Paltarı ütüsüz geyinəni utandırmaq asan, sözü ütülü danışana üstün gəlmək çətindir.
Gözün gözəllikdən doymaması qəbahət deyil.
Kitab xəstəyə şəfa, yolçuya yoldaş, intizarlıya təsəllidir. Kitabsız ağıl qanadsız quşdur. Kitab evin birinci bəzəyi, ev yiyəsinin mədəniyyəti – mədənilik əlamətidir. Kitab bilik dünyasına və xəyal aləminə körpüdür.
Elmdən qaçmayın, onun ilk baxışda “məntiqsiz və yovuşmaz “ olduğunu görüb çəkinməyin. Elmə yaxın olun.
Savad sənin həyatında aydınlıq və haqqı deməyə imkan verən amalındır.
Maraq insanın iş qabiliyyətini artırır. İnsanın uğrunda mübarizə apardığı hər şey onun maraqları ilə bağlıdır. Marağın uşaqlıq illərindən tərbiyə edilməsi çox əhəmiyyətlidir.
Məhəbbət gənclik dövründən közərməyə başlayan bir işıqdır. Məhəbbət şöləsi ömrün sonunadək yetir. Bəli, bu işıq sevənlərin həyat yolunu nurlandırır, əllərindən tutub gələcəyə aparır. Elə bax, bu işığın şöləsində, nurunda xoşbəxt bir nəsil yaranır.
Həyat gözəl məktəbdir. Əgər biz onun ötən günlərindən lazımi dərs almış olsaq, gələcəkdə özümüzü çox təhlükələrdən xilas edib, daha böyük xeyirli işlər görə bilərik.
Həyatı dərk etmək hər şeyi inkar etmək deyildir. Əfsus ki, bəzi gənclərimiz hər şeyə qara eynəkdən baxmağa başlayıblar. Özləri də bunu bir igidlik, mübarizlik hesab edirlər. Onlar az bilib çox danışmağı sevirlər.
İnsan özünə, öz gücünə, qəlbinin qüdrətinə arxalanıb dağı-dağ üstünə qoya bilər. O zaman qaznılan qələbənin də ləzzəti çox böyük olar.
Utanmaq hörmət və ehtiram əlamətidir. Əgər bir cavan böyüklərdən həya edirsə, onu əhatə edən ictimaiyyətdən utanıb namünasib bir hərəkətdən geri çəkilirsə, bunu köhnəlik qalığı kimi deyil, nəcib əxlaqi keyfiyyət kimi qiymətləndirmək lazımdır.
Insanlar çox vaxt şikayət edirlər ki, həyatda xoşbəxt günlər az, ağır günlər isə çox olur. Lakin bu heç də belə deyil. Əgər insanlar hər gün üçün olan yaxşılığı açıq ürəklə qarşılasalar, o zaman onun başına heç bir bəla gəlməz və gələn bəlaları da yoluna qoya bilərlər. Bəli, insan qüdrətsiz olduqda, gələn bəlalar qarşısında acizlik etdikdə, özünü itirdikdə bu hal onu üstələyər.
Yaltaq, nankor, savadsız, paxıl adam zalımın, imkanlının itini tərifləyər, insana olan məhəbbətini unudar, insanlığını itirər.
Ey ailə sahibləri, bilin ki, hər kəs səpib becərdiyini yeyər. Həyatda ehtiyatlı olun və lənət toxumlarını səpməyin, çunki onlar sizin övladlarınıza bəla, sizə isə töhmət gətirər.
XƏBƏR LENTİ
Çox dil bilən məşhurlar-FOTO
Yemək masalarının tərtibi
Çində matəm elan edildi
Sualtı şəlalə
ABŞ prezidentlərinin faciəvi taleləri
Ermənistan məhsullarını alardınızmı?
Şimşək çaxacaq, yağış yağacaq
Doğrudur ki, zibili evdə saxlamaq ruzini azaldar?
Güclü və sağlam dırnaqlara necə sahib olmalı?
Ölkə xaricindən internetlə təhqir edənlər necə cəzalandırılacaqlar?
İnternet istifadəçilərinə qəribə qadağa
Şokoladlı türk qəhvəsi (foto-resept)
Deputatdan təklif: “Ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılsın”
Pendirli, göbələkli ravioli(foto resept)
Avtobus sizi "tutur"?
Yuxusuzluğun sağlamlığa mənfi təsirləri
Ornella Muti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Praqa tortu (foto resept)
Qarpızın faydaları
Sərhəddə yenilik
Xocalıdan reportaj, 1991-ci il
Yadplanetlinin əslində insan olduğu məlum oldu-FOTO
Şəhzadə Diananın heç vaxt görmədiyiniz 28 şəkli
2 min il əvvəl yaşamış insanda bu xəstəlik tapıldı - Alimlər ŞOKDA
İraq İŞİD-ə qarşı ilkə imza atdı
Əsl yunan salatı(foto resept)
Ombudsman aparatı Ramil Usubova müraciət edəcək
Göygölün 5 küçəsi qoruğa çevrilir
Göydən ölü qaz yağdı - FOTO
Ətli pendirli börək (foto-resept)
Günün ulduz falı
Azərbaycanda alimlərə qızıl medallar hansı formada veriləcək?
“WhatsApp”dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq
Fransanın birinci xanımı nəvələrini necə tərbiyə edir?
Xəyallarınızdakı insanı tapmağın 3 yolu
Hansı yağ hansı dəri tipinə faydalıdır?
İki həftəlik sərt karantin rejimi avqusta kimi uzadılır? - AÇIQLAMA
Mərkəzi Bankdan dollar açıqlaması: ""Brexit"lə əlaqəsi yoxdur"
Çəkinizi artıq göstərən geyimlər
5 yaşlı uşaq dağıntılar altından xilas oldu-12 SAAT SONRA
Hamilə qadınlar necə idman etməli?
Azərbaycana qar yağacaq
Ariel Şaron yanvarın 13-də dəfn ediləcək
Hindistan ilk dəfə Aya kosmik gəmi göndərdi, o isə...
Sadə aksessuarlar
Start
Braziliya çempionatı qəbul etməyə hazır deyil
Bu kişilərə qoz –fındıq yemək olmaz!
Dünyanın qəribə peşələri
Günün qoroskopu: mövqelərinizdən geri çəkilməyin
- ŞƏRHLƏR