Artıq 3 çərşənbəni geridə qoyub ən önəmli çərşənbə olan axır çərşənbəni,yəni Torpaq çərşənbəsini gözləyirik.
İstəyirəm sizə bizim kənddə axır çərşənbənin necə keçirildiyindən danışım.
Həmin gün qızlar və oğlanlar 2-3 evdə dəstə ilə toplanıb çərşənbəni qeyd edirdilər .Qızlar yığılan evin əl damında mütləq yellənçək asardılar.
Hər həyətdə tonqal ,qalanardı,hamı tonqalın üstündən hoppanırdı.
Xəlvətcə qapı pusmağa gedirdik .Nə eşitsək yozmağa çalışırdıq.Hamı çalışırdı həmin axşam yaxşı söz danışsın ,yoxsa gənc qızlar küsürdülər.
Sonra ən maraqlısı çilə çıxartma başlayırdı.Cavan qızlar hamı susub otururdu,bir gəlin başçı olurdu.Ortaya böyük bir sandıq qoyurdular,üstünə 1 yanan lampa 1 qab bulaq suyu,su mis qabda olurdu,1-də qırmızı ipək parça. 1 balaca qız (hələ aybaşı görməmiş) oturardı sandığın üstündə.Qırmızı parçanı atardılar onun başına,başçı kimə işarə etsə o,niyyət tuturdu ,balaca qız suya baxırdı orda nə görsə onu deyirdi.Həmin deyimi kənddə olan yaşlı qadınlar yozardılar.Sizləri inandırım həmin yozmaların çoxu düzgün olurdu.Yəni çox qızların taleyi həmin yozmalardakı kimi olurdu.
Birdə təzə gəlinləri suya çıxardırdılar həmin gün ,qız-gəlin hamısı yığışardı bulağın başına .Əvvəlcə gəlinin başına su tökərdilər,sonra şirni paylayardılar,o gündən sonra gəlin bulaqdan su gətirməyə gedə bilərdi.
Lap birinci çərşənbədən axırıncı çərşənbəyə kimi yumurta döyüşdürürdülər. Yumurta döyüşdürməsində nəinki uşaqlar, hətta kişilər də fəal olurdu. Axırıncı çərşənbədə mütləq qırmızıya boyanmış yumurta olardı süfrədə.
Hamı aş bişirirdi yanında da bozartma (aşqara bilmirdik).Şirniyyat da təkcə irəvan kətəsi bişirilirdi.
Ən çox sevinən nişanlı qızlar olardı, çünki həmin axşam onlara Bayram payı gedirdi.
Gecə saat 12-dən sulaşma başlayırdı, səhər 12-yə kimi.Başqa qızlar qaçıb gizlənsəydi olardı amma nişanlı qız mütləq bayıra çıxmalıydı ki, nişanlısı onu sulasın .
Xanımlar siz çərşənbə əlamətləri haqda nə bilirsiz yazın.Gəlin birləşək qoymayaq adətlərimiz unudulsun.
XƏBƏR LENTİ
Dəbli görünmək üçün 5 tövsiyə
Elman Rüstəmov manatın taleyi haqda danışdı
Məşhur aktrisa Can Yamanı yalançı adlandırdı-SƏBƏB
Bakıda külək yenidən coşacaq
Məşhur model cırıq ətəklə rəqs etdi- VİDEO-2 milyon izləmə
Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi - RƏSMİ
Məşhur müğənni ata olacaq
İstanbulda əsrin kəşfi
Bürcə görə arıqlamaq mümkündür?
Səudiyyə də Suriyanı vurmağa başladı
Heyvanları fikirlə idarə etmək olacaq?
Şotlandiya qəsri satışa çıxarıldı-FOTO
iMessage 20 dəfə populyarlaşdı
Xərçəngdən sağalan kişi koronavirusdan öldü - FOTO
Rəsul Quliyev Milli Şuradan çıxarılıb
Beynin daha bir sirri açıldı: Niyə bizdə inkişaf edib, meymunlarda yox?
Sevən ürəklər peçenyesi (foto resept)
Yemişin faydaları
Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Məşhur aktrisa Ornella Muti həbs edildi-SƏBƏB
Yataq örtükləri
ABŞ-ın dünyanı təşvişə salan silahı
Qızardılmış toyuq (foto resept)
Oruc tutarkən enerjili olmaq üçün nə etməli?
Məhkəmə Cem Yılmazın iddiasını rədd etdi - VİDEO
Gözlənildiyi kimi alınmayan əl işləri
Hazal Kaya geyimi ilə diqqət çəkdi-FOTO
Arıqlamaq üçün səhərlər nə yeməli?
Qadının rolu
Ölkələr həyəcan təbili çalır
“Ginnesin Rekordlar Kitabı”na düşən pişik - FOTO
Qırmızı bibər salatı ( foto resept)
Erməni tələbə "Xocalıya ədalət" kampaniyasına dəstək verdi
Kompüter oyunlarını oynamağın 5 əsas səbəbi
Mitinq çağırışı edən saytlar bağlanacaq
Uşaqlara qarşı sərt ifadələr işlətməyin
Ancelina Coli qaçqınlar arasında
Mobil qurğularda təhlükələr artır
Mükafat Mikeladan alınıb ona verildi-FOTO
Hindistanda sərnişin təyyarəsi qəzaya uğradı, 191 nəfər...
Azərbaycanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
Çavuşoğlu Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə etdi
"The" artiklının yer bildirən isimlərlə işlənməsi
Sağlıqlı və xoşbəxt olmağın 20 yolu
İlham Əliyev və xanımı Mehriban Əliyeva Nərimanov rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olublar
Uşaqlarınıza daha yaxşı gələcəyi necə verə bilərsiniz?
Güclü baş ağrısı və əsəbiliyin səbəbi bilindi
HAVA necə olacaq?
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
- ŞƏRHLƏR