Bu gün niyəsə həsrət boğurdu məni. Anamdan ayrı keçən 7-cı ilim tamam oldu. Qürbət eldən asan deyil hər dəfə vətənə getmək. Məcbursan elə burda qəlbində həsrət çəkməyə. "Yoxdur onsuz bir günüm"- dediyim olurdu mənim də, amma hər günümü onsuz yaşayıram.
Ana hər bir qıza dayaqdır, bir yoldaşdır. Bir zamanlar ondan uzaq qalsam yaşaya bilmərəm deyə düşünərdim, amma baxın, 7 ildir yaşayıram ondan uzaqda. O qədər uzaqda ki, əlim də çatmır, yolum da. Bir zamanlar ondan öyrənərdim yemək bişirməyi, deyərdim "Sənsiz heç bir yeməyimin dadı olmaz". Amma 7 ildir onsuz bişirirəm yeməklərimi, dadı da öz yerində. Bir zamanlar məsləhət almaq üçün qaçardım anamın yanına, oturub qarşısında danışardım hər şeyi. Deyərdim sən olmasan dərdimi kimsəylə paylaşa bilmərəm mən, amma artıq 7 ildir yoldaşımla paylaşıram.
Bu 7 illik uzaqlıq bir həsrətdir qəlbimdə. Hər gün üzərinə daha bir damla əlavə olunur. Bir zamanlar anamın həsrətindən qəlbimdə böyük həsrət dəryası yaranar deyə qorxarkən, artıq 7 illik uzaqlıq yaradıb o dəryanı qəlbimdə mənim.
Heç asan deyil ondan uzaqda olmaq. Anan vətəndə yatarkən, sənin qürbətdə yatmağın. Heç asan deyil xəstə yatasan burda, başının üstündəsə qayğıkeş ananı görməyəsən.
7 illik bu həsrət mənə çox şey öyrədib. Həyatımdan dərslər almışam zaman-zaman. Yaşıma yaş artdıqca anam olduğu kimi qalır.Heç asan deyil qəlbində dağ boyda həsrət çəkmək. Daha darıxmaqdan da o yana keçib bu həsrət...
Bəs əgər bir gün vətənimə qayıtsam, görən tapa biləcəmmi onu elə qoyduğum yerdə? Görən tanıyarmı məni bir daha gözü önündə görəndə? Qucaqlayarmı yenidən "daş ürəkli" qızını? Sığal çəkərmi yenidən dizi üstə qoysam başımı? Ya sinəsinə uzansam, eşidə bilərəmmi yenidən ürəyinin döyüntüsünü? Bəs boynuna sarılsam, o əvəzsiz ətrini yenidən hiss edərəm mi?
Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kişilər uzunömürlülük yarışında qadınlara çatırlar
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Rusiya - Azərbaycan: 3-0
“Survivor”un iştirakçısı hamını təəccübləndirdi - Foto
"Yeni il nağılı" deserti
Bu günün tarixi (20.10.2014)
Outlook yeniləndi
İraq yenə silkələndi
Günün qoroskopu:Uğurlu gündür!
Tovuza dolu və leysan yağıb
BMW-dən eksklüziv velosiped
Suqovuşandakı son vəziyyət “Haber Global”ın kamerasından... - VİDEO
Günün qoroskopu: qətiyyətli və təşəbbüskar olun
Ən gözəl saçlı 10 ulduz
Azərbaycan dili - X dərs
Bu ərazilərdə qaz olmayacaq
Uşağınızın yuxu vərdişi üçün bunları yoxlayın
Ən ağır "bir həftəm"
Hava haqqında
Gözəllik sirrləri
Uşaqlara vaxt tapılmırsa...
Keks bişirməyin sirləri
2017-nin dəbli saç düzmü hansı olacaq?
Çimərlik mövsümü başlayır
Adriana Limanın yeni sevgilisinin kimliyi məlum oldu-FOTO
Bu da yeni Nissan Juke
İmmunitetə nəzarət etmək olar?
Dünyanın texnologiya nəhəngləri də Rusiyaya qarşı
Yas mərasimlərində yenilik
Bu faciə dünyanı şoka saldı
Yeni İphone 6
Amerikanın saqqız divarı
Manikürün vacib nöqtələri
Hande Erçel izləyicilərini məhkəməyə verdi-SƏBƏB
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Bakıda istifadəyə yararlı çimərliklər açıqlandı - SİYAHI
Günün ulduz falı
Enerji cibdə doldurulacaq
31 Mart-azərbaycanlıların soyqırımı günüdür...
Bayram günlərində Şahdağa 12 min turist gəlib
Böyük sinəli xanımlar necə geyinməlidir?
Xocavənddə düşmən təxribatı: Şəhidimiz var, altı erməni məhv edildi - RƏSMİ
Heydər Əliyevin vəfatından 15 il keçir
Abel Məhərrəmov narazı tələbələrlə görüşdü
“İki” alanların sayı bəlli oldu
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
TQDK imtahan keçirəcək
Yollarımız qışa hazırdırmı?
Dəbli ayaqqabılar
- ŞƏRHLƏR