Bakıda hava 24°
USD 1.7000 AZN
EUR 1.9810 AZN

Doğru bilinən yanlışlar

Dişlərinin ağ görünməsi hər kəsin arzusudur. Bunu stomatoloqların köməkliyi ilə etmək çox baha başa gəldiyindən insanlar təbii üsullara əl atırlar. Bu məqsədlə bir neçə üsuldan istifadə olunur.

Doğru bilinən yanlışlar

Məsələn, soda ilə diş ağartmaq ən populyar metoddur. Bundan başqa, el arasında süfrə duzu da diş ağardıcılarından sayılır.

Həmçinin dişləri ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edib dişə sürtərək, ağardılmasına çalışılır.

Doğru bilinən yanlışlar

El arasında geniş tətbiq olunan metodlardan biri də 3%-li pereksin su ilə qarışdırılaraq, həftədə 3-5 dəfə dişlərə sürtülməsidir.

Aparılan araşdırmalardan sonra bu metodların sağlam dişləri qısa müddət ərzində bərbad hala saldığı üzə çıxıb.

Diş həkimi Pertev Kökdemir bununla bağlı vətəndaşlara xəbərdarlıq edib: "Bu üsullarla dişlərin ağardılmasına çalışılması bir müddət sonra çox pis nəticə ilə yekunlaşır. Araşdırmalarımız və bizə müraciət edən pasiyentlərin problemləri göstərir ki, bu üsulla dişləri ağartmağa çalışdıqda bir müddət sonra çürüməyə başlayır".

Doğru bilinən yanlışlar

Onun sözlərinə görə, internetdə və sosial şəbəkələrdə bəzi səhifə və saytlar oxunma sayı qazanmaq üçün belə xəbərlər yayımlayır və insanları çaşdırırlar: "Dişi sağlam olan, ancaq tam ağ olmayan insanlar var ki, onlar bu üsula əl atmaqla öz istəklərinə çatmaq istəyirlər. Amma bir müddət sonra onların dişləri çürüməyə başlayır, bu zaman onlar düşünülər ki, kaş belə etməyəydim, dişlərim sağlam qalaydı".

Pertev Kökdemir deyib ki, xüsusilə bu metodu tez-tez tətbiq edən insanların dişləri daha sürətlə saralır və çürüməyə başlayır.

Səslərin sayı: 1
1
633
loading...
Şərhlər
Offline
Sima
Məsələn, soda ilə diş ağartmaq ən populyar metoddur. Bundan başqa, el arasında süfrə duzu da diş ağardıcılarından sayılır.
11 iyun 2018 13:34
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış