Bu dəfəki mövzuda istərdim vaxtilə qəlbimizi qırmış insanlar barəsində, qəlbimizi necə qırıblar və indi o insanlar o hərəkətlərinə görə necə cavab veriblər, bizə haqsızlıq edib özləri hansı haqsızlıqlarla qarşılaşıblar, bir sözlə, bizim (sizin) Allahımız o insanları necə “tutub” – bu barədə yadımıza düşənləri yazaq.
Şəxsən mən əvvəl də qeyd etmişəm hərdən çox düşünən insan oluram, keçmişimi də yadıma salıram, keçmişimlə gələcəyimi müqayisə edirəm, səhvlərimi, düzgün işlərimi tərəziyə qoyub ölçürəm həyati hesabat kimi.
Yadıma bu gün bir insan düşdü, bir qadın. O zaman mənim otaq yoldaşım və rəhbərim idi. Onun o vaxtı 38 yaşı var idi, mənimsə 18. Qadın ailəli, 2 uşaq anası, işləməyən yoldaşı və təqaüdünü hətta nəvələrinə belə qıymayan qaynanası ilə yaşayırdı. Mənim ilk iş yerim idi, ilk dəfə insanlarla təmasda olurdum. İlk olaraq işə daxil olanda başqa kabinetdə çalışırdım, ilk iş günüm idi, işim yox idi, bekar idim gəldim oturdum onun otağında, ondan elə xoşum gəlirdi ki, mənə mehriban, yaxşı qadın kimi gəlirdi. Mənim ilk kompüter müəlliməm olmuşdu, sonradan mənə kömək edib işə götürmüşdü. Otağında əyləşən kimi üstümə acıqlandı: “Sənin otağın yoxdur? Get otur otağında!”. Pərt olub getdim oturdum otağımda. Gözlənilməz idi. Amma yenə də qəlbim qırılmadı ona. Yəqin çox sadə idim o vaxtı. Bir ay təxminən keçdikdən sonra təzə əmr çıxdı ki, məni onun kabinetinə keçirdirlər. Sevindiyimdən bilmirdim neyləyim. Mənim bu sevincimi amma o özü qəribə qarşıladı, anlamadı yəqin. Bir müddət keçdi, ilk iş yerim olduğundan təbii ki, öyrənə-öyrənə səhvlər edirdim işimdə. Mənə “Tupoy!” deyə az olmurdu ki, qışqırırdı üstümə bu illər ərzində. İşdə kimləsə münaqişəsi olanda o insana mənim haqqım yox idi “Salam!” deməyə. Ümumiyyətlə, işdə heç kimnən yaxın olmağımı sevmirdi.
Kiçik qızı məktəbdə oxuyurdu, ingilis dili dərsindən ona kömək edirdim, yəni işim olsa da işimi atıb o qıza kömək edirdim bacardığımdan.
Bir dəfə bu qadın qızıllarını evdəki konfliktlərə görə gətirdi qoydu seyfinə. Seyfinə də onun icazəsi olmadan mən girməzdim, o da ki, kağız götürməkçün ola bilsin ki, çap edim. Bu qadın da günortalar gedirdi yaxındakı məktəbdə dərs deməyə. 2 yerdə işləyirdi. Amma seyfin açarını özü mənə verirdi. Bir gün gəldi ki, qızıllarım itib. Panikaya düşdü. Mən də sakit ona baxıram bilirəm ki, tapacaq. Həmişə hər şeyi itirib tapır, birinci dəfə deyil idi. Bir də gördüm mənə söz atır – “Səni bir daha seyf qabağında görməyim! Kimin lazımına gəldi mənim qızıllarım?!”. Udquna-udquna qalmışdım, ilk dəfə idi belə şərə düşürəm. Mən başqasının nəinki qızlı, heç üzüyünün qaşına belə möhtac qalıb oğurlamaram. Bu tərəfdən də mənə belə şərlər gəlir... Axır ki, tapdı qızlı, elə seyfdə idi, amma arxaya düşmüşdü. İnanın, o qadın məndən üzr də istəmədi, güldü, zarafata salıb unutdu. O, unutdu, mənsə hələ də unuda bilmədim.
Bir dəfə də yenə getmişdi məktəbə, qayıdanda gəldi kserakopiya maşınına baxdı və nəsə sayda problem çıxmışdı boynuma atdı ki, o vaxtın pulu ilə 500 manat pul əskik gəlir. Deyirəm ki, bəs mən işlətməmişəm də. Məni ağlatdı, daha nə günə qoydu ki, guya o 500 manatı cibimə qoymuşam.
Bir dəfə nəsə məni elə bil itələdi ki, gedim ingilis dilini oxuyum. İngilis dili kurslarına gedirdim və işdən saat 6 yox, 5-də çıxırdım həftədə 2 dəfə idi, ya 3 yadımda deyil. Hərdən ev tapşırıqlarını çatdırmayanda işim olmayanda elə kabinetdə sakitcənə tapşırıqlarımı edirdim, bu arvad qoymurdu məni. Acığına gəlirdi. Axı mən bekar olanda edirdim dərsimi, yenə də mənə iş axtarıb tapırdı ki, təki ingilis dilini oxumayım. İndi fikir verin, mən onun qızına işlərimi atıb ingilis dilində kömək edəndə olurdu, amma özümün oxumağım olmazdı. O qızından da yazım. Bir dəfə qızı mənə kobud cavab demişdi. Rəfiqəsi ilə bağlı söz idi, zarafatca dedim ki, o qızı tanıyıram da, belə gülməli fason qızdır. Uşaq mənə nə desə yaxşıdır? – “Sənə nə? Sən öz işinə bax! Get öz rəfiqələrinlə maraqlan!”. Mən pərt oldum. İlk dəfə idi qıçım boyda uşaq mənə belə cavab verir + anası ona acıqlanmaq əvəzinə qucaqlayıb öpür və fəxr edir ki, qızı belə hazırcavabdır. Mən şokda idim.
İngilis dilinə 7 ay getdim. Bir dəfə də hazırlaşırdım kursa, gedəndə zarafatca belə dedim “Lenin baba demişkən, Oxumaq, oxumaq, yenə də oxumaq!”. Bu da mənə deyərək sancdı ki, “Oxu, oxu! Görək hara qədər gedəcəksən”.
Çox şey olmuşdu, əsas yadımda bunlar qaldı.
Mən o qadına cavab qaytarmırdım, sakitcə künclərdə ağlayıb, evdəkilərə ürəyimi boşaldırdım. Amma Allaha onu hər zaman tapşırırdım ki, Allah onu mənimçün zərərsizləşdirsin.
Nəticələr:
- mənə şər atan qızıl barəsində ondan sonra yoldaşı şərə düşdü, 1000 dollar cərimə olundular, yoldaşının əsəbdən üzü əyildi, xəstəxanaya düşdü, aylarla müalicə oldu.
- ingilis dilinə görə mənə ilişdi, ingilis dili heç o vaxtı ağlıma belə gəlmədiyi qədər mənə köməkçi oldu bu həyatda, Finlandiyaya gəldiyim ilk aylarda mənə çox yardım etdi bu ingilis dili (Allah müəlliməmin canını sağ etsin!), indiyənə kimi aeroportlarda ingilis dili mənə yardımçı olur
- o yerdə 3 il işlədikdən sonra o qadınla, bankda işə düzəldim, 1 il yarım orada işlədim (orada da məni rədd etmək istədikləri an nişanlanıb işdən çıxıb həmən ilin yayı Finlandiyaya gəldim ailə qurdum, məni işdən qovlamaq kimi hədə qorxu gələn insanların üzü yumşaldı, mənə yalvardılar ki, öz yerimə adam tapmayınca çıxmayım, onda da Allah məni saxladı)
O qadın isə hələ də eyni yerdə işləyir...
Bu cür daşdan daşa dəymiş başıma gələn hadisələrimə əsasən sizə bir məsləhət verim: sizi kim incitsə ona cavab qaytarmayın, susub Allaha tapşırın sizi qorusun. Allah öz əli ilə sizin əvəzinizə o insanlardan elə qisas alar ki, ağzınız açıq qalar.
Bəs sizin həyatınızda bu kimi ədalət yerini tutduğu anlar baş veribmi? Bölüşün, maraqlı olar...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kosmik avtomobil Günəş ətrafında ilk dövrəni başa vurdu
Qat-qat xəmirdən tort (foto resept)
Hamilələr üçün vacib olan 3 vitamin
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
Xaricdə təhsil almaq istəyən tələbələri sevindirən xəbər
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Azərbaycan əhalisinin sayı açıqlandı
Dəbli qolbaqların hazırlanması
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Disney şəhzadələrinin köməkçisi olan heyvanlar
Ağcaqanadlar koronavirus yayır? - Alimlərdən şok açıqlama
17 yaşlı oğlanlar barədə yeni qərar verildi
Kibariye hamilə qızı ilə fotosunu paylaşdı - FOTO
Seda Sayan səhnəyə bu paltarda çıxdı-FOTO
Gəlin saçı modelləri
Yanukoviçi prezident rütbəsindən məhrum edildi
Günün ulduz falı - 17.02.2014
"The" artiklının yer bildirən isimlərlə işlənməsi
Keti Perri izləyicilərini təəccübləndirdi-VİDEO
Yol polisindən sürücülərə tövsiyə: işıqları yandırın
Ayşvariya Ray ekranlara qayıdır
Ebru Şallıya milyonluq hədiyyə
Xərçəng hüceyrələrini öldürən çay
Xocalı soyqırımı ilə bağlı ərəb dilində kitab nəşr edilir
Qadınlar abortdan sonra... - Bunlara diqqət!
Yunan-Roma güləşçilərinin may ayı üçün reytinq siyahısında 9 idmançımız
“Xaç atası 3” alternativ sonluqla ekranlara çıxacaq
Sabahın HAVAsı
Bütün dünya ŞOKDA - Yerin altında 17 il yaşayan şaxtaçı sağ tapıldı
Beyin gücünü artıran qidalar
Azərbaycanın 45 saniyəlik reklamı (VİDEO)
Dünya reytinqində birinciyik
Evdə istifadə olunan təhlükəli məhsullar
“iPhone”nun yeni modelləri lağa qoyuldu - FOTO
Məhkəmə təxirə salındı
Evimizdə təhlükə
Kabab yeyənlərin nəzərinə-DİQQƏT
Uşaqlarına Cücəbacı, Xunçar, Əskiyə adı qoymaq istədilər
Moskva azərbayСЃanlı şəhərinə çevrilir
Daha bir ölkədə fövqəladə vəziyyət elan edilir
NASA Aya çırpılan “Vikram”ın görüntüsünü yaydı - FOTO
Lətifələr
Əntiq avtomobillər günü
Manatın növbəti üç gün üçün MƏZƏNNƏSİ
Tağı Əhmədov işdən çıxarıldı
Saç biti deyib keçməyin
Fahriye Evcen geyimi ilə diqqət çəkib-FOTO
Dəbli geyimlər (3-cü hissə)
ABŞ Dövlət Departamenti Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayır
Mayalı xəmirdən burma rulet (foto resept)
- ŞƏRHLƏR