Müəyyən günlərdə qonaqlarımızı qəbul etmək çox köhnə adət-ənənələrimizdəndir.Yaşadığım ölkədə qonaq qəbul etməyin başqa bir ənənəsinə rast gəldim.Bu "Qonaqlıq" xanımlar arasında "Gün toplantısı" adlanır.
Əvvəllər "Gün toplantısı" deyilən şeylər yoxmuş.Əvvəllər dediyimdə söhbət 1950-ci illərdən gedir.Çatqapı gələn qonaqlara məhəllə sobalarında bişirilmiş börəklər,çörəklər,peçenyelər ikram edirmişlər.Tez-tez nimçələr qarışır, peçenye gözləyərkən börəklə qarşılaşırdılar. Evə nə vaxt gələcəyi müəyyən olmayan qonaqlara isə belə böyük hazırlıqlar etmək çətin idi. Ona görə hər evdə peçenye, yanına da Türk qəhvəsi ya da ev istehsalı vişnə, zoğal şirələri ikram olunardı.
Onların uşaqları isə işi dəyişdirdilər... Zəngin süfrələr 60-cı illərdə ortaya çıxdı. Bu dövrdə xanımlar bir yerə toplanaraq ‘‘gün'' keçirməyə başladılar.
O zaman bir az daha fərqli idi hər şey. Hər ayın müəyyən günləri bəzilərinə aid idi. Məsələn ayın 14-ündə Aylin Xanımın günü, 18ində isə Aişə Xanımın günü olduğunu hər kəs bilərdi. O gün ev sahibi kimin gələcəyini bilməsə də oturar hazırlanardı. Qonşular, uzaqdakı yoldaşlar, qohumlar o gün ev sahibinin evində hazırlanıb qonaq gözlədiyini bilərdi. Bu bir az riskli idi, çünki bəzən heç kim gəlməz, bəzən də ev izdihamdan keçilməzdi. Bu günlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də edilən tortlar, börekler, süfrənin zənginliyi idi. İlk zamanlarda növ çox idi. Hər kəs hünərini göstərmək isbat etmək istər kimi çox çeşidli bişintilər edərək zəngin süfrələr hazırlayardı. Amma gələnlərin sayı müəyyən olmadığından yeməklər ya çox gəlir ya da çatmırdı.
Pullu gün dövrü
70-ci illərdə, kimin nə vaxt gələcəyi müəyyən olmadan edilən bu günlər bəyənilmədi. Öz rəfiqələrindən ibarət olan qruplarla hər ay birinin evində toplanmağa başladılar. Köhnə günlərə görə ən əhəmiyyətli dəyişiklik qənaət olsun deyə pul toplamağa qərar verilməsiylə oldu. Beləcə ‘‘pullu günlər'' dövrü başladı.
Püşk atılaraq kimin evində toplanacağı təyin olunur, sonra ev sahibi xaric hər kəsdən müəyyən bir miqdar toplanır, ev sahibinə verilirdi.
Hər kəsə ildə bir gün qonaq qəbul etmə və pul götürmə sırası gəlirdi. Qrupun sayı əhəmiyyətli idi: Hər ay bir adam evində qəbul edəcəyi üçün, qrupun ən çox 12 adamdan ibarət olması lazım idi. Bəzi qruplar yayda tətilə getdiklərindən günlərə ara verirdilər. Qrupun ən ideal adam sayı 11 idi. Çünki beləcə toplanan pul ev sahibini çıxardığı xərcə uyğun gəlirdi.
Hə,əziz Qadin.net xanımları "Gün toplantısı" türk xanımlarında elə indi də davam etməkdədir.Mən bura gələndə bu toplantını ilk dəfə qaynanamın rəfiqələri ilə keçirdiyi "Gün"lərdə gördüm.Əslində çox da bəyəndim belə bir ənənəni.Deməli,onların qrupu 12 nəfərdən ibarətdir,kimisi uşaqlıq rəfiqəsi,kimisi orta məktəbdən sinif yoldaşı,kimisi də köhnə qonşusu və s.Bu xanımlar artıq illərdir bu toplantıda iştirak edir,sevinclərini,problemlərini,uğurlarını,övladlarının böyüməsini bölüşür,amma hər biri ayda sadəcə bir dəfə.İkramlardan daha nə deyim,hərə öz məharətini göstərirdi.
Xanımlar,sizlərə müraciət edirəm,belə bir "Gün toplantıları" Qadin.net xanımları arasında da keçirilsə (pulsuzundan təbii ki ) necə olar?
XƏBƏR LENTİ
Yaralı barmağa "dolama"
Gəlinlik saç düzümləri
Analar gününüz mübarək!
Susması üçün Meqan Markla pul təklif edilib?-SƏBƏB
Körpələr niyə asqırır?
Ən səxavətli ölkələrin siyahısı
Ölkəmizdə yay vaxtı ləğv ediləcək
2011-in yay geyimləri
Yay ayaqqabıları
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Məşhur geyim markası bağlanır-SƏBƏB/FOTO
Xəzər dənizində zəlzələ olub
Məktəblərə XƏBƏRDARLIQ
Şimali Koreyada daha bir qadağa
Qələmlə sənət əsəri yaratmaq
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
3 gün iş olmayacaq
Minlərlə yeni iş yeri açılacaq
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Ahmet Kural evlənir - FOTO
Kişilərin qaçdığı 5 qadın tipi
Mehriban Əliyevadan müraciət
Muradla Aslının arasına o girib?
Ailə ixtilafları (I hissə)
İtaliyada 2 manata ev satılır-FOTO
Gökçe Bahadır 3,5 milyon qazanacaq
Azərbaycanda 5 gün iş olmayacaq
Uşaqların sosial-psixoloji inkişafı-7
Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı
Gəncliyin sirri
Qurban bayramının vaxtı bəlli oldu
Gündəlik və ziyafətlər üçün geyim kombinasiyaları
Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)
Təbabətdə inqilab kimi yenilik
Bu sezon makiyajda minimalizm dəbi
Qeyri-adi moda
Yeni xüsusi informasiya bazası yaradılır
Beş istedadlı rəssamların rəsmləri
Bu müəllimlər də imtahana çəkiləcək
Erməni boksçunu məğlub edən idmançımız çempion oldu
Bu gün Qarabağ görüşləri başlayır
Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?
Maradonanın formasını satdı və...
Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Ana bətnində bunu da etdilər
Döyüş oyunlarında Cenevrə Konvensiyası
İspaniya "Facebook"u cərimələdi
Peruda 7.5 bal gücündə zəlzələ oldu
Sabahın HAVAsı
- ŞƏRHLƏR