Bu dəfə sizə Ülviyyə xanımın təklik, tənhalıq və ya birlikdəlik haqda olan fikirlərini təqdim edirəm. Xanımın bu haqda olan düşüncələri fərqli və olduqca maraqlıdır. Əlbəttə, çoxları razı olmayacaq. Lakin oxumaqda və nəticə çıxartmaqda fayda var.
Mən təklikdən qorxmuram, mən təklikdə qalanda yarımçıq qalmıram, təklikdə olanda da özümü sevirəm, uzun illərdən bəri tək qalmağa da öyrəşmişəm, özümü qəbul etmişəm, qəbul edib, dəyişdirmişəm. Tək qalmaqdan qorxmadığım həqiqəti çoxlarını əsəbiləşdirib, mənim təkliyimə inanmayıb, öz zəifliklərindən qaçmaq üçün bu təkliyimə yamaq qoşmaq istəyiblər. Mən isə tək qalmaq bacarığımla onların “hər kimlə gəldi təki kimləsə olum” ehtiraslarını əzmişəm. Hə, mən tək olmaqdan qorxmuram.
Tək olmaqdan qorxmamaq, daima tək qalmaq istəməklə bərabər deyil. Bu özünü dərk etməkdir, özünə məxsus şeyləri dərk etməkdir, öz dəyərini bilib, bu dəyərə layiq biri ilə cüt olmağı gözləməkdir. Bu dəyərə layiq olmayanları kandarından uzaq tutmaqdır. Təklik tənhalıq deyil, tək qalmaqda qorxmayaraq sizin xeyli dostlarınız ola bilər, sizin əla ətrafınız ola bilər. Mənim var, sizin də ola bilər. Barmağım qanasa, yanıma qaçacaq dostlar varsa, necə tənha sayıla bilərəm?
Tənhalıq ruh halıdır, tənhalıq təkliyin qaranlıq, ümidsiz üzüdür. Təklik isə kamilləşmiş tənhalıqdır. Siz özünüz istəmədiyiniz üçün təksiniz, cüt deyilsiniz. Sizi cüt edəcək, ruhunuzu yerindən oynadacaq, ən əsası əhəmiyyətinizi TAM dərk edəcək biri olmadığı üçün təksiniz. Bütün bu yazdıqlarımızı təsəlli kimi qavrayırsınızsa, təəssüf ki, siz tənha insansınız. Siz dərk etməmisiniz varlığınızı, bəlkə də dərk edib də, ümidsizliyə uğramısınız.
Mənə arroqant, snobist, özündənrazı, heç kimi bəyənməz də deyə bilərsiniz, belə halda məni başa düşmədiyiniz üçün, fikrinizin də əhəmiyyəti olmayacaq. Amma xahiş edirəm, əgər dərin insansınızsa, dayazlaşdırmayın özünüzü. Təki kimləsə bir olum, yanımda qadın və ya kişi hiss edim deyə, özünüzü xərcləməyin, ucuzlaşmayın.
Əgər dərin adamısınızsa bunları etməyin, uymayın cəmiyyətin axmaq qaydalarına.
Ülviyyə
XƏBƏR LENTİ
Azərbaycanın su ehtiyatları azalır
Qeyri-adilik üçün 13 ideya
“Çarpışma” finala hazırlaşır
Leyla Əliyeva Qobustan qoruğunda gəzdi - FOTO
“Xəzər adaları”nda görüş
Günün ulduz falı - 18.03.2014
Yeni sosial şəbəkə yaradıldı
Can Yamanın yeni serialının yayım tarixi bəlli oldu - VİDEO
Üz dərisi üçün kosmetik məhsulların alış-verişi
Sabahın HAVAsı
Beyonce geyimi ilə diqqət çəkdi-FOTO
Tələbə və pensiyaçılar üçün ictimai nəqliyyat güzəştli OLA BİLƏR
Nazirlər Kabinetinin "Məzarlıqlar haqqında" xüsusi qərarı olacaq
Almaniyanın ən çox qaçan futbolçusu
Vulkan püskürdü, sakinlər varlandı-FOTO
ÜST-dən məktəblərlə bağlı gözlənilməz açıqlama
Bir hərəkətlə piydən azad ol
Ferrari brendi satılacaq
Uşaqların məktəbdə qarşılaşdığı təhlükələr
Yaşıl çay-gözəlliyinizin keşiyində
Gəlin?Qaynana?
Məşhurların 14 fevral paylaşımları
Qurudulmuş ətli sürhüllü (foto-resept)
Yaponiyada koronavirusa yoluxmada rekord
"Bu hadisə Azərbaycanın dünyada şöhrətini daha da artıracaq"
Asqırmaq nədir?
Alişan və Buse jurnalistləri məhkəməyə verəcək-SƏBƏB
Sarı dırnaq dəbi
İnstaqramda başqasının “Hekayə”sinə ANONİM BAXMAДћIN YOLU – FOTO
Qadın.Netli qızların sevgi yolu-4
HAVA necə olacaq?- 23 MART
Stil ikonu Viktoriya Bekhem
Noxudlu bisküvit (foto resept)
Bu sahələr üzrə müəllimlər axtarılır - SİYAHI
Tibb tarixində bir ilk-FOTO
Paltarları niyə ütüləməliyik?
Qanunsuz ağac kəsənlərə qarşı YENİ CƏRİMƏLƏR
Aşiq olacağınız 15 film qəhrəmanı
Hava xəbərdarlığı
İtlər üçün təhlükəli olan ərzaqlar
Can Yaman və Özgenin serialından ilk görüntülər - FOTO
Magistratura imtahanlarındakı testlər tələbələri narazı saldı
Yataqları ayırmayın
Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
"Facebook"a şok cəza - 122 milyon $
Azərbaycanda 18 min manat pensiya alan var
Göz yummaq
Pitonla oynayan azyaşlı-FOTO
Qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib
Meyvəli və kolbasalı qızılgüllər (foto-resept)
- ŞƏRHLƏR