Bütün insanları bağlayan bir neçə ünsür vardır. Bunlardan biri və hətta deyərdim ki, birincisi məhz xoşbəxt olmaq istəyidir. Bu, hamımızı birləşdirən ortaq bir cəhətimizdir. İndi biri gəlsə və bizə "Xoşbəxt olmaq üçün sənə nə lazımdır?" deyə sual versə, hər kəs əlinin çatmadığı, ona ulduzlar qədər uzaq olan bir məqamı deyəcək. Halbuki, içində olduğumuz xoşbəxtliklərin fərqində belə deyilik. Bir söz vardır: "Sənin indi şikayətləndiyin həyat bəlkə də başqalarının arzu etdiyi həyatdır!". Bu, doğurdan da belədir. Biz nələrə nail olduğumuzun və nə qədər xoşbəxt olduğumuzun fərqində olmayan varlıqlarıq.
Yaşadığımız cəmiyyətdə xoşbəxtlik çətin əldə olunan dəyərlərlə assosiasiya olunur. Əslində isə xoşbəxt olmaq üçün nə milyonçu ər, nə növbənöv geyimlər, nə də bahalı kosmetika lazımdır. Adi şeylərə diqqət yetirməklə də xoşbəxt olmaq mümkündür. Gəlin bunların bir neçəsi ilə tanış olaq.
1.Heç vaxt tək qalmayın. Ətrafınızdakı insanlarla əlaqə saxlayın. Rəfiqənizgilə gedin. O sizə gəlsin. Uşağınızı bağçadan atası yox, məhz siz özünüz gətirin. Yoldaşınızla vaxt keçirin. Sevdiklərinizə olduğundan daha çox vaxt ayırmağa çalışın.
2.İşinizi sevin.Doğrudur, indi işlə təmin olunmaq çox çətindir. Amma bir halda ki, siz bu işlə məşğulsunuz, onu sevməlisiniz. Buna nail olmaq o qədər də çətin deyil.
3.Özünüzə fikir verin. Gözucu olsa da dəb tendensiyalarını izləyin. Tez-tez vanna qəbul edin. Üzünüzə, saçlarınıza fikir verin. Vaxtınız olduqca salona gedərək saçlarınızın rəngini və ya formasını dəyişin. Bu sizdə yüksək əhval-ruhiyyə yaradacaq. Əmin olun!
4.Həddən artıq həssas olmayın."Başqaları nə düşünər" deyə beyninizi boş yerə yormayın. Bəlkə də sizin düşündüyünüz o başqaları heç sizin mənfilərinizi hələ heç görməyib də. Başqalarının fikrindən asılı yaşamaq dəhşətdir!
5.Bağışlamağı bacarın .Özünüzü də, ətrafınızdakıları da. Bütün insanlar zaman-zaman səhv edirlər və unutmayın ki, hər kəsin yeni bir şans haqqı var.
6.Sevin.Hisslərinizin qarşılıqlı olmasına o qədər də aludə olmadan insanları, təbiəti sevsəniz və bu hissi dəyərləndirsəniz çox xoşbəxt ola bilərsiniz.
7.Qarşınıza məqsəd qoyun. Lakin ilk öncə nə istədiyinizi qərarlaşdırın və bu məqsədə bütün gücünüzü səfərbər edərək nail olmağa çalışın.
8.Sevinməyi bacarın! Günəşli hava, rəngli şarlar belə sizi sevindirməlidir. Bu sizin yetərindən daha da xoşbəxt olmağınıza yardımçı olacaqdır.
9.Gülümsəyin!Axı bizim həyatımızın məqsədi yalnız xoşbəxt olmağımızdır. Gülümsəmək həyatımızın məqsədinə çatmağımıza daha çox yardımçı olaacqdır!
Sonda hər birinizə hətta xırda məqamlarda belə xoşbəxt olmağı arzu edirəm, əziz xanımlar.
XƏBƏR LENTİ
Dəriniz yaz meyvələri ilə yenilənsin
Qeyri-peşəkarların "psixoloqluğu": həyatınız məhv ola bilər
Ebru Şallı bu gün ərə gedir
Adriana Limanın pəhriz siyahısı
BMT rəsmisi: “Təcrid məsələsi ciddi narahatlıq doğurur”
Xəzər dənizində zəlzələ oldu
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
Sağlam olmaq üçün məsləhətlər
İlham Əliyev 2 həftə vaxt qoydu
Makiyaj masaları
HAVA necə olacaq?-XƏBRDARLIQ
Zaman axıb gedir
Obama müharibədən danışdı: "Nəhayət bitəcək"
Bergüzar Korelin 3 aylıq oğlu-FOTO
Sivilizasiyanın sonunu gətirəcək risklər
Haçalanan saçlar üçün maska.
Qadın metroda doğdu
Yaponlar yeməyi niyə çubuqla yeyir?
Sinələrin sallanma səbəbi
Tapmacalar
Sarkisyan mühasirədə
Özünüzdə yaşlanma əlamətlərini hiss edirsiniz?
87 kq arıqlayan qadın bodibildinq turnirinə qatıldı-FOTO
Yaxın Şərqdə yeni müharibə başlayır
Balıq sousu (foto resept)
Bədənin möhkəmləndirilməsi
2012-nin yay geyimləri
Qadın.Netlilərin toy günü xatirələri (2-ci hissə)
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Günün qoroskopu: bu gün özünüz haqda daha çox düşünəcəksiniz
Emmy mükafatı: Qırmızı xalça
Qanunun tətbiqində çətinlik çəkənlər üçün
Hadisə bu dəfə də geyimi ilə Gündəm oldu- FOTO
Dünyanın ən böyük fənər sərgisi
Sabahın HAVAsı
Meşələrdə yaşayan qəribə insanlar
Paxla çığırtması (foto resept)
Xəstəliyə qarşı mürəbbələr (2)
Azərbaycan və Türkiyənin birinci xanımlarının görüşü olub
Kaliforniyalı qadın 10 dəqiqəyə 32 burger yedi
Görüntüləri yayılan Ece Erken istefa etdi
Əzələlər və stress
Vitaminli xörəklər - 4
2011 modeli çantalar
Uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı
Bleyk yeni trend yaratdı-FOTO
Bu tələbələrə təqaüd veriləcək
Qazaxıstan yeddi ölkə ilə uçuşları bərpa edir
"Qaqa" sözü necə yaranıb?
Daşınan sensor vücudu yoxlayacaq
- ŞƏRHLƏR