Qədim zamanlarda bir birilərini dəli kimi sevən 2 sevgili varmış.Bunlar hər zaman deyərmişlər gülərmişlər. Zaman keçir və bunlar artıq yavaş-yavaş evlənmək barəsində düşünməyə başlayırlar. Amma ondan qabaq hələ oğlanın 5 il müddətinə xaricə getmək məsələsi ortaya çıxır. Oğlan fikirləşir, fikirləşir, axırı sevgilisi ilə görüşür və ona bu sözləri deyir:'Sevgilim, 5 il bilirsən ki az müddət deyil.Çox şey ola bilər 5 ilə. Bilmirəm, bəlkə sən mənə olan sevgindən vaz geçəcəksən, bəlkə də mən, bəlkə də hər ikimiz. Bəlkə də zaman və məsafə bizim sevgimizə heç təsir etməyəcək, bilmək olmaz.' Bu an qız oğlanın sözünü kəsərək 'Mən səni ömrümün sonunadək sevəcəm'-deyir.Oğlan cavabında 'Gülüm, heç kəs 1 il və ya 5 il sonra nə olacağını əvvəlcədən deyə bilməz. Sən deyirsən 5 il də keçsə sevərəm səni görmədən. Bu, sadəcə olaraq sənin indi üçün olan fikrindi.Mən də indi elə fikirləşirəm, ama həqiqətən də 5 ilə sevgi qalarmı bir birimizi görməsək, onu nə yazıq ki heç birimiz deyə bilmərik. İndi mən sənə söz verim ki 5 il sonra mən yenə də səni sevəcəm və biz evlənəcəyik. Sən də evdəcə otur məni gözlə, hamı da sənin sevgilin olduğunu bilib sənə elçi gəlməsin. Mənimsə 5 il sonra tutalım sənə olan hisslərim bitdi və aydındır ki onda biz evlənməyəcəyik... Onda mənə deməzsən ki, bunu o vaxtdan deyərdin də mənə?!! Ona görə də sənin ömrünün 5 ilini deyil yalnız 1cə ilini daha istəyirəm. 1cə il məndən cavab gözlə,mən əgər görsəm ki 1 ilə sənə olan sevgim dəyişmir.Onda 5 il ərzində özümdən arxayın olaram ki səni həmişəlik sevəcəm. Hə,deməli belə, mən düz 1 il sonra sənə böyük bir buketdə gül göndərəcəm. Bütün gülləri sayarsan,əgər güllərin sayı 100 olsa 'məni 4 il də gözlə, sən mənimsən yenə də' anlamını verəcək 100 gül. Ama əgər 1cə dənə olsun gül əksik olursa, məsələn, 99 olsa o deməkdir ki artıq mənim sənə olan sevgim bitibdir,gözləmə artıq,öz həyatını qur...' Oğlan bu sözləri deyir və qızın alnından öpüb yola düşür... Beləcə oğlan gedir əsgərliyə,yavaş-yavaş əsgərliyini çəkir və 1 il gəlib keçir. Oğlan söz verdiyi kimi qıza bir buket gül və içində də bir kağız göndərir.Buket qıza çatdırılır. Qızın az qalır ürəyi partlaya o an. Fikri təbii ki o güllərin sayında olur,tez elə bayırdaca yolun ortasında başlıyır gülləri saymağa.İ lk dəfə sayır ürəyinə həmən iynələr batır,çünki ilk saydığında 99 dənə sayır. Özünü topluyub rahatlaşıb bir daha sayır ki bəlkə həyəcandan səhv saya.Oturub yerə rahat-rahat yenə başlayır saymağa. Ama nə yazıq ki sayı yenə 99 dənə eləyir. Beləcə qız dəfələrlə sayır,başqalarına da saydırır,ama sayı yenə 99 olur.Nəhayət,vəziyyəti anlayır və özünü yerə çırparaq ağlamağa başlıyır.Sora təxmini 1 ay sonra özünə gəlir... Olanlardan xəbər tutmuş bunu sevən başqa oğlan buna elçi gəlir.Elə onunlaca evlənməyə razılıq verir.Və beləcə də oğlanı ürəyində o biri oğlanla reallıqda isə bu oğlanla yaşamağa başlayır.Bu axınla 4 il də keçir,və 5 il necə deyərlər gəlib keçmiş olur.Oğlan ilk olaraq qızın axtarışlarına başlayır.Qızı tapır,və qız ondan niyə gəldiyini soruşur.
Oğlanınsa hələ xəbəri yoxdu ki bu artıq evlidi.Oğlan deyir necə yəni sevgilim,bu nə deməkdi ki niyə gəlmisən.Bunu demişdi ki o tərəfdən 3 yaşında bir oğlan bu qıza səslənib 'ana,acam' deyir...Bu an oğlanın sanki ürəyinə iynələr sancılır,vəziyəti dərhal anlayır.V ə sanır ki sadece olaraq qız bunu 5 il gözləmək istəməyib,sevməyib bunu, başqasını sevib evlənib. Oğlan üzünü çevirib oranı tərk etmək qərarına gəlir. Ama sonra ürəyi dözmür və 1cə dənə sual verir ki 'Nə zaman unutdun məni?' Qız ağlayaraq deyir ki 'Sən heç nə dediyini bilirsən?Sən deyildin mənə 99 gül göndərən,insafsız,indi də gəlib özünü bilməməzliyə qoyursan?!!' Oğlan bir anlıq susur,fikirləşir.Sonra hər şeyin niyə belə olduğunu başa düşür. Qıza deyir: 'Sən niyə o kağızı açıb oxumadın axı!' deyir və özünü saxlaya bilmir ürəyinin ağlamasını gözlərində də göstərir. Qız isə tez içəri qaçır,bu müddət ərzində qoruyub saxladığı o gül buketini açır və içindən həmən oğlan deyən kağızı tapır. Kağızda yazılanı oxuyur : 'Bir an belə fikrimdən çıxmayan sevgilim, söz verdiyim kimi gülləri göndərdim.Say bunları, bircə şeyi unutma ki 100cü gül dünyadakı güllərin ən gözəli,ən təravətlisi olan elə Sən özünsən...' Bu an sanki bütün dünya qızın başına yıxılır, heç nəyin geri qayıda bilməyəcəyini anlayıb bu əzabdan qurtarmağın yolunu bircə özünə qıymaqda görür. Əlinə bıçaq alıb özünə batırmaq istəyəndə birdən çöldən qışqırıq səsləri gəlir:'Burda biri özünü öldürüb ay millət'.Qız bunun kim ola biləcəyini dərhal anlayıb tez bayıra qaçır... Ama nə yazıq ki artıq gecdi, oğlan artıq sevən ürəyinə mismar sancmışdı. Bu an qız da tez o mismarı çıxardıb özünə sancmaq istəyəndə oğlu gəlib anasını qucaqlayaraq 'etmə ana' deyir.Anası sevgilisinin adını vermiş oğlunun bu hərəkətinə görə mismarı əli gəlmir ürəyinə batırsın. Götürüb gözlərinə batıraraq: 'Sizsiz hər şeyin günahkarı!' deyir...
Və beləcə də bir birini dünyalar qədər sevən bu 2 cavan bir birinə qovuşa bilmir.Biri torpağın altında qaranlıqda yatır,biri isə üstündə qaranlıq dünyasında yaşayır...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ
Alimlərdən mühüm kəşf
Qaşlarını yan dara, qız...
Ağzını tikdi
Hər dörd hamilədən üçü...
160 yumurtanı birdən yedi
İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
Maraqlı keks qabları
Qoz qandakı xolesterini aşağı salır
"Xaç atası"nın məşhur aktyoru öldü-FOTO
Dodaq boyası
Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Prezident İlham Əliyevi təbrik edib
İdeal ayaqlara sahib olmanın yolları
Hipnoz altında beyin əməliyyatı etdilər-FOTO
Heykəltəraş Philip Jackson
Lənkəran ləvəngisi və aşı (foto resept)
Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
56 yaşında model olan Kathy Jacobs
Günün ulduz falı
Xəstəlik: heç nə gördüyümüz kimi deyil
Azərbaycan öz məhsullarını ABŞ-a ixrac edir
Okean dırnaq dəbi
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi
Təbiətin gözəlliyini əks etdirən filmlər
Toxunma uşaq corabları
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Arıqlamaq istəyərkən yol verilən səhvlər
Günün qoroskopu: hər vədə inanmayın
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Günün qoroskopu:İşinizə nəzarət edin!
“iPhone 6” üçün növbəyə düzüldülər
Avqust ayının qalibləri!
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Birləşərək sağlamlıq saçan qidalar
Avropada tərk edilmiş binalar
Gün var əsrə bərabər: ötənləri yada salaq
Ledi Qaqanın 12 milyonluq villası-FOTO
Müəllim və həkimlərə ŞAD XƏBƏR
Çağatay Ulusoy yeni filmə çəkilir
Kıvanç Tatlıtuğun tətili-FOTO
Bakının nəhəng prospekti dəyişdirilir
2017-ci ildə texnologiyalara həsr edilən ən yaxşı 9 kitab
200 kilo arıqlayan qadın
Keksli şam ağacı (foto resept)
"Futbol tarixində hələ belə bir şey olmayıb"
Mehmet Ali Erbilin 61 yaşı qeyd ediləcək
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Azərbaycan tarixindən yüz şəxsiyyət-12
Bakıda 4,2 milyon manata 2 villa satılır
Bütün zamanların istilik rekordu qeydə alındı
- ŞƏRHLƏR