Sovet vaxtı ölkəmizdə inkişaf edən, müstəqillik illərindən istehsalı azalmağa doğru gedən pambıqçılıq sahəsinin genişləndirilməsi istiqamətində son vaxtlar müəyyən addımlar atılmaqdadır. 2015-ci ildə 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edildiyi halda, 2016-cı ildə görülən işlərin sayəsində bu rəqəm 90 min tona (51 min hektar) yaxın oldu.
Saatlıda Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə başçısı bu sahədə görülən işlər, əldə edilən nəticələr və görülməsi vacib olanlar haqqında bir çox fikirlər səsləndirib. Bildirib ki, bugünkü nəticənin əldə olunması üçün çox ciddi tədbirlər görüldü, texnika alındı, dövlət dəstəyi göstərildi, imkan daxilində meliorasiya işləri aparıldı. İ.Əliyev deyib ki, bu il daha da ciddi hazırlıq var, bütün aqrotexniki tədbirlər ən yüksək səviyyədə təşkil edilib.
Milli.Az kaspi.az-a istinadən bildirir ki, ölkə başçısının sözlərinə görə, keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaq: "Əkin sahələrinin genişlənməsini nəzərə alsaq, bu il pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunur və olunacaq. Keçən il bu rəqəm 64 min idi. Yəni, burada da iş üçün 3 dəfədən çox imkanlar yaranıb. Bu, əlbəttə ki, məşğulluğun artırılmasına, işsizliyin azalmasına gətirib çıxaracaq. İşləmək istəyən vətəndaşlar özləri üçün iş tapa biləcəklər".
Millət vəkili Vahid Əhmədov mövzu ilə bağlı "Kaspi"yə açıqlamasında bildirdi ki, pambıqçılıq ağır əmək tələb edən sahə olsa da, insanların işlə təminatında önəmli paya malikdir: "Hazırda işlək əhalinin 40 faizi kənd təsərrüfatı ilə məşğuldur. Pambıqçılığa dövlət başçısı tərəfindən diqqət yetirilir. 2015-ci ildə cəmi 30 min ton pambıq yığılmışdı. Ötən il 90 min ton, bu il isə 200 min ton yığılması nəzərdə tutulub. Yəni, pambıqçılıq həm də iş yeridir".
V.Əhmədov deyir ki, pambıqçılığın iş yeri cəhətdən önəmli olması deyiləndə, təkcə becərilməsi nəzərdə tutulmur: "Söhbət təkcə pambığın becərilməsindən deyil, daha geniş bir istiqamətdən gedir. Pambığın lifinin emalı, pambıq ipinin hazırlanması, parça toxunması, müəyyən geyim əşyalarının hazırlanması və s. bir çox sahələr var. Pambıq istehsalı ilə paralel olaraq zavodlar tikilib istifadəyə veriləcək. Artıq 22 pambıq zavodu bu gün fəaliyyətdədir. Mingəçevirdə bir sənaye kompleksi tikilir, orada emal müəssisələri olacaq və s. Pambıq çox əməksevən sahə olsa da, insanların işlə təminatında mühüm bir istiqamətdir. Vaxt varıydı Azərbaycan 1 milyon ton pambıq istehsal edirdi, bütün pambıqçılıq rayonları bu sahədə geniş fəaliyyət göstərirdilər. İndi də o istiqamətdə işlər üzrə gedir. Strateji Yol Xəritəsində bunlar hamısı öz əksini tapıb. Diqqət də böyükdür, dövlət tərəfindən müəyyən qayğılar da göstərilir. Ona görə də burada problem olmayacaq".
Millət vəkili Azər Badamovun sözlərinə görə, kənd təsərrüfatının perspektivli sahələrinin inkişaf etdirilməsi xüsusilə regionlarda işsizliyin aradan qaldırılması cəhətdən əhəmiyyətli olacaq: "Saatlı rayonunda pambıqçılığa həsr olunmuş ümumrespublika müşavirəsi keçirildi. Müşavirədə ölkə başçısı bir sıra istiqamətlərdə fikir bildirdi. Bunlar əsasən ölkədə pambıqçılığın inkişaf etdirilməsi, digər ənənəvi sahələrin ölkədə dirçəldilməsi ilə bağlı idi. Ən əsası da pambıqçılıq. Ölkə başçısı qeyd etdi ki, ötən il 51 min hektardan 90 min tona yaxın pambıq istehsal olunub. Amma bu il hədəflər daha da böyükdür. Pambıq istehsalının 2017-ci ildə ölkədə təxminən 200 min tona çatdırılması nəzərdə tutulub. Xüsusilə, cənab Prezident pambıqçılığa iqtisadidən öncə sosial layihə kimi yanaşıldığını qeyd etdi. Bu o deməkdir ki, ölkədə, regionlarda işsizlik probleminin həll olunmasında pambıqçılıq böyük rol oynayacaq. Pambıqçılıq üçün torpaqların ayrılması, yeni pambıqçılıq layihələrinin icra olunması nətcəsində 200 mindən yuxarı insan yeni iş yeri ilə təmin olunacaq. Bu böyük göstəricidir. Növbəti illərdə 400 mindən də yuxarı iş yerlərinin yaradılması nəzərdə tutulub. Yəni pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsi ölkədə, xüsusilə regionlarda işsizlik probleminin birdəfəlik aradan qaldırılmasına şərait yaradacaq".
A.Badamov deyir ki, pambıqçılıq sahəsində daha çox insanın işlə təmin olunması üçün sistem şaxəli şəkildə inkişaf etdirilməlidir: "Ölkə başçısı da qeyd etmişdi ki, pambıqçılığın inkişaf etdirilməsi və daha yüksək nailiyyətin əldə olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Bu yeni suvarma layihələrinin həyata keçirilməsi, kadrların hazırlanması istiqamətində peşə məktəblərinin fəaliyyətinin bərpa olunması, yeni texnikaların alınması və s. işlərdir. Pambıqdan bir çox məhsulların istehsal olunub ixrac edilməsi ilə əlaqədar Mingəçevirdə yeni tekstil sənaye parkı tikilir. Bir neçə fabrikin həmin sənaye parkının içində açılışı nəzərdə tutulub. Bu həm də Mingəçevir şəhərində 5000-dən çox iş yerinin açılması deməkdir. Pambıqçılığın ümumrespublika səviyyəsində inkişafı işsizlik probleminin həllində böyük rol oynayacaq".
Millət vəkili onu da bildirdi ki, pambıqçılığın inkişafı həm də iqtisadiyyatın dayanıqlı inkişafını təmin edəcək: "Neft sektorundan asılılığın aradan qaldırılması bu gün dövlət siyasətimizin təməlində dayanır. Biz davamlı olaraq iqtisadiyyatımızı neft üzərində qura bilmərik. Ona görə neftdən sonra ikinci yerdə kənd təsərrüfatı dayanır, ayrı-ayrı sahələrin inkişaf etdirilməsi bu gün çox önəmlidir. Onlardan biri də pambıqçılığın inkişaf etdirilməsidir".
Milli.Az
XƏBƏR LENTİ
Məşhur cütlük boşanıb? - FOTO
Bakı metrosunun açılacağı tarix məlum oldu
Vanqanın 2018-ci il ilə bağlı proqnozları
35 yaşlı qadın "Almaniya Gözəli" seçildi-FOTO
Uşağı "pis yetişdirməyin" yolları (Son)
İki dil bilən uşaqlar dünyanı fərqli qavrayırlar
Hamiləlikdə özünə qulluq
Ermənidən ŞOK AÇIQLAMA: Azərbaycan 8 milyon kvadratmetr ərazini və 18 döyüş mövqeyini AZAD EDİB
Əli Həsənovun vəziyyəti ağırlaşdı - Təcili Türkiyəyə aparıldı
Cütlüyün fantastik toyundan kadrlar
Bakıda taksi dayanacaqları yaradılır
Obamanın ayrı qala bilmədiyi stəkanı
Azərbaycan himni Moskvada səsləndi və bayrağı yüksəldi!
Azərbaycanda 4 gün iş olmayacaq
Evini boyamaq istəyənlər üçün
İlk iş gününün hava proqnozu
Aleyna Tilki 18 yaşını tamam edər-etməz hesab açdı
Abraham Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Kişilərin cəlbedici hesab etdiyi qəribə davranışlar
Bakının bir məktəbində dərslər ləğv edildi
Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
Parollar az sonra olmayacaq
Rusiyada yaşamaq istəyən xarici vətəndaşlar üçün yeni qayda
Sabah şaxta olacaq
Gümüş dəstləri
Həm maus, həm kompüter
Bir sıra problemlər var
Yoldaşının telefonuna baxan qadına CƏZA
Üçtərəfli displeyə malik smartfonun istehsalına başlandı
Borca görə qaz, su və işıq kəsilə bilərmi? - VİDEO
Şokoladlı qara gavalı (foto-resept)
Məşhur model şəkil çəkdirmək istəyərkən öldü - FOTO
Avropanın ən yaşlı qadını öldü
Davamlı hıçqırıq koronavirusun əlaməti ola bilər
Xoşbəxtəm çünki...(5)
Natalie Suarez
Hər kəs sevdiyinə qovuşacaq
Qısa zaman ərzində yatmaq mümkündürmü?
İnternet dərsi: nəyə görə şəxsi şəkilləri paylaşmaq olmaz?
Diqqətli olun: mobil telefon sizi kor edə bilər
Bədəndəki yağları əridən ananasın inanılmaz faydaları
Boksçu Məhəmməd Əli üsyan etdi
Vetçinalı maffin (foto resept)
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
İbrahim peyğəmbərin şəhəri, Böyük İsgəndərin xəzinəsi tapıldı
Ahmet Kuraldan ilk açıqlama - FOTO
Bakı metrosunda sərnişinlər təxliyyə edildi
Manatın aqibəti necə olacaq?
İlk dərs günü hava belə olacaq
Abituriyentlər üçün vacib xəbər