"Azərbaycanda bəzi yol hərəkəti qaydalarının pozulmasına görə cərimə balları tətbiq ediləcək"
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verib.
Deputatın sözlərinə görə, Milli Məclisin mayın 2-də keçiriləcək iclasında İnzibati Xətalar Məcəlləsinin 28.3-cü maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulub.
Dəyişikliyə əsasən, İXM-in 151.4-cü maddəsində göstərilən balla qiymətləndirilən xətaların yol verilməsinə görə sürücülər bir il ərzində hazırda tətbiq edildiyi kimi 12 yox, artıq 20 və daha çox bal topladıqda inzibati cərimə tətbiq edilmədən onların nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılacaq: "Niyə? Çünki İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsində aşağı bal nəzərdə tutulmasına baxmayaraq, biz orada balların həddini qaldırmışıq. Yəni bu xətalara görə həm cərimə, həm də 5 bal tətbiq ediləcək. Bundan əlavə, 151-ci maddənın bir neçə bəndində əvvəllər cərimə balı ilə cəzalandırılmayan qayda pozuntuları bundan sonra balla qiymətləndiriləcək. Ona görə də balların bu həddini qaldırdığımıza görə sürücülər artıq 12 yox, 20 bal topladıqda nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılacaq".
Millət vəkili əlavə edib ki, "Yol hərəkəti haqqında" qanunun 27-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə də əlavə və dəyişiklik edilməsi gözlənilir. Həmin əlavə və dəyişikliklərdə avtomobillərin qeydiyyatı ilə bağlı yeni tələblərin ortaya qoyulması nəzərdə tutulur: "İnzibati xəta törədən və ya avtoxuliqanlıq edən şəxslərin vaxtında tapılması üçün avtomobilin ilkin və təkrar qeydiyyatı zamanı avtomobil sahiblərinin telefon nömrələri, elektron poçt ünvanları, dəqiq iş yerləri və digər məlumatların götürülməsi nəzərdə tutulur".
Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirmişdi ki, general-polkovnik Ramil Usubovun imzası ilə Prezident Administrasiyasına təqdim olunan təkliflər zərfində bir sıra məsələlərlə yanaşı, Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvini nəzərdə tutan təklif də yer alıb.
Xatırladaq ki, mövcud qanunvericiliyə görə, sürücülər bir il ərzində 12 və daha çox bal topladıqda, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilirlər.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
2016-cı ilin bayram günləri SİYAHI
“WhatsApp” istifadəçilərinə daha bir xoş xəbər
Uşaqların oyun asılılığına qarşı 7 tövsiyə
Mənim bəyaz gəlinliyim
Şəhid ailəsi üçün Prezidentinin təqaüdü artırıldı
Azərbaycanda uşaqlar üçün xüsusi mobil telefonlar satıla bilər
Hər qadına yaraşan geyimlər
Hafiz Paşayev: "Hər bir təhsil və elm ocağının ürəyi kitabxanadır"
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
Qeyri-adi stollar
Payız və qış gəlinləri üçün saç modelləri
Kraliçanın gəlinlərinə QADAДћA-FOTO
Sevgililər günü üçün dekorasiya tövsiyələri
BÜRCLƏR bizə nə vəd edir?-30 dekabr
İnanmaq istəmirəm...
Zövq, yoxsa səviyyə?
Cizgi film qəhrəmanları karantində
Yeni qaş dəbi
Bu rayonlar qazsız qalacaq
Milli Şura bəhanə idi?
İki dəfə məzara girən dahi
Makiyajsız gözəl görünmə sirləri
Ərəblər Burak Özçivitə SƏRVƏT qazandırdı
Hamilə qadınlar hansı geyimləri almalıdır?
Komandamız Dünya Kubokunun finalında
Qar fobiyası - Chionophobia
Məşhur cütlük “Netflix”lə müqavilə bağladı
İşıq saçan delfinlər peyda oldu – VİDEO
Eyfel qülləsinə səyahət
Səhiyyə Nazirliyi yeni platforma yaratdı
O yaşda beyin duru
Asena ev dustağı olub-SƏBƏB
Tatlısəs evlənir-FOTO
Alsunun qızına görə Rusiyada QALMQAL
Məşhurların qəribə gözəllik sirləri
Con Frenç Sloanın rəsmləri (3)
Əkiz olan məşhurlar
Bakı yollarında yenilik
Dünya ölkələri haqqında maraqlı faktlar
20 yaşlı qızı 10 yaşlı oğlana ərə verdilər - FOTO
Naviqatorları niyə sevmirik?
Normal yuxu orucu asanlaşdırır
Bu şirkət 4 günlük iş rejiminə keçdi
Səsi nazik olan kişilər, diqqət
"Ali məktəblərdə təhsil alan qızların sayı artıb"
Hamiləlikdə ürəkbulanma necə keçər?
“Bakı Metropoliteni”nə subsidiya azaldılır
Dodaqları silikon olduğundan bağlanmır - FOTO
Hansı ölkə daha çox yatır?
Azərbaycan alimlərindən bir ilk
















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]