Qadın qısqanarsa əvvəl özünə pislik edər, sonra sevdiyinə. Qadın qısqanarsa kişinin edəcəyi ən doğru şey qadında bu duyğunu yox edəcək çox sıx bir sevgiylə bağlanmağıdır. Qadın qısqanarsa kişi onu başa düşməli və ona kömək etməlidir. Qadın qısqanarsa kişi bunu azadlığına müdaxilə olaraq qəbul edərsə sevgi bitər. Qadın qısqanarsa mütləq yoldaşını çox sevir, amma bu sevgini təyin etməkdə çətinlikləri vardır. Qadın qısqanırsa kişinin sevgisində əskik olan nəsə vardır.
Qadın qısqanırsa ortaya çox əzabverici nəticələr çıxa bilər. Qadın qısqanarsa sonrası təxmin edilməyəcək vəziyyətdir. Ya hər iki tərəf yara alır, ya da eşq bitər .Çünki kişilər əksər vaxt "qadın haqlıdır" deməzlər, deyə bilməzlər. Qadın əvvəl düşünür, dişlərini sıxır, bir az susar, bir az baxar, sonra yavaş-yavaş ən qorxunc planlarını hazırlamağa başlayır. Hər cür düşüncələr ağıla, xəyala gəlməyəcək şəkildə beyinə işləyir. Hər detalı düşünür, lahiyəsini tamamladıqdan sonra "intiqam cədvəli" hazırlayır.
Qadın qısqanırsa həmcinsi də olsanız, qarşı cins də olsanız ağıllı bir qadının qısqanclığından qətiliklə qorxun. Çünki təxmin edə bilməyəcəyiniz bir mərhəmətsizlik, sonunda qan rəvan içində qalacağınız bir savaşın ortasında qalarsınız.
Qadın qısqanırsa tükənmişsiniz deməkdir. Bunu başa düşdüyünüz vaxt ya çox gec qalmısınız, ya da artıq yaşamırsınız. Sizə elə şeylər edəcəkdir ki, heç nə anlamayacaqsınız. Yeri gəldiyində "Düşmənim belə etməz bunu" deyə bilərsiniz. Hələ sizi elə bir vəziyyətə salacaqdır ki,siz acı çəkərkən qarşınızda heç bir şey yoxmuş kimi bir vəziyyətdə görünüb əslində nə qədər sevincli olduğunu gizlətdiyini anlayarsınız. O mərhələyə gəlmizsinizsə artıq başa düşmüsünüz ki, qadınlar qarşılıqsız heç bir şey etməzlər.
Qadın qısqanırsa əzmindən qorunmaq üçün ya heç sevməyəcəksiniz, ya da qətiliklə insan yerinə qoymamağı öyrənəcəksiniz. Əks halda sizdən əvəz çıxmadıqca əl çəkməzlər. "Mənim olmayan heç kimin ola bilməz" dedikləri üçün o vaxtdan sonra sizdən geriyə qalan ancaq bir dağıntı ola bilər. (Keçmiş olsun)
Qadın qısqanırsa bu o deməkdir ki, qısqanılmaq istəyir. Əslində hər bir qadının arzusu qısqanılan bir qadın olmaqdır. Qadın qısqanıldıqca xoşbəxt olur. Qısqanan şəxs həyat yoldaşıdırsa qadın daha da xoşbəxt olur. Qadın yoldaşının həqiqətən sevdiyini qısqandığı zaman inanır. Bir zaman qısqanan adam indi qısqanmırsa məsələ ciddidir. O deməkdir ki, artıq adam əldən getmişdir.
Qadın sevdiyinin əldən getdiyini qısqanmamasından başa düşər.
Bəzi kişilər qadınların sözlərinə inanırlar, könlündəki sözləri oxuya bilməzlər. Bir qadın bir kişini sevirsə, o kişinin ona sahib çıxmasını istəyir. İlk qayda budur:
-Qadına sahib çıxmayan kişiyə kişi belə deməz. Yalnız kişini istədiyi dozada saxlaya bilməsi üçün tədbirini əvvəlcədən alır.
Yoldaşı tərəfindən qısqanılmaq qadına qadın olduğunu hiss etdirir. Qadına arzulanılan olduğunu düşündürür. Yoldaşı üçün önəmli olduğunu hiss etdirir. Başqa kişilərin də onu bəyənə biləcəyini göstərir. Yoldaşının diqqətini başqa qadınlardan qopardib özünə çevirir. Vəziyyət yaxşı getmirsə potansial ehtiyatlama ehtimalı verir. Yoldaşın tərəfindən başqa bir kişidən günün gündüz vaxtı hər kəsin içində qısqanılmaq qadın üçün bir ağrı kəsici dərmandır. Tək bir dərman hər dərdə dəvadır. Tək pis tərəfi budur:
-Qısqanan adam dava salarsa, evə dalaşmış halda gedilirsə bu fantaziya şiddətlə sonlanır. Doğrusu bu şiddət belə ən dərinlərdə qadına sahiblənildiyi hissini verər, lakin qadın o vaxtı bunu istəməz. Şirin fantaziyasının dava-dalaşla qurtarmağını arzu etməz.
Qısqanılmağının ləzzətini yaşamaq, qadınlığını sonsuz hiss etmək istəyir.
Bəyənilmənin,sevilmənin,arzulanmanın və sahiblənmənin həzzini daima yaşamaq istəyir. Bu röya kişinin qadından uzaqlaşmağa başladığında bitir. Kişi qadına diqqət yetirməzsə bu qadını qorxudur. Nə qədər qısa geyindiyinə, paltarın sinəsinin nə qədər açıq olduğuna diqqət yetirməzsə bu qadını çox narahat edir. Çünki bu çox təhlükəlidir. Bu o deməkdir ki, kişinin diqqəti artıq başqa qadınadır.
Elə kişilərdə vardır ki, qadınların qısqanıldığını sevmədiyini fikirləşir. Qadınların dediklərini doğru bilib könlündən keçənləri bilməzlər.
Qadın bəzən həyat yoldaşlarını qadın dostlarından qısqanır, amma səbəb nədir? Səbəb hər qadını təhlükəli olduğunu bildikləri və ona inanmadıqları üçün, həyat yoldaşına inanmadıqları üçün.
Baxın bu mövzuda qadınlar nə deyir:
-Birlikdə olduğumuz müddətdə qısqanclıq səbəblərindən xeyli dava-dalaşlarımız olurdu. Çoxu da mənim qısqanclığım ücbatından baş verirdi. Vaxt keçdikcə, insan qarşısındakı insana inandıqca, güvəndikcə qıqanclığı idarə etməyi bacarır və belə halda da xoşbəxt həyat sürür.
-Mənim fikrimcə həyat yoldaşıma yaxınlaşan hər bir qadın təhlükəlidir. Xüsusən də qadının davranışlarının sərhədi yoxdursa.
Əslində bir tərəfdən bu da qısqanclıqdır. Bəzən varlığımı hiss etdirmək üçün normalda davrandığımdan fərqli davranıram.
-Bir xanım üstəlik gözəl bir xanım mənim həyat yoldaşımla dostluq edirsə heç kim inciməsin bunun altından gec-tez nə isə çıxar.
Mən buna icazə verə bilmərəm, icazə verənlərə də hörmətlə yanaşaram.
-O yaxınlaşmalar varsa əgər qısqanclıq hiss etdiyimiz duyğu mənim fikrimcə qısqanclıq deyildir.
Paylaşmaq istəməmək,qəzəblənmək,hisrlənmək,başa düşülməmək duyğusudur.
Bu belə gəldi, belə də gedəcək. Heç kim səbəbini həll edə bilməyəcək. O qədər çox səbəb var ki...
-Bir qadının ən böyük düşməni yenə bir qadındır. Həyat yoldaşımı çox qıqanıram, amma hər dəfə qısqandığımı büruzə vermirəm.
Qadın əslində qısqanmamalıdır. İnsan sevdiyi insanın yanında olanda, ya da uzağında olanda o insana inanırsa, güvənirsə bu hər iki tərəfi narahat etməz. Amma elə zaman olur ki, qadınlar kişilərin onların sözündən çıxmasına icazə verməzlər. Bu növ qadınlar sözlərindən çıxan kişilərin normal həyatını pozmaq üçün qısqanmağa başlayarlar. Qısqanclığın normal dərəcədə olanı problemsizdir, amma bəzi insanlar xəstəlik şəklində qısqanırlar. Bu da hər kəsi narahat edə bilər.
Qarşı cins sevgilisini itirmək təhlükəsi hiss etdiyində qorumaq məqsədi ilə qısqaanclıq rejminə keçir. Sevgilisini qısqanmağı təbii ki, lazımdır bu sevdiyinin ən böyük isbatıdır, amma normal dərəcədə.
Qadın qısqanarsa kişi həyacanlanmamalıdır, sakit olmalıdır. Oturub qadınla danışmalı, niyə qısqandığını soruşmalıdır və başa düşməyə çalışmalıdır. Duruşu ilə, davranışı ilə güvən verməlidir qadına. Başqa cür bu problemi həll etmək daha da çətinləşər.
Kişilərdə cinsəllik, qadınlarda duyğusallıq dövrəyə girdiyində qısqanclıq baş verir. Almanyadakı Bielefeld Universitetində oğlan və qızların fərqli qısqanclıq mövqelərini incələdilər. Oğlanlar xanımlarının başqa biri ilə cinsi əlaqədə olduğunda qısqandıqlarını, qızlar isə sevgilisinin başqa biri ilə cinsi əlaqədən çox duğusal əlaqədə olduğlarında qısqandıqlarını əldə etdilər.
Əslində qadınların daha çox qısqanc olduğu əsasən də lazımsız qısqaclıqları ilə kişilərə dünyanı zindan etdikləri fikri də vardır. Amma sevən qadın qısqanar elə deyilmi? Onun həyatındakı tək qadın olmağını istəmək günahdırmı?
Bəzən də kişilərin qadınlara hər şeyin yaxşı olduğunu bildirməyi də bir az çətindir. Məsələn:
-Kişi keçmiş əlaqələrin üstünü açmaz, sevgilisinə inam hiss edər, geyinib bəzənməyinə qarışmaz, dost çərçivəsinə məhdudiyyət qoymaz, problem çıxartmamağa çalışar. Qarşılığında "Sən məni qısqanmırsan, sevmirsən" olar yaxud da keçmiş əlaqələri hər gün açıb ağartdığında, qadının hər atdığı addımdan xəbərdar olmaq istədiyində, hər bir geyiminə, bəzəyinə qarışdığında o zaman da "Sən mənə güvənmirsən, inanmırsan" olar. Bir sözlə biz qadınları bir az başa düşmək çətin məsələdir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məsləhətlərinizə ehtiyacım var
Yeni Məcnun axtardı, Leylini tapdı, amma...
Dekabr ayının HAVA proqnozu
Makiyajdan əvvəl dərini necə canlandırmalı?
2020 Qızıl Qlobus Mükafatının Sahibləri
Dostunuz sizə öz zəif əsərini veribsə nə etməli? - ZƏMANƏTLİ RESEPTLƏR
Gözəllik içkiləri
Pensiya alanlara ŞAD XƏBƏR: gələn ilin əvvəlindən...
Stressə qidalarla qalib gəlin!
Əqrəb və Tərəzi bürcü uyğunluğu
Bürclər haqqında doğru bildiyiniz YALANLAR
Tənbəlliyə qarşı təsirli həb
Hacıqabulda 9 seçicinin 100-dən çox yaşı var
Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
Şəxsiyyət vəsiqələrinin verilməsində yenilik
Şaftalılı parfe (foto resept)
Separatçılar ATƏT-ə "yox" dedi
Nə üçün şagirdlər orta məktəblərdə dərslərdən yayınırlar?
Ningen-qeyri-adi varlıq!
"Barselona"nın ulduzu karyerasına son qoyur
Aspirini çox qınadılar
Atatürk hansı komandanın azarkeşi olub?
Tək qalmağın gözəlliyi
Tərzinə uyğun geyin
Tarixdə İlk Dəfə bu diaqnoz qoyuldu-FOTO
Çiyələkli pizza (foto resept)
İnanılmaz festival: Cəsədləri qəbirdən çıxarıb yürüş edirlər - FOTO
90 yaşlı nənə eşqə düşdü, sevgilisi ilə kruizə yollanacaq - FOTO
Çiyələkli piroq(foto resept)
Cemli ürək pryanikləri (foto resept)
Su içmənin dəriyə faydaları
Həvəslə gözlədiyimiz poçt bağlamaları təhlükə saçır - ARAŞDIRMA
Bakıda həbs edilən azərbaycanlı səfirlə bağlı yeni QƏRAR
İlin sözü bəlli oldu
Demet Özdemir ev təmizliyindən danışdı
İmişlidə dolu damları dağıtdı, pəncərələri qırdı
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR DƏYİŞDİ
Çinlilər karantindən sonra bu məhsulu yeməyə başladı - Şok menyu
İdman görmə qabiliyyətini qoruyur
Bu qabların istifadəsi xərçəng yaradır
Şüşədə buzlu naxışlar
Zebra keks (video-resept)
Yaponiyadan Afrika qaçqınlarına böyük jest
Saç tökülməsinin qarşısını alan 4 yol
Ermənilər almanların ulduzunu zədələdilər
Fransızsayağı ət (foto resept)
Ən gözəl afrikalılar
Məşhur aktrisadan sevənlərinə üzücü xəbər
Ən qanqaraldıcı elmi kəşflər açıqlanıb
DİN-dən Yeni ilə görə vətəndaşlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR