Bu gün, o qədər də uzun olmayan həyat təcrübəmin mənə qazandırdığı bir şey barədə yazmaq istəyirəm. Bu yazını yazmaqda məqsədim, məni oxuyan insanları da eyni səhvləri etməkdən qorumaqdır, bəlkə də.
İnsan müəyyən bir məsələdə haqqlı olur, təmiz olur, heç bir səhvi və gizlisi olmur. Amma bir gün hansısa bir məxluq yuxudan durur və sizə SİZ olduğunuza görə nifrət edir, paxıllıq etməyə başlayır, uğurlarınızdan qorxur. Yəni özü sizin qədər ola bilmədiyi üçün ən asan yolu – şər atmağı, başqalarına yaltaqlıq etməklə sizin ayağınızın altını qazmağı, ikiüzlülük, riyakarlıq etməyi, bir sözlə həyatdakı məqsədini alçaqlıq olaraq seçir. Nəticədə, siz düşürsünüz pis vəziyyətə. Haqlı olduğunuz halda, sorğulanmağa, müdir və ya ailə üzvünüz tərəfindən şübhə obyektinə çevrilməyə, şərə, böhtana məruz qalmağa məcbur olursunuz. Bu hadisə iddialı və təmiz olan hər bir insanın başına gəlir. Odur ki, əgər gəlməyibsə başınıza, onda hazır olun. Belələri hər yerdə var.
İndi keçirəm əsas məsələyə: Heç vaxt özünüzü kiməsə sübut etməyə çalışmayın! Bəlkə də, Amerika və ya Avropada bu başqa cürdür, yəni həqiqət qalib gəlir, insanlar məsələyə tərəfsiz yanaşır, haqqın tərəfində durur və nəticədə iki tərəf də ortaq məxrəcə gəlib, həyatlarına davam edirlər. (Bəlkə!) Amma bizdə bu belə deyil. Həyat təcrübəmin məni əminləşdirdiyi bir şey var ki, sizin doğruluğunuzdan asılı olayaraq, hər kəs inanmaq istədiyinə inanacaq. Yəni öz xisləti necədirsə, o xislətdə olan insana da inanmağa üstünlük verəcək, hətta birləşib sizi yıxmaq, qaralamaq planları da quracaqlar. Hətta bir müddət özünüzdən də şübhələndirə bilərlər sizi. O qədər təmiz ola bilərsiniz ki, onların böhtanlarına özünüz də inana bilərsiniz. Bəlkə də axmaqlıqdandır, təmizlikdən deyil.
Xülasə, əgər sizə oturduğunuz yerdə şər atırlarsa, paxıllıq edirlərsə, demək ki, qabınız dolur və ya dolmaqdadır. Əgər sizə böhtan atırlarsa, dəridən-qabıqdan çıxmayın doğruluğunuzu sübut etmək üçün. Sizə inanan adekvat və hadisələri düzgün qiymətləndirən insanlar yanınızda olacaqlar. Olan hadisəni olduğu kimi danışın və gözləyin. Heç kimə özünüzü subut etməyə, ağlamağa, özünüzdən çıxmağa ehtiyac yoxdur. Çünki nəticədə, hər kəs inanmaq istədiyi şeyə də inanacaq. Çalışın yaxşı insanlarla əhatələyin özünüzü, qoruyun özünüzü.
Ülviyyə...
XƏBƏR LENTİ
Portağal maskası ilə gözəlləşin
Tibb elmi ŞOKDA: Bu qardaşlar gecələr ölür, səhərlər dirilirlər
Sözün tərkibi və söz yaradıcılığı - 1
Peyvəndlər mutasiya edən virus üzərində EFFEKTİV OLACAQMI? - Alim VACİB DETALLARI AÇIQLADI
Xına gecəsi üçün açıq saç modelləri
Hər kəs bu hadisədən danışır-FOTO
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
Çağla Şikel uşaqlıq FOTOsunu paylaşdı
Ayran şorbası
Demi Mur gözəlliyinin sirrini AÇIQLADI
Serdar Ortaç qumarda bütün sərvətini uduzdu
İlin ən bahalı aktrisası oldu-FOTO
Kiyevdə qırğındır: ölənlərin sayı 27-yə çatıb
Dərimizi baha soyan ucuz brendlər: ya pul ver, ya da əl vurma
Bu necə razılıqdır?
Qeyri-adi ayaqqabılar
Neft ucuzlaşır
Hamilə xanımlar üçün ziyafət geyimləri
Yahoo! virus yayır
Erməni əsgər: “Mühasirəyə düşəndə komandirimiz orada yox idi”
Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Yer təkinin titrəməsinin nüvə partlayışı ilə əlaqəsi var?
Saç hörməyi öyrənək
"Cücələrin bayramı'' salatı (foto resept)
Vahid tarif sistemi tətbiq olunacaq
Selena Gomez Çimərlikdə-FOTO
Cinsi həyatın düşmənləri
Məşhur rəsmlər haqqında bilinməyən faktlar
Sürücülərə tövsiyyə
Pelin Karahan paylaşdığı şəkillərlə diqqət çəkdi
Boyunbağılar
Güllü-naxışlı geyim və aksessuarlar
Tost çörəyi şirniyyatı (foto resept)
Mobil telefon istifadəçilərinə xoş xəbər!
Demet Akalın qızı haqqında danışdı-FOTO
Ombaları möhkəmləndirmənin yolları
I Avropa Oyunları Azərbaycanı dünyanın idman arenasına çevirəcək
Çağatay mükafat aldı-FOTO
Ermənistan ordusu mövqelərimizi minaatanlardan atəşə tutdu
Gözəllik üçün bakteriyalardan yardım alın
Gavurdağı salatı (foto-resept)
Qarabağda tank savaşı
Pluton planeti haqqında bilmədiklərimiz
Mingəçevir sakinlərinə şad xəbər
Həftənin ulduz falı
"Xoşbəxtlik" salatı (foto resept)
9 aylıq hamilə rekord qırdı (FOTO)
Hamiləlikdən qoruyan BİLƏRZİK
Əyləncəli ev heyvanları
Kim Çen In səlahiyyətlərinin yarısını bacısına verdi
- ŞƏRHLƏR