Azərbaycanda 5 yaşadək uşaqlar, eləcə də körpələr arasında ölüm göstəricisi azalıb.
Qadin.Net xəbər verir ki, Trend-in statistik göstəricilərə istinadən apardığı araşdırmaya görə, 1958-ci ildən başlayaraq 2006-cı ilədək ölkədə körpə ölümü (1 yaşadək) şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.
2016-cı ildə Azərbaycanda 1 yaşadək 1666 uşaq dünyasını dəyişib ki, onların 1380-i şəhər, 286-ı kənd yerlərində ölüb. 2015-ci ildə isə 1602-i şəhər, 431-i kənd yerlərində olmaqla, ümumilkdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.
1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1090 körpə dünyasını dəyişib.
Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri (bu səbəbdən 2016-cı ildə 173 körpə ölüb), anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntuları (bu səbəbdən 2016-cı ildə 151 körpə ölüb) tutur.
2006-cı ildə dünyasını dəyişən 1882 nəfər 1 yaşadək uşağın 1082-i şəhər, 800-ü kənd yerlərində öldüyü halda, 2005-ci ildə ölən 1580 körpənin 780-i şəhər, 800-ü kənd yerlərində, 2004-cü ildə 1892 uşağın 889-u şəhər, 1003-ü kənd, 2003-cü ildə 1649 uşağın 719-u şəhər, 930-u kənd yerlərində, 2002-ci ildə 1815 uşağın 707-i şəhər, 1108-i kənd yerlərində, 2001-ci ildə 1886 uşağın 761-i şəhər, 1125-i kənd yerlərində ölüb.
Statistik məlumatlardan aydın olur ki, körpə ölüm daha çox Bakı şəhərinin, daha sonra isə Aran iqtisadi rayonunun payına düşür.
2016-cı ildə Bakıda 517, Aran iqtisadi rayonunda (Göyçay, Beyləqan, Ağcabədi, Bərdə, Neftçala, Biləsuvar, Salyan, Yevlax, Mingəçevir, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) 345, Lənkəran iqtisadi rayonunda ( Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad) 130, Gəncə-Qazax iqtisadi rayonunda (Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Naftalan) 129, Abşeron iqtisadi rayonunda (Xızı, Abşeron, Sumqayıt) 128, Şəki-Zaqatala iqtisadi rayonunda (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ) 126, Quba-Xaçmaz iqtisadi rayonunda (Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən) 114 nəfər 1 yaşadək uşaq ölümü baş verib.
2016-cı ildə ölkədə 5 yaşadək uşaqlar arasında da ölüm göstərici 2015-ci ildəki 2395 sayından 2092-ə enib. Ötən il hər 1000 nəfər diri doğulan uşağa düşən 5 yaşadək uşaq ölümü sayı 13,8 nəfər, 2015-ci ildə 13,3 nəfər, 2014-cü ildə 12,6 nəfər olub.
Ümumilikdə, 5 yaşadək oğlan uşaqları arasında ölüm halları qız uşaqlarına nisbətən daha yüksəkdir. Ötən il ölən 2092 nəfər 5 yaşadək uşaqların 1259-u oğlan, 833-ü qız olub. Ötən il Bakıda 517 körpə ölümü baş verib ki, onların 299-u oğlan, 218-i qız olub.
XƏBƏR LENTİ
Koronavirusla bağlı yaponların yeni kəşfi – Əlac tapılır?..
Ispanaq piroqu(foto-resept)
Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
Beren Saatın “Netflix”dəki serialı
Üz və bədən üçün maskalar
Azərbaycanda daha 12 nəfərdə koronavirus aşkarlandı
Rusiyada koronavirusa qarşı preparatlar apteklərə veriləcək
Ekspess avtobuslarda sıxlıq yaşanır - VİDEO
Bağlı əməliyyatın 6 faydası
Bir qab makaron və… ölüm
Bu ilin ilk günündə...-RƏSMİ AÇIQLAMA
Hande Yener izləyicilərini məyus etdi-SƏBƏB/FOTO
Ərdoğan Bakıya gəlir
Bu cür hallar milyonda bir baş verir
Sabahın HAVAsı
Mobil telefonla danışanlar cərimələnə bilərlər
"Eurovision" da bir ilk
Hər qadına lazım olan 15 məsləhət
Sabahın HAVAsı
BÜRCLƏR bizə nə vəd edir?-20 Sentyabr
Qaratərə salatı (foto-resept)
"Facebook" və "İnstagram"da problem yarandı
BAFTA: Britaniya ən yaxşıları seçdi -SİYAHI
Nişan üzüyünü taxmaq lazımdırmı? - MÜZAKİRƏ
"Ərazi bütövlüyümüzü güzəştə getməyəcəyik" - Elmar Məmmədyarov
ABŞ-a "Florens" qasırğası yaxınlaşır
Pendirli-şokoladlı tort (foto resept)
Keçmiş sevgilinizlə qarşılaşdıqda nə etməlisiniz?
Hava haqqında - 05.10.2013
Makiyajla yatmağın zərərləri
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Sərnişin maska taxmasa, avtobus hərəkət etməyəcək - BNA
Kirayə pulu verməkdən bezən qız çarəni bunda tapdı-FOTO
Məşhur astroloqdan 2019- PROQNOZU
Kate Middletonun tərzi
Günün ulduz falı
"Dördbucaq" piroqu(foto resept)
Yatın, amma fil qulağında yox...
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...
Azərbaycan Müstəqillik Gününü qeyd edir
Düşbərə (foto-resept)
"Muska" börəyi (foto resept)
Yaponiyada qasırğa: ölənlər var
Koronavirus bu şəxsləri öldürmür - ARAŞDIRMA/VİDEO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Paris Hilton itlərinə villa tikdirdi-FOTO
Payız pəhrizi necə edilər?
Bürcə görə kişilərin eşqdə tərzləri
QASIRДћA ABŞ-a yaxınlaşdı