Qadin.NET / Yaxşı insan kimdir?

Yaxşı insan kimdir?

Yaxşı insan kimdir?

Hər birimizin yaxşı insan necə olmalıdır sualına cavabı fərqlidir. Bu daha çox öz xasiyyətimizə əsasən müəyyən olunur. Həmin şəxsin hansı xüsusiyyətlərə sahib olduğunu da müəyyən qədər götür qoy edib "sistemləşdiririk". Lakin heç də düşündüyümüz kimi  yaxşı insan hesab etdiyimiz şəxs  hər kəs üçün yaxşı biri deyildir. Ona görə də bu haqda daha dolğun və hərzamankı kimi fərqli fikirləri ilə suallarımıza cavab verən Ülviyyə xanıma müraciət etdim. Yaxşı insan kimdir?- sualına onunla birlikdə cavab tapmağa çalışaq. 

Yaxşı insan kimdir?

"İlk öncə yaxşı insan anlayışını özünüz üçün müəyyən edin. Kimdir yaxşı insan? Yaxşı insan dedikdə niyə adətən ağlımıza saf, tez inanan, hər şeyi çəhrayı eynəklərlə görən insanlar gəlir? İnsan bəyəm axmaq və saf olmalıdır? Yaxşı tutalım bir insan saf olursa, bu onun dostları, ətrafı üçün yaxşı ola bilər, mən razı. Bəs yaxşı əgər tutalım bu insan müdirdirsə, baş həkimdirsə, nəsə səlahiyyət sahibidirsə, onda necə?! Yaxşı insana yapışdırdığınız xüsusiyyətləri – saflığı, tez inananlığı bura da yapışdırsanız eyni nəticə çıxacaqmı? Bir düşünün.

Yaxşı insan kimdir?

Xəyallarınızdakı saf və təmiz yaxşı insan həm də yaxşı müdir ola bilərmi? Onu hər kəs aldatsın, saf kimi hər kəsə inansın, ətrafına çaqqal-çuqqal yığışıb onu idarə etsin.. Necədir? İndi də sizin çörək yerinizi batışa aparan bu saf və təmiz insana yaxşı deyə bilərsiniz? Necə də eqoistsiniz! Yaxşıdır da, ay camaat, ətrafı pisdir sadəcə. Nolsun ki, ətrafındakılara yedirdir, çaqqal-çuqqala bəxşişlər verir, saysız-hesabsız qoyun-quzunu atır onların qabağına.. Necə də ürəyitəmiz, saf adamdır! Necə də inanır bu çaqqallara… 

Yaxşı insan kimdir?

Xəyallarınızı puç etmək məcburiyyətindəyəm. Yaxşı insan axmaq və saf deyil. Yaxşı insan qəlbitəmiz olmaqla bərabər, həm də məsuliyyətli, öhdəliyində olan insanların məsuliyyətini daşıyan və onlara görə cavab verməyi bacaran, düşünməyi, qərar verməyi, ədalətli olmağı bacaran, insanların dərdinə yanan, hər kəsə bərabər yanaşan biridir. Elə şey olmur ki, sən yaxşı olasan, ətrafın pis. Sən yaxşısansa, ələk kimi ətrafında da yaxşılar qalacaq. Arada bir çürük çıxacaq, amma çaqqallar ətrafında sırayla düzülübsə, sən də yaxşı deyilsən. Get çaqqallığını et, vallah yaxşı deyilsən. Yaxşı olmaq rolunda da yaxşı deyilsən."

Ülviyyə

3 mart 2016
GO BACK