Milli.Az modern.az-ın bir şəklin tarixçəsi ilə bağlı yazısını təqdim edir:
Artıq uzun illərdir ki, Azərbaycan mətbuatı, sosial şəbəkələr, QHT-lər, rəsmi qurumlar, rəsmi şəxslər bu şəkli tirajlayırlar... Amma çoxları bu şəklin gerçək tarixçəsindən xəbərsizdir...
Təqdim etdiyimiz bu şəklin nə vaxt, harda çəkiliyini Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş, tanınmış jurnalist Araz Qurbanov dəqiqliklə izah edib.
Şəklin çəkildiyi zaman 1993-cü il... Məkan Murov dağının ətəyi...
Beləliklə, Araz Qurbanovu eşidək:
"Doğma yerlərindən didərgin düşən körpələrin hamısı bu acı taleyi yaşayıblar. Bu fotoşəkili AzərTAC-ın İlham adlı fotomüxbiri 1993-cü ilin aprel ayının 3-də, Kəlbəcərin işğalından bir gün sonra Murov dağının aşağı hissəsində çəkmişdi.
Oraya ezam olunanlar arasında mən və qələm dostum, həmin dövrdə Prezident Administrasiyasında işləyən Fərhad Abdullayev də vardı. Saat təqribən 9.00 olardı. Murova qalxmağa hazırlaşırdıq. Dağın ətəyində təcili yaradılmış səyyar qəbul məntəqəsinin ətrafına isə yüzlərlə Kəlbəcər köçkünü torlanmış, əzizlərini arayırdılar. Bu zaman için-için ağlayan bu qızcığazı gördük. Onu ovundura bilmirdilər. Heç kəsi nə özünə, nə qucağındakı körpəyə yaxın buraxırdı. Anasını axtarırdı.
Fotomüxbir İlhamın da gözləri dolmuşdu. Fotoaparatını götürüb bu qızcığazın şəklini çəkdi...
Sonralar bir jurnalist kimi onu çox axtardım. Nəhayət, Nazirlər Kabineti Aparatında Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin müdiri, kəlbəcərli dostum Qurban Sadıqovun köməyi ilə həmin qızcığazın taleyi haqqında məlumat əldə edə bildim.
Onu sizə də təqdim edirəm: Bayramova Həyat Fikrət qızı, Kəlbəcərin Yanşaq-Zallar kəndindədir. Hazırda Goranboy rayonunun Sarısu kəndində yaşayır. Ailəlidir, gözəl övladları var.
Əzizimiz Həyat, səndən və ailəndən icazəsiz bu məlumatı yaydığım üçün yəqin ki, məni bağışlayarsan. Səni tapmağımıza, sağ və salamat olmağına, ailə səadətinə qovuşmağına çox sevindim. Səni ailənlə, əzizlərinlə birlikdə bir daha doğma Kəlbəcərimizdə görməyi arzulayıram".
Milli.Az
XƏBƏR LENTİ
Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
İŞİD kimyəvi silaha əl atdı
Sabahın HAVAsı
Günün ulduz falı
Angelina Jolienin 10 "Qırmızı Xalça" tərzi
Əl işlərim XONÇA VƏ SƏBƏTLƏR
Ərdoğandan istefa açıqlaması
Təhsil Nazirliyi: "Məktəblərdə işləyən qeyri-müəllimlərin də əməkhaqlarında artım olacaq"
Beren Saat onunla tərəf müqabili oldu-FOTO
Müğənni səhnədə pərt oldu-SƏBƏB-FOTO
Zülmə dayan deyək!
Kişilər haqqında 10 həqiqət
Təhsil Nazirliyindən payız tətili ilə bağlı AÇIQLAMA
Uzun gecənin 35 illik həsrəti
Bu yumurtaya 30 Ferrari almaq olar - FOTO
Jirinovskinin yeni sevdası
Qozlu-qaysılı alma deserti (foto resept)
Məşhur cütlüyün toyu 3 fərqli ölkədə olacaq-FOTO
Sevgiliniz sizi aldadır? Onda oxuyun
O, SSRİ-də bu mükafata layiq görülən ilk qadın idi... - 7 FAKT
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Məşhurların üzü qızıl simmetriyaya uyğun olsaydı ...
Plastik şüşədən bilərzik düzəldilməsi
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Daxilimizdəki uşaqlıq
Şahdağ Milli Parkında yanğın başlayıb
Xan Lənkəran
Bakıda ən gəlirli yay biznesi qurmaq şansı
Balıq qadın ürəyinə xeyirlidir
Facebook saxta xəbərlərlə mübarizə aparacaq
Praqa tortu (foto resept)
Seren Serengil 2,5 milyona yaxta aldı
Ramazan ayının 24-cü gününün duası
Rihanna ana olmağa hazırlaşır-FOTO
Müdafiə Nazirliyindən düşmənin növbəti təxribatı ilə bağlı AÇIQLAMA
Dəbli yarımboğaz çəkmə modelləri
Pişik robot hər kəsin diqqətini çəkdi-FOTO
Güclü zəlzələ Sakit okeanın sükutunu pozdu
Qış ayaqqabısını necə seçməli?
Qat-qat xəmirli pirojna (foto resept)
Təhsil naziri: “Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq” - VİDEO
9 898 085 olduq - 23 faiz əhali isə Bakıda yaşayır
Yenicə ana olmuş xanımlara məsləhətlər
Sükut günü başladı
Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR
HAVA necə olacaq?
Etməyə tənbəllik etdiyimiz 15 şey
Bu futbolçular Braziliyada oruc tutacaqlar
18 milyona aldı, 550 milyona satır
"Normand dördlüyü"nün görüşü bitdi