Balanız mışıl-mışıl yatarkən sərt addımlarla gəzməyinizin, yüksək səslə qəhqəhə çəkməyinizin qorxusu yoxdur. Amma yoldaşınızla döyüşürsünüzsə, iş dəyişə bilər.
Səbəbini diqqətlə oxuyun...
Ata-anaların əksəriyyəti hələ bir yaşındakı uşaqları yatarkən evdə səs-küy salmaqdan, nəfəs almaqdan qorxurlar. Halbuk,i kiçik uşaqların yuxularının olduqca ağır olduğunu bilmələri lazımdır. Bir yaşındakı uşaqlar elə dərin yatır, səs-küyə qarşı qulaqları elə tıxanır ki, valideynlərin ayaqlarının ucunda gəzməsinə ehtiyac qalmır. Əksinə, televiziyanın və ya radionun səsini azaltmaq, yavaş səslə danışmaq kimi tədbirlər mənfi təsir doğura bilər. Uşağın üstünə belə düşmək ancaq zərər verə bilər. Bu fikir qarşısında uşaq istədiyi kimi davranmağa haqq qazanacaq. Həm də ana-atasının "səs-küydə yatmaq olmaz" şəklindəki fikirlərdən ərköyün böyüyəcək. Bunun nəticəsində bir gün divar qonşusunun evində gurultulu bir əyləncə olduğu zaman və ya evə gələn qonaqlar bir az çox gülüb-əyləndikləri zaman gözünə yuxu getməyəcək. Bütün bu qorxulara görə ata-analara səslənmək istəyirik: uşağınız yatarkən sərbəst olun, ona fikir verməyin. Televiziyanın, radionun səsini qısmayın. Qəhqəhələrinizi və səsinizin tonunu aşağı salmaq məcburiyyətində qalmayın. Bu cür səslər uşağın gün boyunca tanıdığı, bildiyi uğultulardır. Ona bir növ güvən verə bilər. Əksinə, alışmadığı və birdən çökən səssizlik onu etibarsızlığa və narahatlığa sürüyəcək. Lakin uşağı rahatsız edən səs-küy də heç şübhəsiz vardır. Çox alçaqdan uçan bir vertolyot, şiddətli yağan yağış, ya da böyükləri belə ürküdən göy gurultusu kimi. Belə vəziyyətdə edəcəyiniz tək şey uşağı ovudub, yatırmaqdır. Otağının qapısını aralı buraxmaq doğru olar.
Uşaq yatarkən, ya da yuxuya gedərkən lazım olmayan səs-küyün bir başqa növü də var: valideynlərin öz aralarında yüksək səslə mübahisə etməsi! Psixoloqlar bir neçə həftəlik körpələrin belə ata-ana savaşdığını eşidən kimi oyanıb ağladıqlarını təyin etmişlər. İşin maraqlı tərəfi uşağı oyandıran faktorun yüksək səs tonu olmamasıdır. Eyni səs-küydə olan bir musiqi körpənin yuxusunu qaçırmaz. Buna uyğun olaraq uşağnızın kiçik şüuru valideynlərinin mübahisəsini fərqli bir şiddət, gərginlik və incitmə kimi qəbul edər. Bunun nəticəsində də oyanar və ağlayar.
XƏBƏR LENTİ
Dünya mətbəxi - Hindistan
Ən faydalı 10 qida maddəsi
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Xoşbəxt ailə qaydaları
''Ali Müsəmma" plovu (foto resept)
Rəqəmlər (6)
İnternetin qiyməti enəcək?
TRT-nin baş direktoru Azərbaycanın ali məktəbinin fəxri doktoru adına layiq görülüb
Brabus Mercedes-Benz yeniləndi
Hər kəs bu yeniyetmədən danışır
Sabahın havası
Şevval Şam yenidən hakim qarşısında-SƏBƏB
İŞİD qorxuya düşüb
Yeni ildə işıqsız qalmayacağıq
Ermənistan hökuməti Qarabağın "müstəqilliyi" layihəsinə rəy verdi
Seda Sayan Bakıya gəlir
Yaz salatı (foto resept)
Məktəbi bitirə bilməyənlər üçün eksternat imtahanlarına qeydiyyat başlayıb
Yuxusuzluq üçün şəfalı daşlar
7 gün ərzində pomidor yeməyin faydaları
Yapon alimindən oruc tutmaqla başlı AÇIQLAMASI
Günün ulduz falı
Bakıdan Sumqayıta 80 qəpiyə
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təklifinə cavab verməyib
Toyuqlu rizotta(foto resept)
Yuxu
Türkiyədə ən populyar qız adı Zeynəbdir
Məşhur futbolçu "Qalatasaray"ı "Yuventus"a dəyişir
"Nar Bağı" filmi Oskar mükafatına təqdim edilib
Turistlər üçün ən ucuz Avropa şəhərləri
Bu ay böyük savaş başlayır
BÜRCLƏR bizə nə vəd edir? -24 İyun
Müdafiə Nazirliyi cəbhədəki itkilərə aydınlıq gətirdi
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
“Aşk-ı memnu”nun Bülənti illər sonra – FOTO
Bakı sakinlərinə küçəyə çıxmamaqla bağlı XƏBƏRDARLIQ
Rianna ərəb milyarderlə nişanlandı - FOTO
Sən bu gün çox gözəlsən! Bəs sabah?..
Dərman bitkilər
Yeni doğulan körpəni necə bəsləmək lazımdır?
Leyla Əliyevanın doğum günüdür
Məkkə gülü haqqında eşitmisinizmi?
Yumruğunuza görə xarekteriniz
Hava haqqında
Qatillə mübarizəyə 100 milyon dollar
İŞİD Türkiyəyə top atdı
ABŞ-ın yeni erməni qorxusu
Çingiz Aytmatovun 85 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək
Qırmızı şərabın faydaları
Cəbhədə uşaq yaralandı
- ŞƏRHLƏR