Bu gün Torpaq çərşənbəsidir. Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur. Yəni ona toxum səpilə bilər. Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.
İlaxır çərşənbə ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Tonqal qalamaq, od üstündən tullanmaq, qulaq falına çıxmaq, papaq atmaq bu çərşənbənin tərkib hissələridir. Evlərdə qadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər. Bunların müxtəlifliyi süfrənin daha da cəzbedici olmasına səbəb olur. Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər. Axır çərşənbə günü bütün küsülülər barışmalıdır. Eyni zamanda bu gecə evlərdə nəhs söz danışmaq olmaz. Qədim xalq adətlərinə görə, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz. Bu çərşənbəni hər kəs öz evində süfrə arxasında qeyd etməlidir. Süfrədə kiçik də olsa şirniyyatlardan, çərəz və meyvələrdən ibarət xonça, ailə üzvlərinin sayına görə şamlar olmalıdır. İlin bərəkətli olması üçün süfrədə səməninin olması mütləqdir.
Axır çərşənbəyə aid bəzi el adətləri:
Axır çərşənbədə çimərlər.
Axır çərşənbədə evdən pul verməzlər.
Axır çərşənbədə qonşuya ələk verməzlər.
Axır çərşənbə günü borc un verməzlər.
Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər.
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
Axır çərşənbə günü evdən ağartı verməzlər.
Axır çərşənbə günü zahı üstünə getməzlər.
Axır çərşənbə günü evdən çörək verməzlər.
Axır çərşənbə gecəsi tez yatmazlar.
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
Çərşənbə falları: İlaxır çərşənbənin subay qızlar üçün ən həyəcanlı hissəsi çərşənbə fallarıdır. Belə ki,subay qızlar əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin qismətidir.
Qonşulardan birinin qapısına yaxınlaşıb sakitcə pusurlar. Bu zaman eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən fikirlər söyləyirlər.
Yatmağa gedəndə yeddi ulduz sayırlar. Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz. Bu halda öz qismətini yuxuda görürsən.
Ana uşaqlarının başından tük qırır və axar suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.
Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı.
Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar.
Axır çərşənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur. Səhər baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa xöşbəxtlik, qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir.
Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.
Əziz Qadin.Net saytının dəyərli istifadəçiləri, hər birinizin ilaxır çərşənbənizi təbrik edirəm. Sizə uğurlar arzu edirəm.
XƏBƏR LENTİ
Depressiya sənətkarın gözündən
Kolleclərə tələbə qəbulu başladı
Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Nurit Hen Royal 2016 gəlinlik modelləri
Əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?
Uşaqlarla yaxşı münasibət qurmağın yolları
Azərbaycanda daha 39 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Bakıya illərlə xidmət edən hava limanı bağlanır
Azərbaycanda pensiyalar artırılacaq
Pensiyalarda artım olub - Nazirlik
Dünyada koronavirus nə vaxt bitəcək?
Ünvanlı sosial yardımla bağlı qaydalarda dəyişiklik - QƏRAR
HAVA necə olacaq?
Maraqlı tortlar
Azərbaycanda qızların erkən nikahı ilə bağlı
Yumurta dizaynlı muzey-Salvador Dali
Kəsmiklə gözəlləşin
Serdar Ortaçın ailə məsələləri GÜNDƏM oldu
Kəndlərimizdə inkubator cücələri bir-birini yeyir
Ermənistan öz vətəndaşlarından imtina etdi
Yeni il oyuncaqlarının tarixi
Bakıda “Sülh ağacı”
İnsanın daha bir əcdadı tapılıb
Just for girls (2-ci hissə)
Toya hazırlaşan cütlükdə xəstəlik tapıldı
Hava haqqında - 21.01.2014
Yeni KLİPİ 3 milyon dəfə izləndi-VİDEO
Serial sevgisi reallığa çevrildi - FOTO
Ermənistan ordusu mövqelərimizi minaatanlardan atəşə tutdu
Artur Rasizadənin oxşarı tapıldı
Xanımlar üçün gəlinliklər
Ən kök adam 250 kq arıqladı - FOTO
Cəhənnəm istilərində sizi yarı yolda qoymayacaq saç tipləri
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Bu qatarın bileti 2 min dollara yaxındır
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Dekorasiya üçün gül qurutma üsulları
Sabah Azərbaycana qar yağacaq
2015 bürclərə nə vəd edir?
Gözmuncuqlu bəzək əşyaları
Mikroskopla çəkilmiş şəkillər
Mərkəzi Bank və nazirlik start verdi
Tarixi-mədəni sərvətimiz - Xan Bağı
Cadugər və falçılara "qarşı kampaniya"
Xocavəndin işğaldan azad olunan Domi kəndindən VİDEOREPORTAJ
Qadınlar evlənmə təklifi edə bilərmi?
Günün qoroskopu: Enerjili olun!
Gəlinliklər
Milli Geyim Gününün təsis edilməsi ideyası dəstəkləndi - FOTO
- ŞƏRHLƏR