Bakıda hava
USD AZN
EUR AZN
10:57Surayye Evdəyik xanım başqa gedəcək yerimizdə yoxdu 10:03Xəyalə Murad Ailənizə,sevdiklərinizə dəyər verin,Evdə Qalın! 10:03Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41582

Qaymaqlı tort (foto resept)

Tərkibi:
Xəmir üçün:
   Yumurta - 8 ədəd
Şəkər tozu - 360 q.
Un - 320 q.
Qabartma tozu - 2 c. q.
Krem üçün:
 Şəkər kirşanı - 200  q.
 Qaymaq - 600 q.  35 - 40 %
Şirə üçün:
Şəkər tozu - 110 q.
Su - 150 q.
Limon - 1 ədəd
Üzəri üçün: 
Şokolad - 100q
 
Hazırlanması: 
 

İlk öncə  yumurta ilə şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Sonra isə, un və  1 ç. q. qabartma tozu və vanili yavaş - yavaş əlavə edib, qaşıqla qarışdırmaq lazımdır. 

Diametri 26 sm, soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. 

160 dərəcədə isidilmiş sobada 35 - 40 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, öz qabında soyumağa qoyuruq.

Eyni qayda ilə biskvitin 2 -ci - sini də bişiririk. 

Biskivitləri bıçaq vasitəsi ilə, hər birini iki hissəyə bölürük.

Bu ərəfədə  şirə hazirlayiriq:

Su ilə şəkər tozu bir yerdə qaynadılır. Bir az soyanda limon şirəsi əlavə edin.

 

İndı isə keçirik kremin hazırlanmasına. 

Soyuq qaymağı mikserlə yaxşıça çalın, üzərinə şəkər kirşanı əlavə edin. 

Sonra firça ilə biskviti nəmləyirik. 

Kremdən bir qədər götürüb biskvitə çəkin.

Eynı qayda ilə biskvitin 2 -ci və 3-cü  və 4 - cü hissələrini də nəmləyirik,  və krem çəkirik. 

İndi isə, biskvitin kənar hissələrini kremləyirik və kremlənmiş hissəni doğranmış şokolad ilə bəzəyirik.

Budur, qaymaqlı  tortumuz hazırdır!

Nuş olsun!
  (Tərcümə edilib)
Səslərin sayı: 3
3
23773
Şərhlər
Offline
Zəhra
Necə ləzzətli görünür istədim lap biggrin
Təşəkkür edirəm Qəribəm give_ros
10 avqust 2016 17:34
Offline
S U S E N _BACI
qeribem
tort umumiyyetle sevirem amma yayda ox yox
tesekkur ellerne salik girl_ang
10 avqust 2016 15:22
Offline
Emma Svon
Thats so sweet! Xoşum gəldi , bax durub bu dəyqə bişirəcəm
10 avqust 2016 13:53
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!