Bakıda hava
USD 1.7001 AZN
EUR 2.1335 AZN
10:53Xəyalə Murad Surayyə xanım,nə sözünüz olsa mesaja yazın xanıma çatdırım 10:49Surayye Xeyale xanim bu etirafi yazan qizla nece danisa bilerem 10:42Surayye Men geldimmm Necesiz? 08:55Xəyalə Murad Yeni ilk və dərs həftəsində hər birinizi salamlayıram!
38065

Analar mükəmməl olmayın!

 

 

Analar mükəmməl olmayın!



 

Günümüzdə bir çox ana “mükəmməl” olmaq istəyilə əllərindən gələni etməyə çalışırlar; “ daha yaxşı nə edə bilərəm” in qayğısını çəkirlər. Mükəmməl ana sindromu ilə qarşımızda fərqli görünməyə çalışırlar.

Bəzi ailələr uşaq iki yaşında üç dil öyrənsin, eyni vaxtda həm baletə, həm də üzmə dərslərinə getsin, həm pianino, həm də skiripka çalsın kimi özlərini göstərərkən başqa bir ailə də isə sadəcə təbii qidalar yesin, sənədli film izləsin kimi metodları ilə özlərini göstərirlər.

Bir başqa ailə  isə uşaq yeməyini yesin, vaxtında yatsın, qaydalara əməl etsin şəklində özünü göstərir. Acıbadem Üniversiteti Atakent Xəstəxanası Mütəxəsis Klinik Psixoloqu Reyhan Algül, “Hamısında ortaq nöqtə uşağın daha yaxşı bir həyatı olması üçün edilən fədakar davranışlar və axtarışlardır. Amma ananın mükəmməl olmağa çalışması, uşağının mükəmməl olmasını istəməsi həm ana, həm də uşaq üçün bəzi mənfiliklərə yol aça bilər” deyir. Mükəmməllik sindiromu anada çatışmazlıq duyğusuna, özünü günahkarlandırmaya və həddinnən artıq qayğıya səbəb ola bilərkən, uşaqda yemə yuxu problemlərindən inadkarlıq və məktəbdən bezməyə kimi bir çox problemlə özünü göstərə bilər. Mütəxəsis Kilinik Psixoloq Reyhan Algül “ bu çatışmazlıqlar  müəyyən yaşlarda da təsirini  göstərməkdədir. Hər istədiyini əldə edə biləcəyini, mükəmməl və qüsursuz olduğunu fikirləşərək böyüyən uşaqlar həqiqi həyatda problemlərlə, məğlubiyyətlə qarşılaşdıqda özünə inamını itirir” deyə bildirir.

 

 

Analar mükəmməl olmayın!



 

Mütəxəsis Klinik Psixoloq Reyhan Algül, anaları mükəmməlliyə aparan səbəbi söylədi:


Hər insanda olan narsizm

Uşaq sahibi olmaq dünyadakı ən məsuliyyətli və ən ağır iş olması bir yana eyni zamanda insandakı narsizmi ortaya çıxara bilən bir vəziyyətdir. “Mənim uşağımın” fikri, uşağı və özünü müəyyən vaxt ərzində mükəmməl görmək istəyini yaradır.

 

Bağlanmaq yox asılılıq

Uşağını yanından ayırmayan, əslində öz aslılığının konpensasiyası olaraq uşağından istifadə edən valideynlər uşaqdakı asılılığı artırırlar. Əlbəttə ki, valideynlərin çoxu bunları bilərək etmir. Hətta fərqində belə olmurlar. Ancaq hər bir uşağın valideynindən asılı olmadığını yaddan çıxartmaq olmaz. 


Keçmişin  qazanılması

Valideynlər keçmişdə öz ana-atalarının etdikləri səhvləri öz uşaqlarına etməməyə çalışırlar.”Mənim yaşadığımı uşağım yaşamasın” deyə fikirləşirlər.

 

Uşaq sayı və işləyən valideyin

Mütəxəsis Klinik Psixoloq Reyhan Algül “Uşaq sayının azalması, valideyinlərin uşaqları ilə daha çox vaxt keçirmələrinə səbəb oluğu kimi, uzun iş və anaların iş həyatında olması bəzən uşağa “lazımınca vaxt ayırmadıqlarını” fikirləşməsinə səbəb olur. Bu səbəblə analar uşağı ilə keçirdiyi vaxtda “heç olmasa onu xəşbəxt edim” deyərək həddinnən artıq qayğı göstərirlər” deyir. 

 

 

Səslərin sayı: 0
0
748
loading...
Şərhlər
Adıniız:*
E-Mail:
ıifrə: *
Son yazılar
Son şərhlər
Maraqlıdır