Tərkibi:
1 kiçik gül kələminin dörddə biri
1 kiçik brokolinin dörddə biri
2 ədəd orta boy kök
1 ədəd orta boy kərəviz
1 paket makaron
2 litr su
2 y/q kərə yağı
duz
istiot
istəyə görə 1 ədəd bulyon
Hazırlanması
Gül kələmini və brokolini kiçik hissələrə ayırın. Kök və kərəvizi kiçik kublar halında doğrayın.
Qaynatma suyuna duz əlavə edib qaynadın, əvvəlcə kökləri əlavə edib 3-4 dəqiqə qaynadın.
Sonra kərəviz, brokoli və gül kələmi əlavə edib təxminən 10 dəqiqə daha qaynadın və kəvkirlə bişmiş tərəvəzləri sudan çıxarıb başqa qaba qoyun.
Makaronu paketdə yazan müddətdə, 8-10 dəqiqə qaynadıb süzün.
Qazana kərə yağı əlavə edib qızdırın. Tərəvəzləri içinə əlavə edin. Duz və istiot əlavə edərək 1 dəqiqəyə qədər qovurun.
Makaronu qazana əlavə edib qarışdırın və servis qabına qoyun.
Üstünə istəyə görə sürtgəcdən keçirilmiş pendir səpərək servis edin.