Hər birimizin yaxşı insan necə olmalıdır sualına cavabı fərqlidir. Bu daha çox öz xasiyyətimizə əsasən müəyyən olunur. Həmin şəxsin hansı xüsusiyyətlərə sahib olduğunu da müəyyən qədər götür qoy edib "sistemləşdiririk". Lakin heç də düşündüyümüz kimi yaxşı insan hesab etdiyimiz şəxs hər kəs üçün yaxşı biri deyildir. Ona görə də bu haqda daha dolğun və hərzamankı kimi fərqli fikirləri ilə suallarımıza cavab verən Ülviyyə xanıma müraciət etdim. Yaxşı insan kimdir?- sualına onunla birlikdə cavab tapmağa çalışaq.
"İlk öncə yaxşı insan anlayışını özünüz üçün müəyyən edin. Kimdir yaxşı insan? Yaxşı insan dedikdə niyə adətən ağlımıza saf, tez inanan, hər şeyi çəhrayı eynəklərlə görən insanlar gəlir? İnsan bəyəm axmaq və saf olmalıdır? Yaxşı tutalım bir insan saf olursa, bu onun dostları, ətrafı üçün yaxşı ola bilər, mən razı. Bəs yaxşı əgər tutalım bu insan müdirdirsə, baş həkimdirsə, nəsə səlahiyyət sahibidirsə, onda necə?! Yaxşı insana yapışdırdığınız xüsusiyyətləri – saflığı, tez inananlığı bura da yapışdırsanız eyni nəticə çıxacaqmı? Bir düşünün.
Xəyallarınızdakı saf və təmiz yaxşı insan həm də yaxşı müdir ola bilərmi? Onu hər kəs aldatsın, saf kimi hər kəsə inansın, ətrafına çaqqal-çuqqal yığışıb onu idarə etsin.. Necədir? İndi də sizin çörək yerinizi batışa aparan bu saf və təmiz insana yaxşı deyə bilərsiniz? Necə də eqoistsiniz! Yaxşıdır da, ay camaat, ətrafı pisdir sadəcə. Nolsun ki, ətrafındakılara yedirdir, çaqqal-çuqqala bəxşişlər verir, saysız-hesabsız qoyun-quzunu atır onların qabağına.. Necə də ürəyitəmiz, saf adamdır! Necə də inanır bu çaqqallara…
Xəyallarınızı puç etmək məcburiyyətindəyəm. Yaxşı insan axmaq və saf deyil. Yaxşı insan qəlbitəmiz olmaqla bərabər, həm də məsuliyyətli, öhdəliyində olan insanların məsuliyyətini daşıyan və onlara görə cavab verməyi bacaran, düşünməyi, qərar verməyi, ədalətli olmağı bacaran, insanların dərdinə yanan, hər kəsə bərabər yanaşan biridir. Elə şey olmur ki, sən yaxşı olasan, ətrafın pis. Sən yaxşısansa, ələk kimi ətrafında da yaxşılar qalacaq. Arada bir çürük çıxacaq, amma çaqqallar ətrafında sırayla düzülübsə, sən də yaxşı deyilsən. Get çaqqallığını et, vallah yaxşı deyilsən. Yaxşı olmaq rolunda da yaxşı deyilsən."
Ülviyyə
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
54 yaşlı aktrisa ana oldu-FOTO
Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır
Azərbaycanda işəgötürənlərə HAVA XƏBƏRDARLIДћI
3 ay əvvəl gizlicə boşanıblar-FOTO
Tikrit uğrunda döyüşlər: İŞİD geri çəkilir
Canlı yayım boşanmaya səbəb oldu-VİDEO
Səhər yeməyi nəyə görə vacibdir?
Donun biçilib tikilməsi
Windows Phone platforması iOS-u ötəcək
Allergiyaya nə səbəb olur?
Sərt karantin rejiminə əməl etməyənlərin cəzaları: 400 manat və həbs...
Tarixin ən çılğın 10 diktatoru: İnanılmaz qadağalar - FOTO.
“Avroviziya” haqqında qərar verildi - VİDEO
Ebola üçün 1 milyard dollar lazımdır
Masallıda İİV və QİÇS mövzusunda maarifləndirici tədbir keçirilib
Divar rəsmləri
Qurban bayramında nələrə diqqət edilməli?-VİDEO
Farah Zeynəb eşq xəbərlərinə son qoydu
Murad və Aslı toy hazırlığına başladılar-FOTO
Bakı 5-ci oldu!
Pensiyaçıların sayı AÇIQLANDI
Günün qoroskopu:Tələskənliyə yol verməyin
2014-cü ilin ən yaxşı gün eynəkləri
Ölkələrini bəyənməyənlərin sayı açıqlandı
Dəhşətli İSTİLƏR GƏLİR
Neftin qiyməti bahalaşdı
Uşaq ensiklopediyası (17)
Çəhrayı rənglə hansı rəngləri uyğunlaşdırmalı?
Hande Erçel anasının donoru olacaq - FOTO
İspan dili 3-cü dərs
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
Adəti ilə diqqət çəkən şəhər-FOTO
Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişdirilir
Buzlu şüşə diaqnozu qoyulan koronavirus xəstələri nə etməlidirlər? - Həkimdən AÇIQLAMA
Sarı it ili kimlər üçün DÜŞƏRLİ OLACAQ?
1 qramı 2 milyard dollara olan daş
İngilis dili-Nn
Azərbaycanda hava şəraiti dəyişir
Test imtahanı ləğv edilir? - Təhsil Nazirliyi açıqladı
Məşhurın FOTOsu müzakirəyə səbəb oldu
Müdafiə nazirlərinin görüş vaxtı məlum oldu
İtaliya sahillərində 311 miqrant ölüb
Ailədə uşaqların tərbiyəsi
İlk mavi gözlülər harda yaşayıb?
Közlənmiş qarğıdalı və makaron (foto resept)
HAVA necə olacaq?
32 rayonda analoq TV yayımı dayandırılır
"Ancaq yenə də xoşbəxt deyiləm" deyənlərə...
Kraliçanın ailəsi bağlı məlumatlar
Sport ayaqqabılar
- ŞƏRHLƏR