Hər birimizin yaxşı insan necə olmalıdır sualına cavabı fərqlidir. Bu daha çox öz xasiyyətimizə əsasən müəyyən olunur. Həmin şəxsin hansı xüsusiyyətlərə sahib olduğunu da müəyyən qədər götür qoy edib "sistemləşdiririk". Lakin heç də düşündüyümüz kimi yaxşı insan hesab etdiyimiz şəxs hər kəs üçün yaxşı biri deyildir. Ona görə də bu haqda daha dolğun və hərzamankı kimi fərqli fikirləri ilə suallarımıza cavab verən Ülviyyə xanıma müraciət etdim. Yaxşı insan kimdir?- sualına onunla birlikdə cavab tapmağa çalışaq.
"İlk öncə yaxşı insan anlayışını özünüz üçün müəyyən edin. Kimdir yaxşı insan? Yaxşı insan dedikdə niyə adətən ağlımıza saf, tez inanan, hər şeyi çəhrayı eynəklərlə görən insanlar gəlir? İnsan bəyəm axmaq və saf olmalıdır? Yaxşı tutalım bir insan saf olursa, bu onun dostları, ətrafı üçün yaxşı ola bilər, mən razı. Bəs yaxşı əgər tutalım bu insan müdirdirsə, baş həkimdirsə, nəsə səlahiyyət sahibidirsə, onda necə?! Yaxşı insana yapışdırdığınız xüsusiyyətləri – saflığı, tez inananlığı bura da yapışdırsanız eyni nəticə çıxacaqmı? Bir düşünün.
Xəyallarınızdakı saf və təmiz yaxşı insan həm də yaxşı müdir ola bilərmi? Onu hər kəs aldatsın, saf kimi hər kəsə inansın, ətrafına çaqqal-çuqqal yığışıb onu idarə etsin.. Necədir? İndi də sizin çörək yerinizi batışa aparan bu saf və təmiz insana yaxşı deyə bilərsiniz? Necə də eqoistsiniz! Yaxşıdır da, ay camaat, ətrafı pisdir sadəcə. Nolsun ki, ətrafındakılara yedirdir, çaqqal-çuqqala bəxşişlər verir, saysız-hesabsız qoyun-quzunu atır onların qabağına.. Necə də ürəyitəmiz, saf adamdır! Necə də inanır bu çaqqallara…
Xəyallarınızı puç etmək məcburiyyətindəyəm. Yaxşı insan axmaq və saf deyil. Yaxşı insan qəlbitəmiz olmaqla bərabər, həm də məsuliyyətli, öhdəliyində olan insanların məsuliyyətini daşıyan və onlara görə cavab verməyi bacaran, düşünməyi, qərar verməyi, ədalətli olmağı bacaran, insanların dərdinə yanan, hər kəsə bərabər yanaşan biridir. Elə şey olmur ki, sən yaxşı olasan, ətrafın pis. Sən yaxşısansa, ələk kimi ətrafında da yaxşılar qalacaq. Arada bir çürük çıxacaq, amma çaqqallar ətrafında sırayla düzülübsə, sən də yaxşı deyilsən. Get çaqqallığını et, vallah yaxşı deyilsən. Yaxşı olmaq rolunda da yaxşı deyilsən."
Ülviyyə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Rusiyanın hərbi gəmiləri Bakıda - FOTO/VİDEO
Bakıda Novruz yarmarkaları
Qan yaddaşımız
Gülməli şəkillər
Azərbaycanda daha 79 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Dadlı toyuq qızartması (foto resept)
“Təbii artım Avropa ölkələri arasında ən yüksək göstəricidir”
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Həyəcan başladı
Övlad qatili
Meşədə balina tapıldı - QƏRİBƏ HADİSƏ
Niderland Türkiyədən üzr istədi
Maraqlı tarixi şəkillər
Əlillələrə iş imkanı
Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”
Sellüliti aradan qaldıran pəhriz.
Məşhur aktrisa 36 il sonra BOŞANIR-SƏBƏB
Azərbaycanda tibbi spirt və maskaların satışına nəzarət gücləndirildi
Bürclər və daşlar
Gəlin toy günü həyəcandan öldü
O şəhərdə göz-gözü görmür
Bu, son 500 ildə 3 dəfə olub
Fikrət Qoca infarkt keçirdi
Koronavirusla bağlı seroloji testlərin keçirilməsi barədə AÇIQLAMA
Məşhur aktyor ata oldu-FOTO
Güləşçimiz FİLA-nın reytinq siyahısında ilk onluqda
O an...
Oruc tutanlar imsaqda çay içməsinlər
Günün qoroskopu: Mübahisə etməyin!
Duzu koronavirusa dərmandır deyib, gölü bu hala saldılar - VİDEO
Bu gün Bakıda 40 dərəcə isti olacaq
İştahı kəsən qidalar
Məktəbli forması alarkən diqqətli olun: "Pis qoxu, rəngi çıxır"
Dəniz duzunun faydası
Aktyor xanımına 600 minlik hədiyyə aldı-FOTO
Sağlam kökəlməyin yolları
Sürətli kökəlmə proqramı-1
Yer kürəsinə nəhəng asteroid yaxınlaşır
Otellərdə rastlanan qəribə hallar
Qar yağacaq - Sabahın HAVAsı
Ceyhun Bayramov Qarabağ danışıqları ilə bağlı Moskvaya gedir - RƏSMİ
Azərbaycanda zəlzələ oldu
Dünyanın ən böyük fənər sərgisi
DÇ-2014: hansı oyun, hansı kanalda?
Müğənniyə olan sevgisi onu bu hala saldı - FOTO
Tələbələr ordumuza dəstək mitinqi keçirdi
Balaca qızlar üçün yaz geyimləri
Bahalı əməliyyatları bahalı edən nədir?
Mənzil alan və ya satan insan həyatının bir neçə ilini itirir
Azra Akın ana oldu-FOTO
- ŞƏRHLƏR