Bu gün niyəsə həsrət boğurdu məni. Anamdan ayrı keçən 7-cı ilim tamam oldu. Qürbət eldən asan deyil hər dəfə vətənə getmək. Məcbursan elə burda qəlbində həsrət çəkməyə. "Yoxdur onsuz bir günüm"- dediyim olurdu mənim də, amma hər günümü onsuz yaşayıram.
Ana hər bir qıza dayaqdır, bir yoldaşdır. Bir zamanlar ondan uzaq qalsam yaşaya bilmərəm deyə düşünərdim, amma baxın, 7 ildir yaşayıram ondan uzaqda. O qədər uzaqda ki, əlim də çatmır, yolum da. Bir zamanlar ondan öyrənərdim yemək bişirməyi, deyərdim "Sənsiz heç bir yeməyimin dadı olmaz". Amma 7 ildir onsuz bişirirəm yeməklərimi, dadı da öz yerində. Bir zamanlar məsləhət almaq üçün qaçardım anamın yanına, oturub qarşısında danışardım hər şeyi. Deyərdim sən olmasan dərdimi kimsəylə paylaşa bilmərəm mən, amma artıq 7 ildir yoldaşımla paylaşıram.
Bu 7 illik uzaqlıq bir həsrətdir qəlbimdə. Hər gün üzərinə daha bir damla əlavə olunur. Bir zamanlar anamın həsrətindən qəlbimdə böyük həsrət dəryası yaranar deyə qorxarkən, artıq 7 illik uzaqlıq yaradıb o dəryanı qəlbimdə mənim.
Heç asan deyil ondan uzaqda olmaq. Anan vətəndə yatarkən, sənin qürbətdə yatmağın. Heç asan deyil xəstə yatasan burda, başının üstündəsə qayğıkeş ananı görməyəsən.
7 illik bu həsrət mənə çox şey öyrədib. Həyatımdan dərslər almışam zaman-zaman. Yaşıma yaş artdıqca anam olduğu kimi qalır.Heç asan deyil qəlbində dağ boyda həsrət çəkmək. Daha darıxmaqdan da o yana keçib bu həsrət...
Bəs əgər bir gün vətənimə qayıtsam, görən tapa biləcəmmi onu elə qoyduğum yerdə? Görən tanıyarmı məni bir daha gözü önündə görəndə? Qucaqlayarmı yenidən "daş ürəkli" qızını? Sığal çəkərmi yenidən dizi üstə qoysam başımı? Ya sinəsinə uzansam, eşidə bilərəmmi yenidən ürəyinin döyüntüsünü? Bəs boynuna sarılsam, o əvəzsiz ətrini yenidən hiss edərəm mi?
Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakıda yağış gözlənilir
Məşhur aktyor mahnı bəstələyir?
Kəntsayağı zapekanka(foto resept)
Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ
Məlumat bankı:DNT
Zebra keks (foto resept)
Kişilər yay mövsümündə niyə aldadır?
Rusiyaya qarşı savaş təhlükəsi
Muzdla işləyənlərin əmək haqqı açıqlandı
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Yalnız qadınlara aid VAQON-FOTO
Baş nazirdən icbari tibbi sığorta ilə bağlı MÜHÜM QƏRAR
Bəylərinizin yalanını aşkar etmək üçün...
Uşaq kitabı seçərkən nəyə diqqət etməli?
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Bənövşəni kim sevmir ki?
Erməni futbolçu Bakıya gəlir
Zəngilan rayonunun Birinci Ağalı kəndindən görüntülər - VİDEO
Ronaldodan təsirli paylaşım -FOTO
Revmatizm genetik də ola bilər
Əfqan qadınları niyə mavi rəngli hicaba üstünlük verir?
"Afrikada biznes imkanları" mövzusunda təqdimat keçirilib
Tariflər ucuzlaşdı
Gigi Hadidin övladının cinsi bəlli oldu
Tarkan xanımı üçün yollara düşdü
Arıqlama haqda yanlış məlumatlar (1)
47 yaşlı məşhur evlənməyə qərar verdi – FOTO
Ən gözəl dəvə seçildi
Gözlənilməz imici ilə hər kəsi təəccübləndirdi
Bakı-Sumqayıt yolunda tıxaca son: vaxt açıqlandı
"İncil"dəki FƏLAKƏT QEYDİ
Kəs və yapışdır-1
Muxtar Maniyevin vəziyyəti pisləşib
Qarpızın faydaları
Ancelina Coli İlk Dəfə Etiraf Etdi-FOTO
Abituriyentlər üçün son şans
Azərbaycanda sürücülərə vaxt qoyuldu, qiymətlər açıqlandı
Təhsi haqqından azad edilən tələbələr ən çox hansı ali məktəbdədir? - SİYAHI
Günün ulduz falı
Yuxu gətirən çaylar
Əqrəb və Dolça bürcü uyğunluğu
Yumurta, yoxsa plastik top?-Bakıda qeyri-adi hadisə - VİDEO
Ahmetlə Sılanı barışdıran mahnı bu imiş
Məşhur prodüser Noel Fişer həbs olunub
Aİ Ermənistan ilə assosiativ sazişi paraflamaq niyyətində deyil
Adını dəyişmək istəyən şəxs nə etməlidir?
Müəllimlərin maaşı artacaq - 26 rayonda
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
XİN rəsmisi: “Azərbaycanı müharibəyə Ermənistan təhrik edib”
Evlənmək istəyənlərin 53 nəfərində QİCS tapıldı
- ŞƏRHLƏR