Məmmədemin Müzəffərli uzun müddətdir ki, Cənubi Koreyada yaşayır. Hazırda dünyada böyük əks-səda doğuran startap layihələri həyata keçirir. "Spend" və "Naver" şirkətlərində dizayner vəzifəsində çalışır. Sürcüsüz idarə olunan maşın layihələri üzərində işləyir.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, gənc Məmmədeminin yaratdığı Spendwallet cihazı dünyanın ən nüfuzlu investorlarının diqqətini özünə cəlb edib. Spendwallet bütün kartlarınızı bir yerə yığaraq, onları vahid cihazda birləşdirir. Layihə bu yaxınlarda 1 milyon dollara yaxın investisiya yatırımı alıb.
- 13 yaşıma qədər Şərur şəhərində yaşamışam, daha sonra Bakıya köçdük. Anam evdar qadındır, atam isə özəl biznes sahəsində çalışır. 7-ci sinifə qədər Şərur şəhərində təhsil aldıqdan sonra, Lənkəran Özəl Türk Liseyi və Dədə Qorqud Özəl Türk Liseyində təhsil aldım. Təbii ki, hər iki lisey təməl biliklərimin formalaşmasında başlıca rol oynayıb.
- Hazırda nə ilə məşğulsunuz?
- Hazırda "Spend" və "Naver" şirkətlərində çalışıram. "Naver" şirkəti Koreyada axtarış, mail, elektron xəritə və digər xidmətləri göstərir. "Google"un lokal rəqibi də saymaq olar. Bu şirkətlərdə UI və lead dizayner olaraq çalışıram. İki şirkətdə fərqli layihələr üzərində işləyirəm. "Naver" şirkətində gələcək üçün nəzərdə tutulmuş sürücüsüz maşın konseptləri, "Spend"də isə həm təsisçiyəm, həm də dizaynerlər komandasına rəhbərlik edirəm.
- Spendwallet necə yarandı, hansı işləri görə bilir, hədəf nədir?..
- Spendwallet ideyasına 2014-cü ildə koreyalı dostumun təklifi ilə başladıq. Layihə ilə bağlı dostumla ilk müzakirələrimizi xatırlayıram. Dostum layihənin prototipini hazırlayıb gətirmişdi. Bu haqda xeyli söhbətlərimiz oldu. Həmin vaxt başlamaq üçün problemlər və çətinliklər çox idi. Komanda və maliyyə tələb olunurdu. Amma çətinliklə də olsa, işə başlaya bildik. Bu gün isə komandamızda vaxtilə "Qualcomm", "Cisco" kimi şirkətlərdə çalışmış mütəxəsislərdən ibarət 15 nəfər peşəkar işləyir. Spendwallet sizin bütün kartlarınızı bir yerə yığaraq, onları vahid bir cihazda birləşdirir. Yəni siz özünüzlə müxtəlif kartlar əvəzinə yalnız Spendwallet cihazını gəzdirirsiniz. Layihəyə 1 milyon dollar yatırım olunub. Bu, şirkətin ümumi dəyərləndirilməsi üzərindən edilən yatırımdır. Şirkətin satılması barədə yayılan məlumatlar düzgün deyil.
- Start-up işlərində necə uğur qazanmaq olar? Hazırda investorların əsas tələbi nələrdir?
- Belə fikirləşirəm ki, uğur qazanmağın tək bir yolu inam və inadla çalışmaqdır. İnvestorlar ideyadan və məhsuldan öncə, sizin komandanıza baxırlar. Əslində yatırım sizin ideyanızdan çox, komandaya edilir. Məhsulunuz, ideyanız nə qədər mükəmməl olsa belə, bu işi layiqincə yerinə yetirəcək mütəxəssislər yoxdursa, yatırım haqqında danışmaq çətindir.
- İnformasiya Texnologiyaları sahəsində yüksək ixtisaslı müxtəxəssislərlər hazırlamaq üçün Azərbaycanda hansı işlər görülməlidir?
- Bunun üçün təhsil sahəsində köklü islahatlar aparılmalı, nəzəri dərslərlə yanaşı, onların praktiki tərəfləri, müasir texnologiya öyrədilməli, dünya təcrübəsi izlənilməlidir. Ekosistemin formalaşdırılması üçün bu, çox vacibdir. Son zamanlar ölkəmizdə bu sahədə inkişaf hiss olunur, bu, sevindirici haldır. Lakin bilik olimpiadalarında, dünya səviyyəsində innovasiyalar sahəsində iştirakda, texnoloji istehsalda passivlik hiss olunur. Bu da, görünür, təhsil sahəsində texnoloji-praktiki vərdişlərin zəif olmasından irəli gəlir. Əvvəldə də qeyd etdiyim kimi, insan resursu, komanda olmadıqdan sonra ideyalarınız demək olar ki, heç nəyi dəyişə bilmir. İnsan resursunu ilk öncə təhsil müəsissələrində yetişdirmək lazımdır.
- Cənubi Koreyadakı təhsil, yaşayış şərtləri sizi qane edirmi?
- Cənubi Koreya inkişaf etmiş sənaye və iqtisadiyyata malikdir. Dünyada gəmiqayırma, avtomobil, elektrotexnika istehsalına görə əsas yerlərdən birini tutur. Ölkənin ikişafı həyat səviyyəsinə, təhsilə də yaxşı təsir edir. Təhsil barəsində öz təcrübəmdən onu deyə bilərəm ki, son dərəcə məsuliyyətli və ağırdır. Düzdür, mən bu qədər ağırlığın tərəfdarı olmasam da, bəlkə də, bu səbəblərdən bir çox ölkələrdən fərqli və uğurludur.
- Gələcəkdə özəl biznes, şirkət qurmaqla bağlı planlarınız varmı? "Silikon Vadisi"nə gedəcəksinizmi?
- Gələcək haqqında danışmaq hələ tez olar. Hələ bir neçə il ərzində hazırkı şirkətlərdə qalmağı planlayıram. Gələcəkdə də özəl biznes, startapla bağlı bir neçə ideyam var. Yəqin ki, hər şeyin necə olacağını zaman göstərəcək.
- Azərbaycana qayıdıb, burada fəaliyyət göstərəcəksinizmi?
- Əlbəttə, burada öyrəndiklərimizi Azərbaycanda tətbiq etmək faydalı olardı. Planlarımız var, alınsa, doğmalarımızın ətrafında işləmək bizim üçün daha xoş olar.
- Gənclərə məsləhətiniz nədir?
- Düşünürəm ki, insan sevdiyi işlə məşğul olmalıdır. Gördüyü işdən yorulmamalı, əksinə, zövq almalıdır. Bundan əlavə, işin keyfiyyətli olması üçün intizamla və davamlı olaraq çalışmaq mütləqdir. Lazım gəlsə, yenidən başlamaqdan qorxmayın. Uğursuz olduğun bir nöqtədə bu dəfə daha uğurlu olarsan. Başqaları sizə inanmasa belə, özünüzə inanın. İnam, sevgi, intizam - uğurun ilk açarlarıdır.
Milli.Az
XƏBƏR LENTİ
Bənzərsiz səs-Müslüm Maqomayev
Şəkiyə güclü qar yağıb
Aspirin maskaları ilə təmiz, parlaq dəriyə sahib olun!
Doğum evinə getməyə hazırlaşanlar üçün
İşğaldan azad olunan Hadrut qəsəbəsindən yeni görüntülər – VİDEO
Dünya qaranlığa qərq oldu
Bakı məktəblərində yeni tədris ilinə hazırlıq işləri görülür
Qızıl həvəskarlarının NƏZƏRİNƏ
Qərargahı olmayan partiyaların fəaliyyəti qadağan olunacaq
"Azerspace-1" 50 milyon dollar pul qazanıb
Budapeştdə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
Azərbaycanda təhsil alan afrikalı tələbə qız: "Məni ələ salırlar..."
"Qarabağ"ın kapitanı benzinin bahalaşmasından danışdı
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Şirniyyata qarşı olan aclığı necə azaltmalı?
Səhər yeməyi yeməməyin ziyanları
Yazıçı Anarın əsərinə qadağa qoyuldu?
Stul köməyi ilə edilə biləcək 10 idman hərəkəti
Sevginin üç növü (2)
Azərbaycanda bu gün koronavirusdan ölən olmadı: 139 yeni yoluxma - FOTO
Azərbaycanda pensiya ödənişləri artacaq
Günün ulduz falı - 05.09.2013
Ermənistandan Gürcüstana daha bir xəyanət
Heydər Əliyevin doğum günü münasibətilə onlayn konsert olacaq
İki Avropa ölkəsində koronavirusun ikinci dalğa təhlükəsi
Azərbaycanda avtomobil bahalaşıb - STATİSTİKA
Aslı və Muradın barışıq xəbəri yalan çıxdı
Problemlərimiz barədə kimdən məsləhət almalıyıq?
Miqrantlar üçün ən yaxşı ölkələr
HAVA necə olacaq?
Sabah güclü yağış olacaq - Xəbərdarlıq
"Qəfil bir zəng"
Müdafiə Nazirliyində kadr dəyişikliyi
Ermənilər kəndlərimizi yandırıcı güllələrlə gülləbaran etdi
Elektrik enerjisinə görə ödənişlərlə bağlı YENİLİK
“Facebook” yenə çökdü
Azərbaycan Seyid Ocaqlarının təmsilçiləri Prezident İlham Əliyevi təbrik ediblər
HAVA necə olacaq?
Çiyələkli piroq (foto resept)
Rəhbərlik etmək arzusu insanı həlak edər
Manatla bağlı xoş xəbər
Bakının balıq bazarından dəhşətli fakt
Uhanda yeni koronavirusa yoluxma halları aşkarlandı
Hande Erçel və Kerem Bürsinin yeni serialı bəlli oldu
Colidən növbəti xeyirxah addım
Yanukoviçi prezident rütbəsindən məhrum edildi
HAVA necə olacaq? 17-yanvar
Sürətli saç uzatma
Bu qidaları soyuducuya qoymaq olmaz!
Balın faydaları