Qadin.NET / Düşüncələr dilə gəldi

Düşüncələr dilə gəldi

Düşüncələr dilə gəldi

Paltarı ütüsüz geyinəni utandırmaq asan, sözü ütülü danışana üstün gəlmək çətindir.

Gözün gözəllikdən doymaması qəbahət deyil.

Kitab xəstəyə şəfa, yolçuya yoldaş, intizarlıya təsəllidir. Kitabsız ağıl qanadsız quşdur. Kitab evin birinci bəzəyi, ev yiyəsinin mədəniyyəti – mədənilik əlamətidir. Kitab bilik dünyasına və xəyal aləminə körpüdür.

Elmdən qaçmayın, onun ilk baxışda  “məntiqsiz və yovuşmaz “ olduğunu görüb çəkinməyin. Elmə yaxın olun.

Savad sənin həyatında aydınlıq və haqqı deməyə imkan verən amalındır.

Düşüncələr dilə gəldi

Maraq insanın iş qabiliyyətini artırır. İnsanın uğrunda mübarizə apardığı hər şey onun maraqları ilə bağlıdır. Marağın uşaqlıq illərindən tərbiyə edilməsi çox əhəmiyyətlidir.

Məhəbbət gənclik dövründən közərməyə başlayan bir işıqdır. Məhəbbət şöləsi ömrün sonunadək yetir. Bəli, bu işıq sevənlərin həyat yolunu nurlandırır, əllərindən tutub gələcəyə aparır. Elə bax, bu işığın şöləsində, nurunda xoşbəxt bir nəsil yaranır.

Həyat gözəl məktəbdir. Əgər biz onun ötən günlərindən lazımi dərs almış olsaq, gələcəkdə özümüzü çox təhlükələrdən xilas edib, daha böyük xeyirli işlər görə bilərik.

Həyatı dərk etmək hər şeyi inkar etmək deyildir. Əfsus ki, bəzi gənclərimiz hər şeyə qara eynəkdən baxmağa başlayıblar. Özləri də bunu bir igidlik, mübarizlik hesab edirlər. Onlar az bilib çox danışmağı sevirlər.

Düşüncələr dilə gəldi

İnsan özünə, öz gücünə, qəlbinin qüdrətinə arxalanıb dağı-dağ üstünə qoya bilər. O zaman qaznılan qələbənin də ləzzəti çox böyük olar.

Utanmaq hörmət və ehtiram əlamətidir. Əgər bir cavan böyüklərdən həya edirsə, onu əhatə edən ictimaiyyətdən utanıb namünasib bir hərəkətdən geri çəkilirsə, bunu köhnəlik qalığı kimi deyil, nəcib əxlaqi keyfiyyət kimi qiymətləndirmək lazımdır.

Insanlar çox vaxt şikayət edirlər ki, həyatda xoşbəxt günlər az, ağır günlər isə çox olur. Lakin bu heç də belə deyil. Əgər insanlar hər gün üçün olan yaxşılığı açıq ürəklə qarşılasalar, o zaman onun başına heç bir bəla gəlməz və gələn bəlaları da yoluna qoya bilərlər. Bəli, insan qüdrətsiz  olduqda, gələn bəlalar qarşısında acizlik etdikdə, özünü  itirdikdə bu hal onu üstələyər.

Yaltaq, nankor, savadsız, paxıl adam zalımın, imkanlının itini tərifləyər, insana olan məhəbbətini unudar, insanlığını itirər.

Ey ailə sahibləri, bilin ki, hər kəs səpib becərdiyini yeyər. Həyatda ehtiyatlı olun və lənət toxumlarını səpməyin, çunki onlar sizin övladlarınıza bəla, sizə isə töhmət gətirər.

16 fevral 2015
GO BACK