Biz Qadin.Net saytı olaraq,istisna hallar xaric "Ailələrin dağılmasının əleyhinəyik!" devizini dəstəkləyirik.
Amma,biri də var artıq olan olub,bitən bitib.Boşanma baş verib.Və gəlin incələyək.Boşanmadan sonrakı həyat necə olur?
Boşanarkən insanlar çətin bir müddətdən keçərlər. Bu müddətin minimum zərərlə sovuşdurulması hədəflənməlidir, xüsusilə də ayrılanların uşaqları varsa…İnsanlar, hər nə qədər mədəni və razılaşmalı boşansalar da kompleks duyğular yaşayırlar. Əsəb partlamaları, ağlama böhranları, təklik duyğuları,hətta intihara qalxışmalar və s. ola bilər.
Boşanan insanlarda boşanma sonrası müxtəlif reaksiyalar üzə çıxa bilər.Bəziləri,dayanmadan artıq keçmiş yoldaşının günahlarından bəhs edər,bəziləri keçmişini idealizə edərək bir daha xoşbəxt ola bilməyəcəyini dilə gətirər və beləcə kədərlərini gücləndirərlər.
Bəs bunu necə aradan qaldırmaq olar?
Psixoloqlar məsləhət görürlər ki,mümkün qədər unutmağa cəhd etmək lazımdır.Yəni,davamlı keçmiş haqqında düşünüb,artıq yoldaşı olmayan adam haqqında məlumat toplamaq,həyatını izləyib mənfi emosiyalara qapılmaq doğru deyildir.
Boşanan insanların bir də uşaqları varsa,valideynlər daha diqqətli olmalıdırlar.Belə ki,anasının və atasının boşanması heç bir uşağın seçimi deyildir.Bir uşaq boşanma prosesi ilə rastlaşıbsa,"var olma" haqqını sorar.Onda mütləq,"Mən dünyaya gəlməməli idimmi? "düşüncəsi canlanar.
Uşaq, anasını və atasını bir yerdə görmək üçün həddindən artıq itaətli ya da həddindən artıq tündxasiyyət davranar. Mənfi evliliyini davam etdirən yoldaşlar uşağının ruh sağlamlığını daha da zədələyə bilər. Məsələn, döyüşdə alçaldılan adam uşağın atası ya da anasıdır, bu səbəblə uşaq da alçaldılmış olar.
Əhəmiyyətli olan uşaqlara əvvəldən boşanma qərarı hər iki valideynlər tərəfindən doğru şəkildə izah edilməsidir. Boşanma sonrası, bir uşaq üçün ən əhəmiyyətlisi hər iki valideynlərlə görüşməsidir. Bir valideyn, uşağına digər valideyni sevməsi üçün icazə verməlidir. Ana və ata arasında eşq bitmiş, hətta bir çox mənfi düşüncələr yerini almış olsa da,uşağın təbiətində valideynləri sevməsi vardır. Uşağın yaşadığı itki hisləri mümkün olduğu qədər məhdud qalmalıdır. Bu səbəblə uşağın vərdiş etdiyi nizamı pozmamaq lazımdır.
Eyni məktəbə getməli, eyni fəaliyyətlərə qatılmalı, eyni qohumlarla görüşməli və evdəki eyni qaydalar davam etməlidir. Uşağın ‘uşaq ‘, qala bilməsi üçün valideynlər uşaqla dərdləşməməsi lazımdır. Boşanan adam uşağının hislərinə yer verməlidir. Məsələn, uşaq; ‘atam üçün darıxdım', dediyi zaman,verilməsi lazım olan cavab; ‘Anlayıram səni, yaşanılanlar asan deyil, bir az qucağımda oturmaq istəyirsənmi?', deyilməlidir.
Əgər boşanan insanların uşaqları yoxsa, bir müddət heç görüşməmələri yerində ola bilər, çünki görüşmək yenidən baş qarışıqlığına və yersiz ümidlərə yol aça bilər.
İnsan inkişafşnda öz məsuliyyətini görə bilməyib, haqsızlığa uğradığını düşünsə özünə olan etibarı azalar. Buna görə səhvləriylə üzləşməyi gözə almalıdır, çünki öz günahını qəbul edən, bəxtsizliyinə inanıb, gələcəkdə bənzər əlaqə yaşayacağından qorxmaz. Həyatı üçün məsuliyyət daşıyan adamın, boşanması bir həyat təcrübəsi olar və onu yetkinləşdirib gücləndirər. İnsan hər bitən prosesin yeni bir başlanğıcın xəbərçisi olduğuna inansa, yeni ümidlərə yelkən açacaq.
Sizlərə hər zaman səadət dolu,xoşbəxt və problemsiz ailə həyatı yaşamağı arzu edirik!
Xoşbəxt olun!
XƏBƏR LENTİ
Depressiya sənətkarın gözündən
Kolleclərə tələbə qəbulu başladı
Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
Nurit Hen Royal 2016 gəlinlik modelləri
Əvəzlənən smart-kart sayğaclarının balansında qalan pullar necə olacaq?
Uşaqlarla yaxşı münasibət qurmağın yolları
Azərbaycanda daha 39 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Bakıya illərlə xidmət edən hava limanı bağlanır
Azərbaycanda pensiyalar artırılacaq
Pensiyalarda artım olub - Nazirlik
Dünyada koronavirus nə vaxt bitəcək?
Ünvanlı sosial yardımla bağlı qaydalarda dəyişiklik - QƏRAR
HAVA necə olacaq?
Maraqlı tortlar
Azərbaycanda qızların erkən nikahı ilə bağlı
Yumurta dizaynlı muzey-Salvador Dali
Kəsmiklə gözəlləşin
Serdar Ortaçın ailə məsələləri GÜNDƏM oldu
Kəndlərimizdə inkubator cücələri bir-birini yeyir
Ermənistan öz vətəndaşlarından imtina etdi
Yeni il oyuncaqlarının tarixi
Bakıda “Sülh ağacı”
İnsanın daha bir əcdadı tapılıb
Just for girls (2-ci hissə)
Toya hazırlaşan cütlükdə xəstəlik tapıldı
Hava haqqında - 21.01.2014
Yeni KLİPİ 3 milyon dəfə izləndi-VİDEO
Serial sevgisi reallığa çevrildi - FOTO
Ermənistan ordusu mövqelərimizi minaatanlardan atəşə tutdu
Artur Rasizadənin oxşarı tapıldı
Xanımlar üçün gəlinliklər
Ən kök adam 250 kq arıqladı - FOTO
Cəhənnəm istilərində sizi yarı yolda qoymayacaq saç tipləri
BÜRCLƏR bizə nə vəd edir?-25 Mart
Bu qatarın bileti 2 min dollara yaxındır
Bu şəkillərə iki dəfə baxmalı olacaqsınız
Dekorasiya üçün gül qurutma üsulları
Sabah Azərbaycana qar yağacaq
2015 bürclərə nə vəd edir?
Gözmuncuqlu bəzək əşyaları
Mikroskopla çəkilmiş şəkillər
Mərkəzi Bank və nazirlik start verdi
Tarixi-mədəni sərvətimiz - Xan Bağı
Cadugər və falçılara "qarşı kampaniya"
Xocavəndin işğaldan azad olunan Domi kəndindən VİDEOREPORTAJ
Qadınlar evlənmə təklifi edə bilərmi?
Günün qoroskopu: Enerjili olun!
Gəlinliklər
Milli Geyim Gününün təsis edilməsi ideyası dəstəkləndi - FOTO
- ŞƏRHLƏR