Bu sözləri Vanderbilt Universitetinin alimi, beyinlə bağlı keçirilən araşdırmaya rəhbərlik edən Suzana Herculano-Houzel deyib.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, o bildirib ki, bizim beynimiz adi primat beynidir. Amma ən böyük primat beyni olduğu üçün, onun kortikal (yəni beyin qabığında yerləşən) neyronlarının sayı digər primatlardan daha çoxdur. 9 milyon neyrona malik qorilla və oranqutanlarla, 6-7 milyon neyronu olan şimpanzelərlə müqayisədə insanlarda 16 milyon neyron var. Bu, üstünlük olsa da, insanı müstəsna hesab etmək üçün əsas ola bilməz.
Herculano-Houzel özünün "İnsanın üstünlüyü: Beynimiz necə fərqli oldu" adlı məşhur elmi kitabında (`MİT Press`, mart, 2016) insan beyninin niyə bədəncə bizdən daha yekəpər olan qorilla və oranqutanların beyinindən daha böyük olduğunu izah edir: Bu, yemək bişirmənin kəşfi ilə bağlıdır.
Tədqiqatçılar digər primatların beyni ilə insan beynini müqayisə ediblər. Bəlli olub ki, həm insanlar, həm də digər primatlar öz neyronlarının 8 faizini korteksin (beyin qabığının) prefrontal (alın) sahəsinə verirlər. Böyük beyin bizə çox baha başa gəlir: o, hər gün bədənin aldığı bütün enerjinin 25 faizini istifadə edir. Amma qidanı bişirib yemək imkan verib ki, insan digər primatların beyinlərinin ölçüsünü məhdudlaşdıran enerji baryerini aşa bilsin.
Bir qorilla öz bədənini və beynini saxlamaq üçün gündə ən azı 8 saatı qidalanmağa sərf etməlidir. İnsanın beyni qorillanın beynindən üç dəfə böyükdür. Əgər qorillanın beyni insan beyni boyda olsaydı, o, qidalanmaq üçün gündə daha saat yarım əlavə vaxt sərf etməli olardı. Yəni qorillanın daha böyük bir beyni saxlaması üçün sadəcə olaraq, kifayət qədər vaxtı yoxdur. Müvafiq olaraq, əgər insanlar digər primatlar kimi qidalansaydılar, biz gündə 9 saat yarımı yeməyə sərf edərdik.
Bu məqamda yeməyin bişirilməsi önə çıxır. "Məsələn, adi kökü götürün. Onu çiy yesəniz, tam çeynəmək üçün 10-15 dəqiqə vaxtınızı sərf edəcəksiniz. Nəticədə həzm sisteminiz kökdəki kalorinin yalnız üçdə birini əldə edəcək. Amma siz kökü doğrasanız və azca bişirsəniz, onu yemək cəmi bir neçə dəqiqənizi alacaq, bədəniniz isə kalorinin100%-ni əldə edəcək",- deyə Herculano-Houzel bildirib.
Yemək hazırlamaq deyəndə qidanın təkcə termik emalı yox, doğranması, əzilməsi - yəni fiziki emalı da nəzərdə tutulur. Herculano-Houzel müəyyən edib ki, yemək hazırlanması 2.5 milyon il öncəyə, ilk daş alətlərin yarandığı dövrə təsadüf edir. Daş alətlər ibtidai insanın qidanı doğramasına, əzməsinə imkan yaradıb. Oddan müntəzəm istifadə haqqında ilk faktlar isə 400.000 il əvvələ aiddir.
- Həmin ilk alətləri düzəldənlərin beyni qorillalarınkı ilə eyni ölçüdə idi. Lakin 1.8 milyon il bundan öncə əcdadlarımızın beyinləri davamlı şəkildə böyüməyə başladı, növbəti 1.5 milyon il ərzində ölçüsü üç qat artıq oldu. Qidanı olduğu kimi yox, emal edib yeməyimizi bizi yüksək şüurlu canlıya çevirən bir inkişaf prosesinin başlanğıcını qoydu,- deyə alim vurğulayır.
Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Saxta məktəbli formasını necə fərqləndirməli?
"Formula 1"ə görə Bakıda bu yollar bağlanır
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 50 yeni yoluxma
Piyləri artıran… fruktoza
Neon rəng hər yerdə
Obama: "ABŞ dünya kubokunu qazana bilər"
Bürclər üzrə zərərli qidalar
Azərbaycanda ən çox hansı ixtisaslara ehtiyac var?
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Sağlamlığımızı təhdid edən trendlər
Dəbli, yarım boğazlı çəkmələr
Hamiləlik zamanı ürək bulanmasını necə azaltmalı?
Yeniyetmələrin 71 faizi Facebookdan istifadə edir
Banandakı qan ləkəsi ilə bağlı analizlərin nəticəsi açıqlandı
Türkiyədə gərgin gecə
Kəs və yapışdır-56
Bakı mağazalarında sellofan torbalar pulla satılacaq? - FOTO
Pirojki xərçəng yaradır, əgər...
Soğan dolması (foto resept)
Aeroport şossesinin bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
Azərbaycanlı futbolçu "Anji"də
Dünyanın ən qlamur nənəsi - 47 yaşı, 2 nəvəsi var
Bakı 2015-in biletlərinin qiymətləri
Vergidə işləmək istəyənlərə imtahan
Gediş haqqı UCUZLAŞDI
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Qırmızı xalıda görülən ən əcaib geyimlər
Hande Ataizi ərə gedir-FOTO
Bu müəllim ildə 8 milyon qazandı
Hansı bürcə ən çox nə yaraşır?
Hadisənin 5 gözəllik sirri
Səhər ilıq su içməyiniz üçün 4 səbəb
Dövlət orqanlarında çalışanların işə çıxması ilə bağlı AÇIQLAMA
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək
Yuliya Naçalova 38 yaşında vəfat etdi-FOTO
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri elan edildi
Neslihanın ev halı TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycan 177 ölkənin sırasına qoşuldu...
Azərbaycan Diplomatiya Akademiyasında III Beynəlxalq Tələbə Festivalı keçirilib
Tort bəzəyi olan şəkər xəmiri (foto resept)
Duyğusal yemə ilə necə başa çıxmalı?
Tibb işçilərinin NƏZƏRİNƏ
Gündə 2 ədəd yumurta yeməyin faydası
Möhtəşəm don modelləri
Dünyanın ən maraqlı 99 faktı-2
Sindi Krouford Sakinlərin Borcunu Ödədi
100 yaşdan yuxarı sakinlərin sayı 80 mini keçən ölkə
Uzun həyat üçün Aralıq dənizi pəhrizi (2-ci hissə)
Məşhurın FOTOsu müzakirəyə səbəb oldu
“Bütün günahlar Rusiyadadır”















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]