Qadin.NET / Uşaq yatarkən mübahisə etməyin!

Uşaq yatarkən mübahisə etməyin!


Balanız mışıl-mışıl yatarkən sərt addımlarla gəzməyinizin, yüksək səslə qəhqəhə çəkməyinizin qorxusu yoxdur. Amma yoldaşınızla döyüşürsünüzsə, iş dəyişə bilər.

Səbəbini diqqətlə oxuyun...
Ata-anaların əksəriyyəti hələ bir yaşındakı uşaqları yatarkən evdə səs-küy salmaqdan, nəfəs almaqdan qorxurlar. Halbuk,i kiçik uşaqların yuxularının olduqca ağır olduğunu bilmələri lazımdır. Bir yaşındakı uşaqlar elə dərin yatır, səs-küyə qarşı qulaqları elə tıxanır ki, valideynlərin ayaqlarının ucunda gəzməsinə ehtiyac qalmır. Əksinə, televiziyanın və ya radionun səsini azaltmaq, yavaş səslə danışmaq kimi tədbirlər mənfi təsir doğura bilər. Uşağın üstünə belə düşmək ancaq zərər verə bilər. Bu fikir qarşısında uşaq istədiyi kimi davranmağa haqq qazanacaq. Həm də ana-atasının "səs-küydə yatmaq olmaz" şəklindəki fikirlərdən ərköyün böyüyəcək. Bunun nəticəsində bir gün divar qonşusunun evində gurultulu bir əyləncə olduğu zaman və ya evə gələn qonaqlar bir az çox gülüb-əyləndikləri zaman gözünə yuxu getməyəcək. Bütün bu qorxulara görə ata-analara səslənmək istəyirik: uşağınız yatarkən sərbəst olun, ona fikir verməyin. Televiziyanın, radionun səsini qısmayın. Qəhqəhələrinizi və səsinizin tonunu aşağı salmaq məcburiyyətində qalmayın. Bu cür səslər uşağın gün boyunca tanıdığı, bildiyi uğultulardır. Ona bir növ güvən verə bilər. Əksinə, alışmadığı və birdən çökən səssizlik onu etibarsızlığa və narahatlığa sürüyəcək. Lakin uşağı rahatsız edən səs-küy də heç şübhəsiz vardır. Çox alçaqdan uçan bir vertolyot, şiddətli yağan yağış, ya da böyükləri belə ürküdən göy gurultusu kimi. Belə vəziyyətdə edəcəyiniz tək şey uşağı ovudub, yatırmaqdır. Otağının qapısını aralı buraxmaq doğru olar.
Uşaq yatarkən, ya da yuxuya gedərkən lazım olmayan səs-küyün bir başqa növü də var: valideynlərin öz aralarında yüksək səslə mübahisə etməsi! Psixoloqlar bir neçə həftəlik körpələrin belə ata-ana savaşdığını eşidən kimi oyanıb ağladıqlarını təyin etmişlər. İşin maraqlı tərəfi uşağı oyandıran faktorun yüksək səs tonu olmamasıdır. Eyni səs-küydə olan bir musiqi körpənin yuxusunu qaçırmaz. Buna uyğun olaraq uşağnızın kiçik şüuru valideynlərinin mübahisəsini fərqli bir şiddət, gərginlik və incitmə kimi qəbul edər. Bunun nəticəsində də oyanar və ağlayar.


27 avqust 2011
GO BACK