Qoç - bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqsınız.
Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də, yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu, elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz.
Buğa - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox nüanslardan bəhrələnib karyera pillələri ilə yuxarı qalxa bilərlər.
Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz.
Əkizlər - əldə edə biləcəyiniz uğurlar yalnız sizdən, işə necə diqqət göstərəcəyinizdən asılıdır. Etibarlı dost və ya nüfuzlu insan sizə kömək edərsə, əla olar.
Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli vasitələrdən istifadə edin.
Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər. Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz sözlərin fərqinə varın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur.
Qayğıkeş, diqqətli olun. Alicənab insan təsiri bağışlayın.
Xərçəng - birgə fəaliyyət üçün əlverişli zamandır. Kollektiv işdə rolları bölüşdürün, kimin hansı işlə məşğul olacağını müəyyənləşdirin. Ən ağır problemi əldir şəkildə çözmək olar.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Ayıq olun ki, rəqiblər sizi keçməsin. Dedi-qodulara, qeybətə əsla qatılmayın.
Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın.
Şir - uğurlu, düşərli gündür. Hədəfləri yeniləmək, məqsədi dəyişmək olar. Ən yaxşısını əldə etmək sizin hüququnuzdur. Passiv olmayın, kiminsə kölgəsində qalmağı ən təhlükəsiz variant hesab etməyin. İstedadınızdan - əgər varsa - bəhrələnin.
Günün ikinci yarısı karyera baxımından yeni imkanlar və münasib perspektivlər vəd edir. Şansı dəyərləndirin, astagəllik etməyin. Yaxın ətrafınızdakı adamlarla səmimi olun. Danışmaqdan daha çox, dinləyin. Eqoist insan təsiri bağışlamayın.
Dözümlü olun.
Qız - praqmat olun. Hansısa sifarişə və ya işə razılaşmazdan əvvəl konkret mənfəəti, əldə edə biləcəyiniz gəliri düşünün. Dostlar və tanışların maraqlarına zərbə vuracaq addım atmayın. Yanlış qərardan qorunun. Yeni layihəyə başlamaq, əlavə sifariş almaq niyyətiniz varsa, potensialınızı dürüst qiymətləndirin.
Günün ikinci yarısında durumu təftiş edəndə təsir rıçaqlarını görməyə çalışın. Dostlarla təmaslarda onların nə istədiklərini öyrənin. Deyilənləri qulaqardına vurmayın.
Axşam saatlarında səfərə və ya gəzintiyə yollanmaq olar. Müsbət emosiyalardan bəhrələnin.
Tərəzi -yarımçıq qoyduğunuz işləri başa vurun. Problemlərin həlli üçün ekstravaqant yol aramağa lüzum yoxdur. Sınanmış vasitələrdən və indiyədək özünü dəfələrlə doğrultmuş etibarlı metodlardan istifadə edin.
Günün ikinci yarısında toplantı, görüş, müzakirələr normal keçəcək. Anlaşma və ya müqavilə imzalamağa tələsməyin. Yeni tanışlıqlar istisna deyil.
Axşam saatları o qədər də mürəkkəb olmayacaq romantik macəra və ya qısamüddətli gəzinti üçün yaxşıdır.
Stressdən qurtulun.
Əqrəb - hisslərin burulğanında batmayın. Soyuqqanlı davranın. Müəyyən risk olarsa, qəti addım atmaqdan çəkinməyin. Mühüm saydığınız işləri görməyə başlamazdan əvvəl situasiyanı araşdırın. Təhlilsiz fəaliyyət avantüradır.
Yalnız şans və ya uğur sizə rəqibləri üstələməyə imkan verməyəcək.
Günün ikinci yarısında cari məsələlərin həllində alternativ variantlardan yararlanın. Bankdan kredit almaq, borc götürmək üçün münasib zaman deyil. Fəaliyyətin perspektiv istiqamətini bəlirləmək olar.
Alış-veriş zamanı nəzərdə tutmadığınız mal, məhsul və ya əşya almayın. Bədxərclik etməyin.
Oxatan - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz.
Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar.
Oğlaq - günün ilk yarısında yaranacaq problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İşgüzar əlaqələri möhkəməndirin. Anlaşmalar və sazişlərdə diqqətli olun, sənədləri diqqətlə oxuyun.
İntuisiyanızdan faydalanın.
Günün ikinci yarısında hadisələrə ciddi təsir imkanlarına malik insanların məsləhətlərindən yararlanın.Cari problemlərin həllində astagəllik etməyin. Məntiqlə davranın, tələsik addımlar atmayın.
Düşünülməmiş sözlər sizi pərt edə bilər.
Dolça - günün ilk yarısında yalnız özünüzə güvənməyin. Yaxın ətrafınızdakı insanların da dəstəyə ehtiyacı var. Sadiq dostlar, etibar etdiyiniz insanların yardımları ilə daha çox işlər görə bilərsiniz. Məqsədə doğru müstəqil hərəkət üçün resurslarınız kifayət qədər deyil.
Günün ikinci yarısında tənha qalmaqdan qorxmayın. Çalışdığınız kollektivdə məhsuldar ab-hava varsa, sakit işləyin. Amma müti olmayın, mədəniyyətsiz insanın iradlarını aqressiya hesab edərək geri çəkilməyin.
Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var.
Balıqlar - qarşınıza qoyduğunuz məqsədə doğru aparan yolu yenidən təftiş edə bilərsiniz. Belədə nəticədə də pis olmayacaq. Bilik, bacarıq və təcrübənizin yetərincə dəyərəndirilməsi üçün yaxın ətrafınızdakı insanlarla konstruktiv əməkdaşlığa ehtiyac duyulur.
Günün ikinci yarısında tərəfdaş və ya şərikin köməyi ilə işlərinizdə sürətli irəliləyişə nail ola bilərsiniz. Yeniliklərə hazır olun. Dəyər verdiyiniz insanlar mövqelərinizi bölüşsələr, sizi dəstəkləsələr, əhvalınız, təbii ki, yaxşılaşacaq.
Novasiyalardan çəkinməyin. Bacarıqlarınızı maksimum dərəcədə reallaşdırmağa can atın.
XƏBƏR LENTİ
"Aslan" qonağını parçaladı
Evlilik rekordu qıran məşhurlar
Dünyanın ən varlı 10 xanım idmançısı
Müxtəlif hislərin beyində yaratdığı dəyişikliklər
Təbii yollarla saç düzləşdirən üsullar
Dünyanın ənləri
2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ? - VİDEO
Bakıda döyüş olacaq
Mövlud Çavuşoğludan İlham Əliyevin Yunanıstanın səfirinə dediklərinə REAKSİYA
Toyuqla dünya turuna çıxan gənci siz də tanıyın!
BÜRCLƏR bizə nə vəd edir?- 10 Dekabr
Qayda açıqlandı: gözəllik salonuna getmək istəyənlərin nəzərinə
Türk general Bakıdan İrəvana ULTİMATUM göndərdi: "Bütün imkanlarımızla..."
Ədviyyatlı toyuq budu (foto resept)
Aktrisanın çılpaq görüntüləri Canlı Yayımlandı-FOTO
Kibariye Bakıda konsert verəcək
Bu xəstəlik kefə baxmır
Şokoladlı piroq (foro resept)
Payızın rəngləri
Azərbaycanda tədrisin dayandırılması müddəti uzadıldı - RƏSMİ
Tək ayaqlı güllə əsgər
Şəkər xəstələrinə müjdə - YENİ DƏRMAN KƏŞF EDİLDİ
Millət vəkilləri avtoxuliqanlara qarşı
Uşaqların pis vərdişi: saçla oynamaq
Qısa zamanda gözəl görünmək üçün praktik məsləhətlər
Cari tədris ilində Prezident təqaüdü alacaq tələbələrin SİYAHIsı
Pirojki 8 növdə (foto resept)
BMT-nin məhkəməsi Perunun ərazi iddiasını təmin edib
Bəzi yerlərdə zəif duman olacaq
Havanın temperaturu düşəcək
Dünyanın ən böyük şokolad tablosu ilk Avropa Oyunlarına həsr ediləcək
Göz şişkinliyini yox edən 9 təklif
Bacılar 4 il KİŞİ kimi geyinib dəllək işlədilər-FOTO
Sindi Kroufordun qızı məşhur aktyorla sevgilidir- FOTO
Windows 9 əməliyyat sisteminin istifadə vaxtı açıqlandı
Soyadın sənədlərdə dəyişilməsi problemi
“Hercai”nin aktyorları nə qədər maaş alır?
Hadisenin bahalı doğum günü hədiyyəsi-FOTO
Azərbaycanlı şagird dünya çempionu oldu
QMİ Ramazan ayının başlanması ilə bağlı fətva verdi
Nyu-Yorkda sutka ərzində 4,8 min nəfər koronavirusa yoluxub
Şokoladlı dondurma (foto resept)
Əl çatmaz məhəbbətim
Koronavirusun qorxunc təsiri
Alma şirniyyatı (foto-resept)
Məşhur fırıldaqçı Nyu-Yorkda tapıldı
Uşaqlarda dəmir çatışmazlığının səbəbləri
İdman edərkən diqqət yetiriləcək qaydalar
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Jerard Depardye Afrikaya köçür