Həyatda görülən işlərin mənalı və daha faydalı olması üçün görülmüş müəyyən işə qiymət verərkən onun qüsurlarını görüb lazımi qaydaya salmaq həmişə yararlı olur. Ancaq bunu ifadə edərkən elə etmək lazımdır ki, bu, ətrafındakıları incitməsin. Onlara zərər verməsin. Bunun üçün ifadərin həmişə müsbət niyyətli olması vacibdir. Çünki düzgün tənqid səhvləri düzəltməyə yönəlmiş olur. Cəmiyyətdə, ailədə mənfi tənqidə meyl edənlər hər işdə bir çatışmazlıq axtarır. Halbuki, hər işdə zərrə qədər də olsa xeyir tapa bilərik. Mənfi tənqidə meyl edən insanlar üçün tənqid bir vərdişə çevrilib. Zərərli tənqid edən insanlar şəxsi mənafelərini güdürlər. Və bu tənqidlər hissi xarakter daşıyır.
Qısqanclıq və paxıllıq hissi də tənqidə yol açır. Amma bu tənqid çərçivəsindən təhqir müstəvisinə keçir ki, bu da heç kim tərəfindən bəyənilmir və xoş deyil.
Bu cür edilmiş tənqid həm tənqid edən, həm də tənqid olunana zərər vurur, nüfuzdan salır. Ən doğrusu hər bir məsələyə tənqidi yanaşmazdan əvvəl şəxsi münasibətlər rəqabət nəfsini nəzərə almamaq, hər bir fikirdə real və səmimi olmaq lazımdır. Belə münasibətlə yanaşsaq, zərərli tənqidin qarşısını ala bilərik və əminəm ki düzgün tənqiddən heç kim inciməz.
Zərərli tənqidin ictimaiyyətə və cəmiyyətimizin inkişafına çox mənfi təsirləri var. Hətta xəstəliyə çevrilə bilir. Qarşılıqlı diskussiya və düzgün formada aparılan müzakirə cəmiyyətin inkişafına yol açır, təkan verir. Bəzən tənqid edənlərin fikrinə qulaq asanda mənə elə gəlir ki, xüsusi insanlar var ki onlar qəsdən tənqid edərkən qarşısında duran tərəfin əzab çəkməsindən zövq alır. Bu isə heç xoşagələn hal deyil. Bu tənqid mütləq bir tərəfə xeyir gətirsə də digər tərəfə zərər verir.
Mənfi tənqiddə empatiya çatışmazlığı olur. Tənqid edərkən qarşıdakının əhvalı və halı nəzərə alınmır ki, bu da heç etik hesab olunmur. Lazımınca empatiya qura bilən insanlar ümumiyyətlə mənfi tənqid etmirlər.
Mən kimi tənqid edərdim?
1. Allahını yalniz çətin gündə xatırlayanları;
2. Bir an belə haqq yolundan dönənləri;
3. Həyatda düzgün yolda olmayanları;
4. Tənbəl insanları;
5. İşində səhlənkar olanları;
6. İşinə laqeyd münasibəti olanları;
7. Millətini, vətənini sevməyənləri;
8. Dostluğa sadiq olmayanları;
9. Ailəsinə, ata-anasına qiymət qoymayanları və s.
Tənqidi necə edərdim?
1. Niyyətim məlum olsun, yaxşılığa doğru yönəlsin;
2. Həmsöhbətimin mənə qarşı çıxmamasına çalışardım;
3. Tənqidi qışqıraraq və sərt deyil, sakit, yumşaq formada edərdim;
4. Tənqidin nəticə verməsi üçün fikrimi əsaslandırardım;
5. Qarşımdakı insanı utandıracaq bir hərəkət və ifadə işlətməzdim;
6. Yersiz tənqid etməzdim ki, sözüm qiymətdən düşməsin;
7. Tənqidimin münaqişə yaratmasına imkan verməzdim;
8. Tənqidi dedi-qoruya çevirməzdim...
Həyata baxış aşağıda qeyd olunan kimi olsa nə qəlb qırılmaz, nə də mənfi davranış olmaz.
Gözəl görən gözəl düşünər, gözəl düşünən bu dünyadan və həyatdan zövq alar....
Əzizlərim, bəs siz xoşunuza gəlməyən bir məsələni necə tənqid edirsiniz?
XƏBƏR LENTİ
Leyla Əliyevaya “Knyaginya Olqa” ordeni verildi
Maldiv adalarında turistlər üçün yeni QAYDALAR
"Ağıllı kuklam mənim"
Dünya futbolunun nəbzi bu gün vuracaq 9:16, 6 dekabr 2013
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
"Facebook"da çoxdan gözlənilən YENİLİK
"Qadınlar günü"nün hava proqnozu
Azərbaycanda "Bilik evləri" yaradılacaq
Gələcəyin vanna otaqları
Özünüqaraltma yolları
Günün ulduz falı - 02.03.2014
Adriana və Metin AYRILMADIqlarını sübut etdilər-FOTO
Ronaldu öz şərəfinə əyləncəli gecə təşkil etdi - FOTOLAR
Cəbhə bölgəsində yaşayanların nəzərinə!
Günün qoroskopu:Qətiyyətli olun!
Dünyanın ən gözəl klub prezidenti - FOTO
Bakıda 90 minə mobil nömrə
Gəlin saçı modelləri
Merilin Monronun heykəlini oğurladılar
Marsda itmiş kosmik cihaz
Ev heyvanları dünən və bu gün
Sabahın HAVAsı
Xaosun harmoniyası və ya heç nə(2)
Azərbaycan idmançıları erməni rəqiblərini yerə çırpdılar
Frigidlik və ya cinsi soyuqluq
Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI
Koronavirusun müalicəsində yepyeni metoddan istifadə ediləcək
Kremli ad günü tortu(foto resept)
Depressiyaya qalib gəlmək üçün bunları yeyin!
Ailə anlayışının tarixi və funksiyaları
Demet Özdemir Can Yamanı müdafiə etdi
Leyla Əliyeva nüfuzlu ali məktəbin yubileyində
Azərbaycanda bəzi sərnişin qatarlarının hərəkəti dayandırılır
Üzün üzü varsa...
Keyt Middlton BAFTA mərasimində-FOTO
Meqan Markl haqqında yeni FAKTLAR üzə çıxdı
Bir həftəyə 10 kq arıqladım
Latviyanın sabiq dövlət başçısı Madrid Klubunun prezidenti seçildi
Küçə rəssamı Dran
5 manata satılan yaşıl yumurta -FOTO
Məşhur futbolçu rekordlar kitabına düşdü
Siqareti tərgitmək istəyənlərə
İnsanı eybəcər şəkilə salan xəstəlik
Ən tez qocalan orqanlar
Hamiləlikdə ishal
Gözəllik salonunda 35 nəfər koronavirusa yoluxdu
Günün ulduz falı - 22.09.2013
Azərbaycanda daha 67 nəfərin koronavirusa yoluxdu- RƏSMİ
Bu günün hava proqnozu
Saçların qabarmasının qarşısını necə almaq olar?
- ŞƏRHLƏR