Bakıda hava 12°
USD AZN
EUR AZN

Tərəvəzli makaron (foto-resept)

 

Tərkibi:

1 kiçik gül kələminin dörddə biri

1 kiçik brokolinin dörddə biri

2 ədəd orta boy kök

1 ədəd orta boy kərəviz

1 paket makaron

2 litr su

2 y/q kərə yağı

duz

istiot

istəyə görə 1 ədəd bulyon

 

Hazırlanması 

Gül kələmini və brokolini kiçik hissələrə ayırın. Kök və kərəvizi  kiçik kublar halında doğrayın. 

Qaynatma suyuna duz əlavə edib qaynadın, əvvəlcə kökləri əlavə edib 3-4 dəqiqə qaynadın.

Tərəvəzli makaron (foto-resept)

Sonra  kərəviz, brokoli və gül kələmi əlavə edib təxminən 10 dəqiqə daha qaynadın və kəvkirlə bişmiş tərəvəzləri sudan çıxarıb başqa qaba qoyun.

Makaronu paketdə yazan müddətdə, 8-10 dəqiqə qaynadıb süzün. 

Qazana kərə yağı əlavə edib qızdırın. Tərəvəzləri içinə əlavə edin. Duz və istiot əlavə edərək 1 dəqiqəyə qədər qovurun.

Makaronu qazana əlavə edib qarışdırın və servis qabına qoyun.

Üstünə istəyə görə sürtgəcdən keçirilmiş pendir səpərək servis edin.

Tərəvəzli makaron (foto-resept)

Səslərin sayı: 0
0
189
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!