Etiraf etməliyik ki, hər birimizdə az, ya da çox ölçüdə paxıllıq hissi var. "Yox! Əsla! Mən paxıl deyiləm!", deyirsinizsə, səmimi deyilsiniz. Mənim bir müəllimim var idi. (Buradan onu sevgi və hörmətlə ilə anıram.) Ciddi və tələbkar olduğuna görə ondan çəkinsək də, çox sevirdik. Bizə oxuduğumuz müddətdə tədris etdiyi fəndən başqa məlumatlar da öyrətdi. Deyərdi ki, paxıllıq, həsəd iki halda yaxşıdır. Birincisi biri yaxşı oxuyur, sən onun qabağına keçmək istəyəsən, ikincisi bir insan yaxşıdır, daim yaxşılıq edir, bunda sən onu qabaqlayasan. Bu paxıllıqlar insana xeyirdən başqa bir şey vermir.
Günümüzdə hər şeyin sürətlə inkişaf edib yeniləndiyi dövrdə paxıllıqlarımız da inkişaf edib, durmadan irəliləyir. Paxıllığımız inkişaf etsə də, bizim özümüzü inkişafdan geri qoyur. Günü-gündən yenilənən bahalaşan əşyalar, evlər, avtomobillər durmadan birilərinin qapısından, pəncərəsindən girib özlərinə yer edirlər. Ucuz paxıllıqlarımızla aldığımız bahalı əşyalar sözün əsl mənasında bizə baha başa gəlir.
“Evində yox urvalıq, könlündən keçir darğalıq” məsəli idniki halımızı çox gözəl anladır. Evdə qarını ac olsa da, çölə-bayıra çıxanda mütləq hər kəsə göstərə biləcək bir bahalı əşyası olmalıdır.
Hər kəs biri-birilə yarışa girib paxıllıqda. Çox təəssüf ki, bu yarış da sonsuzdur. Çatılacaq bir son nöqtə yoxdur ki, biri qalib olsun, digərləri artıq məğlub olduqlarını qəbul edib geri çəkilsinlər. Bu yarış qəbir evinə qədər davam edir. Çox təəssüf ki, hətta ölənin il mərasiminə qədər sürə bilir, desəm yalan olmaz.
(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir! (5:48)
Müqəddəs Kitabımızda buyurulduğu halda “yaxşı işləri görməkdə bir-birinizi ötməyə çalışın”, bəs bizlər niyə əksini edirik? Heç olmasa bir dəfə bu sualı özümüzə veririkmi, qonşunun varıdır deyə mənim də, olmalıdır iddiasını niyə edirəm? Adının müsəlman olduğunu iddia edən şəxs ona buyrulanı etməlidir. Yox əgər deyirsizsə, heç yaxşılıq edən yoxdur, kiminlə yarışım? Elə isə bu işə siz başlayın, başqaları sizinlə yarışsın.
Paxıllıq haqqında çox danışa bilərik, onun törətdiyi fəsadlardan səbəb olduğu talesizliklərdən. Amma biz onu yaxşı yönə yönəldək, nəfsimiz paxıllıq etməyə meyillisə, heç olmasa yolunu dəyişdirək. Başqalarına daha çox hörmət etməkdə paxıllıq edək, hər insana dəyər verib sevməkdə paxıllıq edək, biri darda olanda onun ilk harayına çatmaqda paxıllıq edək. Elə paxıllıq edək ki, paxıllığın özü də bizə paxıllıq etsin. Çünki onu əsl niyyətindən çıxarıb öz niyyətimizdə istifadə edirik.
Sonda istəyirsiniz mənə də, paxıllıq edin. Mənim xəbərləri oxumaq sizə xoş gəlməsin, siz daha gözəlini yazmaqa qadirsiniz, bunu məndən yaxşı bacaracağınıza əminsiniz. Yaradıcılıq yolunda paxıllıq etməyin bir mənfi cəhəti yoxdur.
Və nəhayət başqalarının paxıllığını çəkərək öz həyatınızı yaşamamış bitirməyin. Nə qədər başqalarının paxıllığını çəkəcəksiz başqa həyatları yaşamış olacaqsınız.
Xəbərimi bir naməlum müəllifin fikri ilə bitirmək istəyirəm: "Başqasının həyatını yaşamaq elə bil pəncərədən baxmaq kimidir. O pəncərədə güllər olsa belə, o demək deyil ki, onun içi cənnətdir".
XƏBƏR LENTİ
Daha bir ölkədə EBOLA
Məşhur aktyor ölümdən döndü-FOTO
AMD-dən yenilik var
Snoudendən şok iddia
Evinizdəki boş yerlər üçün dekorasiya
2 yaşa qədər uşaqları dənizə salmayın - XƏBƏRDARLIQ
Meyvə pəhrizi
BÜRCLƏR bizə nə vəd edir? - 6 APREL
Yaxşı vərdişlər nələrdir?
Türk qəhvəsi necə hazırlanır?
Təhsil müəssisələri ənənəvi qaydada tədrisə qayıdır? - AÇIQLAMA
"Eurovision" biletləri satılmır-SƏBƏB
Gəlin toyuna İtləri Çağırdı-FOTO
2014-cü ilin ən dəbli çəkmələri
BÜRCLƏR bizə nə vəd edir?-14 Oktyabr
Hər kəs bu insanın bəxtəvərliyindən danışır-SƏBƏB/FOTO
"Oğurlanmış səadət"
Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu
Ayrılığın yaxınlaşdığını göstərən 4 hal
Üçəmlərə Rəcəb, Tayyib və Ərdoğan adını verdilər
Ananaslı salat (foto resept)
İllərin məşhurlara təsiri
Demət Akalın: "Ailəmiz böyüyəcək" -FOTO
Prezident və ailəsi "Şahdağ"da-FOTO
Azərbaycanda daha 314 nəfərdə koronavirus aşkarlandı
Abituriyentlərin qeydiyyatı başladı
"Çingiz mənim kumirimdir"
4 hərəkətlə kürək ağrısına son
Facebook-da YENİLİK
Bakıda qurbanlıq heyvanların satılacağı ünvanlar - SİYAHI
Təhsil Nazirliyi şagird sıxlığını aradan qaldırmağa çalışır
Dünyada ən böyük sualtı park inşa olunacaq
Dəbli payız ayaqqabıları
Bakıda 10 mindən çox evin söküntüsünə başlandı
Payızlıq taxıl bitkilərinin kütləvi səpini davam edir.
Arda Turan: "Messi tarixin ən yaxşı futbolçusudur"
Azərbaycan ordusu düşməni sıxışdırır - RƏSMİ
100 il əvvəl dünyasını dəyişmiş insanın kimi qalır ki, bu dünyada ona baş çəksin
BÜRCLƏR bizə nə vəd edir? -11 İyun
Təhsil nazirinin Lənkəranda vətəndaşları qəbul vaxtı dəyişdirilib
Can Yaman Etiraf Etdi
Bir-birindən maraqlı Jennifer Lawrence filmi
Rafet El Roman yenidən onunla evlənir? - FOTO
Cennifer Lopes 48 yaşını qeyd etdi!
Karantində çimərliklərdən istifadə məsələsi müzakirə ediləcək - VİDEO
Caponata (foto resept)
19 milyon dolların sahibi bank qarət etdi-FOTO
Yunan-Roma güləşçilərinin may ayı üçün reytinq siyahısında 9 idmançımız
38 yaşlı aktrisa üçüncü dəfə ana olacaq
"Hər şey gözəldir həyatda"...
- ŞƏRHLƏR