Qadin.NET / Qaymaqlı tort (foto resept)

Qaymaqlı tort (foto resept)

Tərkibi:
Xəmir üçün:
   Yumurta - 8 ədəd
Şəkər tozu - 360 q.
Un - 320 q.
Qabartma tozu - 2 c. q.
Krem üçün:
 Şəkər kirşanı - 200  q.
 Qaymaq - 600 q.  35 - 40 %
Şirə üçün:
Şəkər tozu - 110 q.
Su - 150 q.
Limon - 1 ədəd
Üzəri üçün: 
Şokolad - 100q
 
Hazırlanması: 
 

İlk öncə  yumurta ilə şəkər tozunu mikserlə yaxşı-yaxşı qarışdırırıq.

Sonra isə, un və  1 ç. q. qabartma tozu və vanili yavaş - yavaş əlavə edib, qaşıqla qarışdırmaq lazımdır. 

Diametri 26 sm, soba qabını yağlayıb unlayırıq, hazır xəmiri qaba tökürük. 

160 dərəcədə isidilmiş sobada 35 - 40 dəqiqə bişməyə qoyuruq.

Biskvitimiz hazır olduqdan sonra, öz qabında soyumağa qoyuruq.

Eyni qayda ilə biskvitin 2 -ci - sini də bişiririk. 

Biskivitləri bıçaq vasitəsi ilə, hər birini iki hissəyə bölürük.

Bu ərəfədə  şirə hazirlayiriq:

Su ilə şəkər tozu bir yerdə qaynadılır. Bir az soyanda limon şirəsi əlavə edin.

 

İndı isə keçirik kremin hazırlanmasına. 

Soyuq qaymağı mikserlə yaxşıça çalın, üzərinə şəkər kirşanı əlavə edin. 

Sonra firça ilə biskviti nəmləyirik. 

Kremdən bir qədər götürüb biskvitə çəkin.

Eynı qayda ilə biskvitin 2 -ci və 3-cü  və 4 - cü hissələrini də nəmləyirik,  və krem çəkirik. 

İndi isə, biskvitin kənar hissələrini kremləyirik və kremlənmiş hissəni doğranmış şokolad ilə bəzəyirik.

Budur, qaymaqlı  tortumuz hazırdır!

Nuş olsun!
  (Tərcümə edilib)
10 avqust 2016
GO BACK