Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
18 iyun 22:34aysel hesenli Afroditi də gedə bilər.Çempiyon məncə Yusuf olacaq 18 iyun 17:55Surayye Mence Kiryakos gedecek bes sence? 18 iyun 17:55Surayye Ayla nerdesin kiz?De gorek bu gece eve kim gedecek
40612

NASA Marsa pilotsuz vertolyot göndərəcək



ABŞ Kosmik Agentliyinin (NASA) reaktiv hərəkət laboratoriyasının (Jet Propulsion Laboratory) mütəxəssisləri Mars atmosferində uçacaq pilotsuz uçan vertolyot təqdim ediblər. Vertolyotun Qırmızı planetə uçuş imkanını sübut etmək üçün yaradılması ilə əlaqədar onun göyərtəsində elmi aparatura quraşdırılmayacaq.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, fevralda vertolyot Mars atmosferində mövcud şəraiti təkrarlayan 8 metr diametrlik test kamerası şəklində olan “Kosmik imitator”da sınaq uçuşu həyata keçirib.

Məlumata görə, daha sonra Denver şəhərində yerləşən sınaq mərkəzinə aparılan aparatın “Mars 2020” kosmik aparatı ilə uyğunluğu yoxlanılıb. Vertolyotun planet səthinə enişdən sonra ondan ayrılması nəzərdə tutulur.

“İndiyədək Mars atmosferində uçuş üçün vertolyotlar yaradılmadığına görə biz hər dəfə yeni problemləri həlli etməli oluruq”, – “Mars Helicopter” layihəsinin rəhbəri Mimi Aun bildirib.

Onun sözlərinə görə, artıq yayda vertolyotun montaj korpusuna təhvil verilərək orada Mars kosmik aparatına quraşdırılması planlaşdırılır

Səslərin sayı: 0
0
47
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış