su tökərdilər,sonra şirni paylayardılar,o gündən sonra gəlin bulaqdan su gətirməyə gedə bilərdi.
Lap birinci çərşənbədən axırıncı çərşənbəyə kimi yumurta döyüşdürürdülər. Yumurta döyüşdürməsində nəinki uşaqlar, hətta kişilər də fəal olurdu. Axırıncı çərşənbədə mütləq qırmızıya boyanmış yumurta olardı süfrədə.
Hamı aş bişirirdi yanında da bozartma (aşqara bilmirdik).Şirniyyat da təkcə irəvan kətəsi bişirilirdi.
Ən çox sevinən nişanlı qızlar olardı, çünki həmin axşam onlara Bayram payı gedirdi.
Gecə saat 12-dən sulaşma başlayırdı, səhər 12-yə kimi.Başqa qızlar qaçıb gizlənsəydi olardı amma nişanlı qız mütləq bayıra çıxmalıydı ki, nişanlısı onu sulasın .
Xanımlar siz çərşənbə əlamətləri haqda nə bilirsiz yazın.Gəlin birləşək qoymayaq adətlərimiz unudulsun.
XƏBƏR LENTİ
Castin Biber xanımı haqqında bunları yazdı-FOTO
Yazın sürprizi bitmir
Qara donla makiyaj necə olmalıdır?
Reynmen "YouTube"dən 130 min qazandı
COVID-19 testlərində pasiyentlərin və tibb işçilərinin səhvləri açıqlandı
3D makiyaj sənəti
Geyim kombinləri
Uşaq kraliça ilə belə zarafatlaşdı-VİDEO
Bahalaşmaya qəti yox
Günün qoroskopu: Sparta çarı Leonid demişdi...
Mehriban Əliyeva Zirədə "Dalğa" yay düşərgəsinin açılışında iştirak edib
Bu həftə sosial mediada diqqət çəkən 5 xəbər
Bağışlanan əmlak hansı hallarda geri alına bilər?- AÇIQLAMA
Ovulyasiya gününü ozünüz müəyyənləşdirin
Dəniz duzunun faydası
Azərbaycanda sürücülərə bəd xəbər
Dünyanın ən yaxşı tennisçiləri
Marsda canlı tapılıb
Hava haqqında - 15.10.2013
"Spam"lardan necə yaxa qurtaraq?
Qardaşını xilas etmək üçün imtahana girmədi-FOTO
""Bavariya"nı udmağa gücümüz çatır"
SOS! Hazır qidalar kişilərdə sonsuzluq yaradır
Hamiləlik zamanı kosmetika məhsullarının zərərləri
Karantində kökəlmək istəməyənlərin nəzərinə - VİDEO
Qışın sərtliyi
Südlü biskivit (foto resept)
Qadın ərini 18 avroya satışa çıxartdı-FOTO
Ordumuz ermənilərdən kənd alıb?
Hər növ saç düzümü
Hava haqqında - 18.11.2013
Çexiya ermənilərə rədd cavabı verdi
Azərbaycanda yeni informasiya sistemi
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Bəlkə də "Qərar Yorğunluğu" yaşayırsınız!
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Sözlə ifadə edilə bilməyən düşüncələr
Limonun ən faydalı beş cəhəti.
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
Qəlb hüzuru üçün namaz
Toy üçün "həzin rəqs" musiqiləri
O şəkildəki cüt bacı 24 il sonra tapıldı - FOTO
“Taxt oyunları”nın sonuncu mövsümündən FOTO
Ailə daxilində baş verən cinsi zorakılıq hallarına görə cəzalar sərtləşdirilə bilər
Münasibətləri bu dəfə tam fərqli davam edir - FOTO
Dərinizi yaya hazırlayın
Çörək pəhrizi ilə 3 gündə 2 kilo arıqla
HAVA necə olacaq? 8 İyul
Azərbaycan “Eurovision” finalında
İdeal kişidə olan 6 xüsusiyyət
- ŞƏRHLƏR